MİLLİ QƏHRƏMANLARIMIZ

      Erməni işğalçılarına qarşı fədakarcasına mübaribə aparan 10 nəfər Xocalı rayon sakini Respublikanın ən yüksək fəxri adına — Milli Qəhrəman adına layiq görülmüşdür (9 nəfər ölümündən sonra):

·         Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) — 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı — rəisi işləmişdir.

·         Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) — 1954-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı Şəhər Özünümüdafiə taborunun komandiri idi.

·         Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) — 1949-cu ildə Laçın rayonu Kürdhacı kəndində anadan olub. Müəllim idi.

·         Füzuli Salah oğlu Rüstəmov (ölümündən sonra) −1965-ci ildə Tərtər rayonu Hüsənli kəndində anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi

·         Araz Bahadur oğlu Səlimov (ölümündən sonra) — 1963-cü ildə Xocalıda anadan olmuşdur. Taborun üzvü idi.

·         Tabil Qasım oğlu Həsənov (ölümündən sonra) — 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü idi.

·         İnqilab Ələkbər oğlu İsmayılov (ölümündən sonra) — 1962-ci ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.

·         Şakir Şamil oğlu Salahov (ölümündən sonra) — 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.

·         Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) — 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.

·         Mövsüm Şahin oğlu Məmmədov — 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub.