Xocalı şəhər 4 saylı tam orta məktəbdə Zəfər Gününə həsr edilmiş viktorina keçirildi

8 Noyabr - Zəfər Günü münasibətilə Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə V-XI sinif şagirdləri arasında “Bu gün yetişdirilən gənc nəsil Vətən müharibəsində bizə Zəfəri qazandıran qəhrəmanların davamçılarıdır” mövzusunda əyləncəli, musiqili siniflərarası viktorina keçirildi. 

Viktorinada iştirak edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva şagirdləri salamlayaraq onlara uğur arzuladı. Belə yarışların tez-tez olmasının vacibliyini vurğuladı. 

Viktorinada verilən sualların böyük hissəsi 44 günlük Vətən müharibəsinə və Qarabağın mədəniyyətinə həsr edilmişdi. 44 ədəd hazırlanmış sualları yazılı formada dolğun cavab verən komandalar yarışın qalibi oldular. 

Sonda qaliblərə məktəb rəhbərliyi tərəfindən təltifnamələr verildi.











 

Daha yeni Daha eski