Azərbaycan Orta Şərq dövlətləri ilə də iqtisadi və mədəni əlaqələr qurmaqda maraqlıdır ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Uzun illər işğaldan, hərbi toqquşmadan əziyyət çəkən Azərbaycan 2020-ci ildə əldə etdiyi böyük qələbədən sonra dinc həyata qədəm qoymuşdur. Bunu Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərindən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdən aydın şəkildə görmək mümkündür. Azərbaycan Prezidentinin postmüharibə dövründə Avropa ölkələri ilə bərabər ən çox ölkələr Mərkəzi Asiya ölkələridir. Bu da təbiidir. Çünki Mərkəzi Asiya dövlətləri Azərbaycanla eyni kökə, eyni mədəniyyətə malikdirlər. SSRİ zamanında imperiya qüvvələri tərəfindən bu dövlətlərin bir - birinə yaxınlaşması və yaxın əlaqədə olmaları həm ideoloji, həm də digər siyasi vasitələrlə əngəllənib. Yeri gəldikdə sovet imperiyası qardaş qırğını törətməkdən də açıq formada istifadə edib. Ötən əsrin 80 - ci illərində Özbəkistanda baş verən Fərqanə hadisələri, qardaş ölkələr arasında yaradılan konfliktli situasiyalar qeyd olunanları təsdiq edir. İndi isə zaman dəyişdiyindən bu ölkələr arasında Türk Dövlətləri Birliyi Təşkilatı yaranmışdır ki, bu birlik də həmin coğrafiyada yerləşən qardaş ölkələrin iqtisadi və mədəni inkişafına töhfələr verməkdədir. Özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan, müharibədə əldə olunan zəfəri cilalamaq üçün dünya dövlətləri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindədir. Bu baxımdan ölkəmiz təkcə Avropa və Mərkəzi Asiya dövlətləri ilə deyil, digər dövlətlərlə də münasibətlər qurmağa çalışır. 2023 - cü ilin noyabr ayının 19 - da İraq prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan Orta Şərq dövlətləri ilə də iqtisadi və mədəni əlaqələr qurmaqda maraqlıdır. Noyabrın 20 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının prezideni Əbdüllətif Camal Rəşidi qəbul etmişdir. İraq Respublikasının Prezidentinin təntənəli qarşılanma mərasimindən sonra iki ölkə prezidentləri arasında təkbətək görüş olmuşdur. Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi - ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın günlərdə İraqda iclasının keçiriləcəyini və onun iqtisadi - ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını qeyd edib. Eyni zamanda görüşdə Qoşulmama Hərəkatının üzvləri kimi ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir - birlərinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb. Hər iki ölkənin işğaldan əziyyət çəkdiyi, lakin bu vəziyyətin geridə qaldığı da görüşdə qeyd olunub. İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmiz üçün mühüm hadisədir və bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diplomatik bacarığının, apardığı doğru xarici siyasətin sayəsində baş verir.

​Ələddin Əhmədov​,

Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi

Daha yeni Daha eski