QALİB, SƏNƏ UĞURLAR OLSUN.

          Qalib Bəyməmməd oğlu Quliyev Kosalar kənd tam oata məktəbin informatika  müəllimidir.
O, texnikanın bütün sirlərinə bələd olmaq üçün gecə - gündüz bilmədən çalışır. Özünün şəxsi təşəbbüsü ilə internetdə Kosalar kəndinin saytını açmışdır. (http://kosalarkend.wordpress.com/) Eyni zamanda "Xocalının səsi" qəzetinin saytının açılmasında da fəal iştirak etmişdir. Qalib Quliyev həm də şair təbiətli vətənpərvər gəncdir.






                                                   İNTİQAM GƏRƏKDİR ANCAQ İNTİQAM.
                  Dolub bu millətin səbr kasası
                  Düşmənin başında sınsın tasası
                  Sülh ilə alınmaz şəhid qisası
                  Bitişmir yaramız, yetişib məqam
                  İntiqam gərəkdir ancaq intiqam.

                 Düşmən sülh adı ilə bizi uyudar
                 Hərdən "Mübarizlər" xalqı oyadar
                 Qan ilə alınan qanla qayıdar
                 Vardır ordumuza tükənməz inam
                 İntiqam gərəkdir ancaq intiqam.

               

Daha yeni Daha eski