İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. 1992-ci il yanvarın 2-də tarixində İraq Azərbaycanın müstəqilliyini tanıyıb.30 mart 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1992-ci ildə Sovet İttifaqı dövründəki İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılıb. 2016-cı ilin koktyabr ayında Bağdad şəhərində Azərbaycanın səfirliyi fəaliyyətə başlayıb.

İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Dövlətimizin başçısı görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Qonağın diqqətinə çatdırıldı ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. Nəticədə bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Müxtəlif beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Lakin Azərbaycan bu işğalla barışa bilməzdi. Nəhayət, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. görüş zamanı Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından da söhbət açılıb. Bununla da, Azərbaycan öz suverenliyini bərpa edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Dövlətimizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. Dövlətimizin başçsının İraq Prezidenti ilə görüşündə Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq.

Azərbaycan ilə İraq arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. Görüşdə iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir.

Aydın Əliyev,

Xocalı rayon ziyalısı


Daha yeni Daha eski