Başlık yok

 Ön və arxa cəbhədə mübarizə aparan qardaşlar

Vətən Müharibəsində düşmən üzərində qələbə qazanmağımız igid oğullarımızın şücaəti nəticəsində oldu. Düşmənlə qarşı-qarşıya döyüşən qorxmaz əsgərlərimiz arxalarında hər cür dəstəyə hazır olan həmrəy xalqın olmasını bilmələri onları daha da ruhlandırıb, döyüş əzmini artırıb. Göndərilən ərzaqlar, dəstək aksiyaları, əsgər məktubları güc və qürur mənbəyi olub. Bu yazı ön və arxa cəbhələrdə iştirak edən vətənpərvər qardaşların mübarizəsinə və Xalq-Ordu birliyinə bir nümunədir.
Vətən Müharibəsində igidliklə iştirak edən həmyerlilərimizdən biri də Məmmədov Əlvan Əli oğludur. Əlvan Məmmədov 1992-ci il mayın 14-də Ağcabədidə anadan olub. Əlvan Xocalı soyqırımının iki ay sonra dünyaya göz açıb. O, 1999-cu ildə Beyləqan rayon Təzəkənd kənd orta məktəbinin I sinfinə gedib. 2010-cu ildə Xocalı şəhər 4 saylı tam orta məktəbin məzunudur. Əlvan məktəbi bitirin ilin iyul ayında hərbi xidmətə getmişdir. Füzulidə ön cəbhədə kəşfiyyat bölüyündə manqa komandiri kimi nümunəvi xidmət aparıb. Hərbi hissə rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub. Nümunəvi əsgər kimi əlavə məzuniyyətə gönədirilib. 2012-ci ilin yanvarın 1-də hərbi xidməti başa vurub. Ancaq hərb sahəsinə olan marağı və vətənpərvərliyi onun yollarını yenidən hərb həyatına bağlayıb. Əlvan aprel ayında müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün Səfərbərlik xidmətinə müraciət edib. Bakıda 3 ay kurs keçdikdən sonra Tovuz rayonunun Ağdam kəndində minaatan batareyasında manqa komandiri kimi xidmətə başlayıb. 2019-cu ildən Tərtər rayon “N” saylı hərbi hissəsində sürücü kimi xidmətini davam etdirir. Kiçik çavuş Məmmədov Əlvan Əli oğlu Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
Vətən Müharibəsi başlayan gündən Əlvan Talış, Suqovuşan kəndləri uğrunda, Ağdərə, Murov yüksəkliyi istiqamətində gedən döyüşlərdə öz vəzifəsini layiqincə yerinə yetirib. Əlvan sürücü kimi hərbi sursatların və əmlakların daşınmasında iştirak etmişdir. Eyni zamanda o, özünü bütün tapşırıqlara yetirmişdir. Yaralılarımız hospitallara aparılmasında əziyyətləri olmuşdur. Əlvan hal-hazırda Laçın rayonunda xidmətini davam etdirir.
Əlvanın böyük qardaşı Canəli Məmmədov da vətənpərvər oğullarımızdan biridir. Canəli Xocalı MKS-də Kitabxana biblioqrafiya proseslərinin avtomaşlaşdırma şöbə müdiri vəzifəsində çalışır. O, könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciət etmişdir. Döyüşlərdə iştirak edə bilməsə də, müharibə başlayan gündən yoldaşları ilə şəxsi “NİVA” markalı minik avtomobilində xalqımızın əsgərlərə göndərdiyi ərzaq və əmlakları postlara çatdırıb, döyüşçü qardaşlarına mənəvi dəstək olub. Vətən üçün edilənlər təmənnasızdır. Canəli qardaşımız da topraqlarımızın azadlığı uğrunda etdiklərini özünə borc bilir.
Məmmədov qardaşlarının Vətən Müharibəsində iştiraklarını yüksək dəyərləndirir və onlarla fəxr edirik.
Daha yeni Daha eski