2020-ci il Azərbaycan Respublikası silahlı
Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal
altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibə başlamışdır.
Azərbaycanın suverenliyi uğrunda gedən mübarizədə igidlik göstərən əsgər və
zabitlərimiz, eyni zamanda arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq
kimi birlik və həmrəylik nümayiş etdirirərək düşmənə sarsıdıcı zərbələr
endirmişdir.
Müzəffər Azərbaycan Ordsunun Zəfər yürüşünə tab
gətirməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə
almaqla müharibə cinayətləri törətmişlər. Vətən müharibəsində Silahlı
Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olmuş, yüz nəfərdən artıq hərbi
qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq
sağlamlığını itirmişdir.
İşğal altında olan torpaqlarımızın qəhrəman
şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına azad olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı
ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd
edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin
xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə
ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.
2020-ci Azərbaycan xalqının uzunəsirlik tarixinə qızıl hərflərlə
yazılacaqdır. Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin
rəhbərliyilə Müzəffər Milli Ordumuzun şücaəti sayəsində otuz ilə yaxın
müddətdə işğal altında olan torpaqlarımız təcavüzkar Ermənistanın quldur
ordusundan azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi
möhtəşəm Zəfərimizlə nəticələndi. Tariximizin Əbədi Qəhrəmanlıq salnaməsi olan
bu Zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı. Vətənin müdafiəsinin
qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə
gəncimiz sağlamlıqlarını belə qurban verdi. Müstəqilliyimiz, Vətənimizin
ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur
fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və
unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı,
xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar
bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu
məkan müqəddəs ziyarət yeri oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Cəsarət Süleymanov,
Xocalı rayon Kosalar kənd
tam orta məktəbinin müəllimi
