RAYON HAQQINDA ÜMUMİ MƏLUMAT

TARİXİ

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV, 1923-1991) Əsgəran rayonunun bazasında yaradılmışdır. Xocalı Dağlıq Qarabağda əhalisinin sayına görə ikinci (Şuşadan sonra) azərbaycanlı rayonu idi. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı quvvələri tərəfindən işğal olunub. Rayonun mərkəzi - Xocalı şəhəri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin tərətdiyi dəhşətli soyqırımı nəticəsində yerlə-yeksan edilib. Xocalının qədim Tarixi - Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim yaşayış məskənidir. Azərbaycan xalqı zəngin və özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Yerli və xarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilmişdir.

 

Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilmişdir. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da öz əksini tapmışdır.

 

ABİDƏLƏR

 

Xocalının tarixi-mədəni abidələri

Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)

Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)

Xocalı kurqanları - ilk tunc və dəmir dövrü (Xocalı rayonu)

Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)

Kurqan - dəmir dövrü (Xankəndi yaxınlığında)

Xankəndi kurqanları - tunc dövrü (Xankəndidən şimalda)

Xaçıncay nekropolu - ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)

Küp qəbirləri nekropolu - tung dövrü (Armudlu kəndindən 2km. İlis kəndinə tərəf)

Kurqan - tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)

Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)

Köhnə qəbristanlıq - tung dövrü (çanaqçı kəndi)

Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)

Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)

Dairəvi məbəd - 1356-1357-ci il (Xocalı şəhəri)

Türbə – XlV əsr (Xocalı şəhəri)

Alban məbədi - 1100-ci il (Çanaxçı kəndi)

Alban məbədi - 1065-ci il (Çanaxçı kəndi)

Alban məbədi - 905-ci il (Şuşa kəndi)

Alban məbədi - 1122-ci il (Xansıx kəndi)

Alban məbədi - 1100-ci il (Xaçmaz kəndi)

Alban məbədi - 1202-ci il (Armudlu kəndi)

Qala – X əsr (Maşxmaat kəndi)

Qırxlar qalası – orta əsrlər (Badara kəndi)

Məbəd kompleksi - VII əsr ( Badara kəndi)

Qala - IX əsr ( Daşbaşı kəndi)

Əsgəran qalası - XVIII əsr ( Əsgəran qəsəbəsi)

Aslan qalası – IX əsr (Anabert kəndi)

Mədəb – XIII əsr (Xanabad kəndi)

 

İnzibati ərazi dairələri və ərazi vahidləri

 

  1. Xocalı şəhər iəd

      X o c a l ı   ş.

  2. Almalı kənd iəd

      A l m a l ı   k.

    Qarakötük k.

  3. Ballıca kənd iəd

      B a l l ı c a   k.

    Xanyurdu k.

    Mehdibəyli k.

  4. Cəmilli kənd iəd

      C ə m i l l i   k.

  5. Çanaqçı kənd iəd

      Ç a n a q ç ı   k.

    Sığnaq k.

  6. Dağyurd kənd iəd

      D a ğ y u r d   k.

  7. Daşbulaq kənd iəd

      D a ş b u l a q   k.

    Badara k.

    Xanyeri k.

    Qayabaşı k.

    Suncinka k.

  8. Əsgəran qəsəbə iəd

      Ə s g ə r a n   q.

  9. Harov kənd iəd

      H a r o v   k.

    Dağdağan k.

10. Xanabad kənd iəd

      X a n a b a d   k.

    Ağgədik k.

    Aşağı Qılıçbağ k.

11. Kosalar kənd iəd

      K o s a l a r   k.

    Başkənd k.

    Canhəsən k.

    Cavadlar k.

    Yalobakənd k. 12. Qarabulaq kənd iəd

      Q a r a b u l a q   k.

    Dəmirçilər k.

    Quşçubaba k.

    Mədətkənd k.

13. Qızıloba kənd iəd

      Q ı z ı l o b a   k.

    Aşağı Yemişcan k.

    Xaçmaç k.

    Yuxarı Yemişcan k.

14. Meşəli kənd iəd

      M e ş ə l i   k.

15. Naxçıvanlı kənd iəd

      N a x ç ı v a n l ı   k.

    Ağbulaq k.

    Aranzəmin k.

    Dəhrəz k.

    Pircamal k.

16. Pirlər kənd iəd

      P i r l ə r   k.

    Daşbaşı k.

    Fərrux k.

17. Seyidbəyli kənd iəd

      S e y i d b ə y l i   k.

    Ulubaba k.

18. Şuşikənd kənd iəd

      Ş u ş i k ə n d   k.

    Daşkənd k.

    Muxtar k.

19. Təzəbinə kənd iəd

      T ə z ə b i n ə   k.

    Qışlaq k.

    Sərdarkənd k.

    Şəlvə k.

 

Əhalisi

 

Əhalinin sayı - 16406

Şəhərlərin sayı - 1.

Qəsəbələrin sayı - 1.

Kəndlərin sayı - 49.

 

Coğrafi mövqeyi

 Rayonun yaranma tarixi – 26. 11. 1991.

Ərazisi - 0,94 min kv. km.

Xocalı rayonu ilə Bakı arasında olan məsafə - 375 km.

 

Rayon Təhsil Şöbəsində görülən işlər haqqında məlumat

 2015 - 2016-cı tədris ilində Xocalı RTŞ tabeliyində 12 tam orta, 1 UYM, 3 Körpələr evi və uşaq bağçası Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 5 bölgədə (Bakı ş, Gəncə ş, Şəki ş, Goranboy rayonu, Oğuz rayonu) fəaliyyət göstərmişdir. 9 tam orta məktəb, 2 Körpələr evi və uşaq bağçası “Qaçqın və məcburi köçkülərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” Dövlət Proqramı çərçivəsində tikilmiş müasir tipli yeni binalarda fəaliyyət göstərir. Digər təhsil müəssisələri isə yerli məktəb binalarında və ya uyğunlaşdırılmış tikililərdə fəaliyyət göstərir.

 

Mədəniyyət

Xocalı Faciəsini əks etdirən muzey 26 fevral 2010-cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdə yerləşir. Muzeyin sahəsi 62 kvm – dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd xocalı soyqırımına aid fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd şəhid  şəkilləri (22- si polis əməkdaşının  şəkilləridir). Bundan əlavə  muzeydə  faciəni əks etdirən böyük fotoşəkil,  rayonun inzibati xəritəsi və  şəhərin planı 1 ədəd, Xocalının keçmişinə dair  bir neçə fotoşəkil, hadisədən sonra şəhid  məzarları və o cümlədən bir ailənin tam  şəkildə məhv olmaları ilə bağlı məzarları əks olunur. Muzeyə il ərzində orta hesabla 3000-ə nəfərə yaxın adam  ziyarətə gəlir ki, bunların  da çoxunu məktəblilər təşkil edir. Muzeye gələnlər muzeydəki,  xatirə kitabına  ürək sözlərini qeyd edirlər.                                                                                                                                                                                                                                                                    2014-cü ildə Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində 1 Mərkəzləşdirilmiş kitabxana  sistemi  və 14 kitabxana  filialı fəaliyyət göstərib. Mərkəzləşdirilmiş Kitabxana  Sistemi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində  Mədəniyyət  icma  mərkəzinin binasında,  kitabxana filialları isə məcburi köçkünlərimizin məskunlaşdıqları Hacıkənd  qəsəbəsində, Aşağı Ağcakənd  qəsəbəsi  ətrafındakı qəsəbələrdə və digər  rayonlarda  yerləşmişlər. Rayon üzrə bütün kitabxanalar istiliklə  təmin olunub.  Hal-hazırda 3 kitabxananın  təmirə ehtiyacı vardır. Mərkəzləşdirilmiş  Kitabxana Sistemi və filiallarında 46 nəfər  işçi çalışır. Kitabxanalarda  ümumilikdə 50748 nüsxə kitab var, bunlardan 611-i diskdir. Ümumi kitabların 30466 nüsxəsi latın qrafikalı,  20282 nüsxəsi isə kril qrafikalıdı. Kitabxanaların oxucu sayı 2014-cü ildə 1987 nəfər olub. 2014-cü  ildə respublikanın müxtəlif kitabxanalarından 333 adda 1418 kitab fonda daxil olub.

Yaloba tarix diyarşünaslıq məktəbi 1991-ci ildən fəaliyyət göstərir. Hal-hazırda  muzeyin sahəsi 250 kvm-dir.   Muzeydə müxtəlif məzmunlu 831 adda fond eksponatları var. İl boyu muzeyə fərdi gələnlərin sayı 3500, ekskursiyaya gələnlərin sayı 4200 nəfər olub. Ekskursiyaların sayı isə 300 olub.

Xocalı rayon uşaq musiqi məktəbləri haqqında ümumi məlumat

1 saylı uşaq musiqi məktəbi Goranboy şəhərində yeni inşa edilmiş köçkün şəhərciyində yüksək standartlara cavab verən müasir tipli binada fəaliyyət göstərir. Məktəbdə 45 nəfər  müəllim və 5 nəfər texniki işçi çalışır.  120 şagird  musiqinin 5  növü üzrə təhsil alır. Hal-hazırda  məktəbin bir neçə məzunu respublikanın musiqi kolleclərində təhsillərini davam etdirirlər. 2014-cü ildə məktəbin şagirdləri respublikanın bölgələrində keçirilən müxtəlif musiqi müsabiqələrində iştirak ediblər..

2 saylı uşaq musiqi məktəbi Bakı şəhəri Pirşağı qəsəbəsində santexmontajın yataqxanasının 1-ci mərtəbəsində fəaliyyət  göstərir. Məktəbdə 120 şagird  musiqi təhsili alır, 27 müəllim    2 texniki işçi işləyir.  Məktəbdə  musiqinin 6 növü tədris olunur. Məktəbin  şagirdləri  Bakı şəhərində keçirilən musiqi müsabiqələrində il boyu iştirak ediblər.

 3 saylı uşaq musiqi məktəbi  Goranboy rayon Aşağı Ağcakənd  qəsəbəsində  Daxili İşlər Nazirliyi tərəfindən tikilib rayonumuza hədiyyə edilmiş binada fəaliyyət  göstərir.  Məktəbdə 128 şagird musiqi təhsili alır ki,  onlarla 43 müəllim məşğul olur.  Məktəbdə 7 musiqi növü üzrə dərs keçirilir.  3 saylı uşaq musiqi məktəbində şagirdləri il boyu respublikanın bölgələrində keçirilən musiqi müsabiqələrində  iştirak ediblər.  Eyni zamanda  1 və 3 saylı uşaq musiqi məktəbinin  müəllim və şagird  kollektivi rayonda keçirilən tədbirlərdə fəal iştirak edirlər.