Salam, əziz oxucular!
"Xocalının səsi" qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Bu dövrdə erməni seperatçıları öz məkrli siyasətlərini həyata keçirməyə çalışır, Qarabağı işğal etməyi planlaşdırırdılar. Bir müddət sonra Xankəndini, Kərkicahan qəsəbəsini, Meşəli, Cəmillikəndlərini ermənilər işğal etdilər. Növbəti hədəf Xocalı və Xocalının digər kəndləri idi. Rayonumuzun yeganə mətbu orqanı olan "Xocalının səsi" qəzeti ermənilərin çirkin xislətini, real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı. Qəzet Respublikamızın digər rayonlarında işıq üzü gördükdən sonra mühasirə şəraitində olan Xocalıya çətinliklərlə çatdırılırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımının nəticələri haqqında ilk dəfə yazılı olaraq informasiya verən mətbuat orqanlarından biridir.
- Vətən Müharibəsində xalqımızın həmrəyliyindən, Ordumuzun hünərindən, Ali Baş Komandanımızın qətiyyətindən yazılar dərc etmək;
- Şəhidlərimizi, qazilərimizi, igid oğullarımızı daim yad etmək, onların şərəfli döyüş yolunu işıqlandırmaq;
- Qarabağda gedən quruculuq və abadlıq işlərini öz səhifərində işıqlandırmaq.
"Xocalının səsi" qəzeti hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. "Xocalının səsi" qəzeti ölkə Prezidenti ilə həmrəydir.