Başlık yok

 Vətənin igid oğlu


Ağayev Təbriz Ələsgər oğlu 1994-cü il iyul ayının 12-si Gəncə şəhər Hacıkənd qəsəbəsində anadan olmuşdur. Xocalı rayon Kosalar kənd sakinidir.
Təbriz 2002-ci ildə Xocalı rayon Yaloba kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2011-ci ildə orta təhsilini başa vurub, həmin ili Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və Hərbi hazırlıq fakültəsinə qəbul olub. Təbriz 2015-ci ildə ali təhsilini bitirdikdən sonra, həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin iyul ayında həqiqi hərbi xidməti bitirən Təbriz, sənədlərini hazırlayıb arzusunda olduğu hərbiçilik peşəsinin ardınca düşür. Həmin ilin oktyabrından hərbi kurslardan uğurla keçən Təbriz Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlayır. O, nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmana layiq görülüb.
01.08.2018-ci il tarixdən 23.01.2019-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən Təbriz, motoatıcı taqım komandiri ixtisası kursunu bitirmiş və leytenant rütbəsi alaraq taqım komandiri kimi Füzuli rayonunda "N" saylı hərbi hissədə vəzifəsini icra etməyə başlayıb.
Vətən Müharibəsində Təbriz Füzuli şəhəri və kəndləri, Xocavənd rayonu və Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ön sıralarda iştirak etmişdir. 7 noyabr tarixdən Xocavənd döyüşləri zamanı Bölük komandiri kimi fəaliyyətə başlamışdır. Döyüş əməliyyatlarında uğurlu iştirakına görə vaxtından əvvəl Baş leytenant rütbəsi verilmişdir. Hal-hazırda Bölük komandiri kimi Hadrutda Vətənin keşiyində durmaqdadır. Göstərdiyi şücaətə görə medalla təltif edilməsi üçün təqdimatı yazılmışdır.
Təbriz qorxmaz, cəsur hərbçidir. Onun döyüş yolu qanlı-qadalı, eyni zamanda şərəfli yollarla tarixə yazılıb. Cəsur döyüşçü torpaqlarımızın işğaldan azad olunması üçün qeyrətlə, cəsarətlə mübarizə aparıb. Bu qeyrət, döyüşkənlik ona l Qarabağ müharibəsində böyük şücaətlər göstərmiş nəslindəki igid oğullardan keçib. Hərbçi peşəsini seçməyi də onun Vətənə sevgisindən, torpağa bağlığından irəli gəlir.
Bu gün Təbrizlə Böyük Zəfərimizin qəhrəmanlıq salnaməsində imzası olan bir hərbçi kimi bütün Azərbaycan xalqı fəxr edir. Allah bütün əsgər və zabitlərimizi qorusun!
Daha yeni Daha eski