Erməni vandallarının terroruna məruz qalan gözəl mədəniyyət şəhərimiz Ağdam indi rahat nəfəs alır

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində düşmən ordusu darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları atəşkəsə dair bəyanat imzalandı. Kapitulyasiyanın şərtlərinə görə, noyabrın 20-də Ağdam rayonu geri qaytarıldı. Mənfur düşmənlərin tapdağında ruhlar şəhərinə dönmüş Ağdam azadlığa qovuşdu. Erməni vandallarının terroruna məruz qalan bu gözəl mədəniyyət şəhəri indi rahat nəfəs alır. 

27 illik işğal dövründə Ağdam yerlə-yeksan edildi. Mədəni-dini abidələrimiz məhv edildi. Ağdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidi Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan məscidləri dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir.

Qarabağ müharibəsindən əvvəl, Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları fəaliyyət göstərirdi.

Ağdam işğaldan azad olunan rayonlar içərisində erməni vandalizmindən ən çox əziyyət çəkən şəhərdir. Bu günə qədər Ağdama “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar verilib. Hər yerinə mina basdırılan Ağdamı “Minalanmış şəhər” də adlandıra bilərik. 

Qalib sərkərdə kimi 2020-ci il noyabrın 23-də Ağdama səfər edən İlham Əliyev 27 ildən sonra şəhərdə Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısı Məkkədən gətirdiyi Qurani-Kərimi Ağdam məscidinə bağışladı. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam məscidində dua etdilər və Prezident Ağdam məscidinin qarşısında çıxış edərək erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi və Ağdamın yenidən cənnətməkana çevriləcəyini bildirdi. 

Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. Bir il öncə, 2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 noyabr - Ağdam Şəhəri Günü qeyd olunacaq. Qürur hissi ilə Ağdamın azadlığının üç yaşını, həm də Ağdam Şəhəri Gününü qeyd edirik. 

Mən bir tarix müəllimi kimi qürur və fəxr hissi ilə Müzəffər Ordumuzun böyük zəfərini şagirdlərimə təbliğ edir, qəhrəman Vətən oğulları haqqında onlara məlumat verməyi özümə borc bilirəm. Əminəm ki, indiki və gələcək nəsillər həmişə Şanlı tariximizlə fəxr edəcəklər. 

Akif Rüstəmov,

Xocalı rayon Əli Kərim adına

Başkənd kənd tam orta məktəbinin müəllimi

Daha yeni Daha eski