“Dəmir yumruğun” fərəh dolu paradı

Azərbaycan Prezidenti Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı.

Azərbaycan bayrağı ölkəmizin ayrılmaz hissəsi olan Qarabağda yenidən böyük əzəmətlə dalğalandı. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini yaşadıq. Hərbi paradı fərəh dolu baxışlarla izlədik. Azərbaycan

Ordusunun və başqa güc strukturlarının şəxsi heyəti Xankəndinin baş meydanında düzülmüşdü. Gözəl, yaddaqalan bir mənzərəyə şahidlik edirdik. Meydandakı sırada dayanan hərbçilər bir müddət əvvəl Qarabağın erməni işğalçılardan azad olunması uğrunda vuruşmuşdular. Yurdumuzun azadlığı üçün bütün çətinliklərə sinə

gərmişdilər. Döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərərək düşməni məhv etmiş, yağıları torpaqlarımızdan qovmuşdular. Bu gün isə alnıaçıq, başıuca uğrunda vuruşduqları Qarabağda hərbi paradda iştirak edirdilər. Artıq Azərbaycan Ordusunun zabit və əsgərləri cəsarət və hünərləri ilə xalqımızın arzularını, xəyallarını reallığa çeviriblər. Azərbaycan xalqı 8 Noyabr - Zəfər Günündə tarixi anlar yaşadı. Qələbəmizin, zəfərimizin təsdiqi olan hərbi parad Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Daim qürurla xatırlanacaq.

Əldə olunan zəfər, çox böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər şanlı qələbə tapmaq çox çətindir. Azərbaycan çox qısa müddətdə apardığı hərbi əməliyyatlar nəticəsində dünya tarixində bənzərinə çox az rast gəlinə biləcək bir qələbəyə imza atdı. Bu uğurlu nəticə bir daha həm

Azərbaycan ordusunun gücünün, həm də illər boyu aparılan xarici siyasətin nə qədər doğru olduğunun bir sübutu oldu. Qəhrəman Azərbaycan ordusunun 44 günlük əməliyyatlar nəticəsində əldə etdiyi zəfər, 24 saatdan az bir müddətdə terrorist qüvvələri təslim olmağa məcbur edən antiterror tədbirləri, Azərbaycan

xalqınının 44 günlük müharibə zamanı sərgilədiyi döyüş ruhu, qələbəyə olan inamı Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi idi.Cənab Ali Baş Komandan İlham Əliyevin öndərliyində Xankəndidə keçirilən möhtəşəm parad təkcə şanlı ordumuzun böyük zəfərinin kulminasiya nöqtəsi deyildi, bu parad həm də Azərbaycana qarşı qisas hissi ilə yanıb tutuşan qüvvələrə qarşı dəmir yumruğun yerində olduğunu təkrar xatırladan, dosta güvən, düşmənə qorxu verən ismarıc idi.

Mahnur Məmmədova,

Xocalı rayon ziyalısı

Daha yeni Daha eski