“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xocalı rayon ümumtəhsil məktəblərində "20 oktyabr 20 noyabr Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri 20.11.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı şəhər 4 saylı tam orta məktəbin akt zalında keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Əliyev, baş məsləhətçi Kənan Quliyev, məktəb rəhbərlikləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Anar Əliyev və digər natiqlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. 

Bildirilib ki, müdrik siyasi lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımların Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayır. 

Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı beynəlxalq sazişlərə, o cümlədən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub. Ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirin sonunda uşaq hüquqlarından bəhs edən video çarx nümayiş olunub.












 

Daha yeni Daha eski