2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün!

Ağdam şəhərinin azad olunması 44 günlük şanlı zəfər tarixinin ən parlaq

səhvlərindən biridir. 2020 -ci il 20 noyabr tarixində 3 tərəfli bəyanatın şərtlərinə əsasən Ağdamın işğalına son qoyuldu və Ağdam rayonu heç bir silahdan istifadə edilmədən tam şəkildə boşaldıldı. Ağdam rayonunun mərkəzində üçrəngli Azərbaycan bayrağı qaldırıldı və Azərbaycan himni səsləndirildi. Bu qazanılan qələbə Azərbaycanın siyasi gücünün bütün dünya arenasına ən böyük sübutu idi.

Ağdam - misilsiz təbiət gözəlliyinə, mühüm tarixi əhəmiyyətə malik olan, eyni zamanda ermeni vandalizminin qurbanı olmuş minilliklərə dayanan qədim Azərbaycan şəhəridir. Ağdam şəhəri 1993 - cü ilin 23 iyulunda erməni

işğalına məruz qaldı. Bütün gözəlliyi ilə fərqlənərək Qarabağın incisinə çevrilmiş Ağdam yerlə yeksan edildi. Şəhərin bütün infrastrukturu dağıdıldı, tarixi əhəmiyyətli abidələri məhv edildi. Ağdam Birinci Qarabağ müharibəsindən ən çox vandallığa uğrayan şəhər kimi "Qafqazın Xirosiması", "Ruhlar şəhəri" kimi adlandırılmağa başlanıldı. Azərbaycan tarixinə, elminə mədəniyyətinə, incəsənətinə dahilər yetişdirən bir şəhərin bu şəkildə adlandırılması təssüfedici olduğu qədərdə hüznlü idi.

30 illik işğal dövrü ərzində əsrlərə dayanaraq tarixi inkişaf yolu keçmiş Ağdam şəhərinin son daşının belə sökülərək xammal edilib satılması xəbəri, o cümlədən müqəddəs məscidində donuz saxlanılması kimi xəbərlər nəyin ki, ağdamlıları o cümlədən bütün Azərbaycan xalqını üzürdü. Qəlblərdə heç vaxt bitməyən qayıdış ümidi Azərbaycan ordusunun zəfər yazmağı ilə alovlandı. Qəhramanlar diyarı olan Ağdam şəhəri noyabrın 20 də azad edildi.

Müqəddəs Ağdam torpağı öz əhalisinin qayıdışını böyük səbirsizliklə gözləyirdi. Bu gün Prezident İlham Əliyevin göstərişi ilə Ağdam şəhərində tam qızğın sürətlə bərpa və quruculuq işləri aparılır. Ağdam şəhəri əvvəlki gözəlliyinə qayıdışının astanasındadır. Artıq Ağdam səmasında Azərbaycan bayrağı dalğalanır, Ağdam məscidində azan səslənir.

Prezident İlham Əliyevin 2022 - ci il 16 noyabr tarixli sərəncamı əsasən Azərbaycanın tarixi zəfərini əbədiləşdirmək məqsədilə işğaldan azad olunmuş şəhərlərin şəhər günü təsis edildi. 20 noyabr Ağdam şəhərinin azad olunması günü Ağdam şəhərinin şəhər günü kimi təsis edildi. Bu il Ağdamın azadlığının 3- cü ilidir. Dəyişilməyən coşqu və sevinc 3 il öncəki kimidi. Bir zamanlar işğal gününü xatırladığımız şəhərin gününü qeyd etmək bir o qədər şərəfli və qürurvericidir.

Natəvan Quliyeva,

Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi

Daha yeni Daha eski