Xocalı rayonunun ən qocaman məktəblərindən biri olan Ko-salar kənd məktəbinin demək olar ki, hər sahədə çalışan yetirmələri vardır. Bu kəndin sakinləri öz mək-təbləri və onun yetirmələri ilə hər zaman fəxr edirlər. Mən də doğma məktəbimin uğurları ilə fəxr edir və düşünürəm ki, qazandığım nailiy-yətlər bu məktəbdə aldığım təlim-tərbiyənin nəticəsidir.
Qalib QULİYEV
Kosalar kənd sovetliyində kənd infrastrukturunun formalaşdırılmasında əsas addımlardan biri ilk ibtidai məktəbin yaradıl-ması idi. Kosalar kəndində yaradılan ibtidai məktəbin ilk müəllim və mü-diri Məhərrəm Qaybalıyev olmuşdur. İlk müəllimlər isə Xudan Həsənov, Rəşid İsgəndərov, Məhəmməd Rəşi-dov olublar. Məktəb 1922-ci ildən fəaliyyət göstərir. İbtidai məktəb kimi fəaliyyətə başlayan bu məktəb 1930-cu ildə yeddiillik məktəbə çevrilmişdir. 30-cu illərdə məktəbi əsasən Malıbəyli kəndindən gələn müəllim kadrlar (Səmayə Kərimova, Almaz Həsənova) təmin edirdilər. Bu illəri məktəbin formalaşma və inki-şaf dövrü kimi səciyyələndirmək olar. 40-cı illər yenidən təhsil səviyyə-sinin aşağı düşdüyü illər hesablanır. İkinci Dünya müharibəsi başlayır və müəllimlərin xeyli hissəsi cəbhəyə yola düşür. İxtisaslı kadrlara ehtiyac duyulur. Həmin illərdə məktəbə Yu-sif Əliyev rəhbərlik edirdi. Bütün çə-tinliklərə baxmayaraq, onun səyi nə-ticəsində tədrisin keyfiyyətində yük-səlişə nail olunur. İllər keçir, 1959-cu ildə səkkizillik, 1978-ci ildə isə onillik təhsilə keçilir. 1990-cı ildən 11 il-lik adlandırılan məktəb (IV sinif ol-mamaq şərti ilə), 1992-ci ildən 11 il-lik təhsilə keçmişdir.
1978-ci ilə kimi məktəb Qaçaq Mahmudun evində fəaliyyət göstər-mişdir. Qaçaq Mahmudun 15 otaqdan ibarət şəxsi evi var idi. O, yeni yaranmış Sovet dövlətinə, onun haq-sızlıqlarına qarşı çıxıb, həmin dövlət quruluşu ilə, onun məmurları ilə heç cür barışmayıb. Beləliklə, mal-dövlə-ti müsadirə olunub, özü isə qaçaq sa-lınıb. Kosalar kənd məktəbi 60 ilə yaxın müddətdə onun evində fəaliy-yət göstərmişdir.
70-ci illərin sonlarında Kosa-lar kənd məktəbi hələ də natamam orta məktəb olaraq qalırdı. 8 illik məktəb artıq təhsilimizin səviyyə-sinə cavab vermirdi. Bu da şagirdlə-rin Xankləndinə və ya başqa yerə gedərək təhsillərini davam etdirmə-sinə səbəb olurdu. Bu vəziyyət eyni zamanda kənd əhalisinin sayının ildən-ilə azalmasına da gətirib çıxa-rırdı. Belə yarıtmaz siyasət Vilayətin erməni rəhbərlərinin məqsədyönlü planları idi. Orta məktəb lazim idi ki, gənclər orta təhsilini öz doğma kən-dində alsın. Bunun üçün isə yeni məktəb binası tikilməli və məktəb on illik təhsilə keçməli idi. Yuxarı ins-tansiyalara edilən müraciətlər cavab-sız qalırdı. Azərbaycanlı yaşayış mən-təqəsində yeni tipli məktəbin tikil-məsini heç cürə qəbul etmirdilər.
Yeni məktəbin tikilməsi üçün dəfələrlə müəllimlərin, şagirdlərin, əhalinin, “Qəhrəman analar”ın adın-dan Moskvaya məktublar göndəril-mişdir. Hər dəfə də yeni məktəb ti-kintisinə rayonun erməni rəhbərləri maneəçilik törədirdilər. 1969-cu il-dən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Qarabağda erməni-lərin azərbaycanlılara qarşı mürtəce siyasəti iflasa uğradı. Artıq onlar azəbaycanlı faktorunu nəzərə almağa məcbur olur, azərbaycanlıların da tələbatlarını ödəyirdilər. 70-ci illərin əvvəllərində ona edilən yeni müra-ciətə müsbət cavab verildi. Heydər Əliyevin xüsusi göstərişi ilə yeni məktəbin inşasına başlanıldı. Kosalar əhalisi elə həmin vaxtdan ümummilli liderə öz etimadını göstərərək, min-nətdarlıqlarını bildirmişdilər.
Vilayət Partiya Komitəsinin birinci katibi Qasbaryan məktəbin ti-kilə biləcəyi yerlərlə tanış olmaq üçün kəndə gəlir. Yerlərlə tanış olur. Ancaq kəndin yerinin “perspektivsiz-liyi”ni, kəndin gələcəkdə buradan köçürüləcəyini əsas gətirərək, mək-təbi inşa etdirmək istəmir. Fin mək-təbi verməklə əhalinin başını aldat-mağa çalışır. O zaman kənd sovet sədri olan Kərəm Əsgərov: “Onda mən əhaliyə deyəcəyəm ki, Qasbar-yan bizim 700-illik doğma kəndimiz-dən köçürüləcəyimizi deyərək, mək-təb tikmək istəmir”. Bu sözlərdən pərt olaraq o, nəhayət ki, əhalinin is-təyini yerinə yetirərək məktəbin tikil-məsinə qərar verir. Xırmanın yeri mü-nasib yer seçilərək məktəb tikintisi üçün işlərə başlanılır. 1978-ci ildə kəndin gözəl, mənzərəli yerində yeni tipli ikimərtəbəli, şəhər məktəbləri üslubunda 24 otaq, idman zalı və di-gər bütün təminatı olan 360 yerlik mək-təb inşa edilib istifadəyə verilmişdir. Məktəbdə bütün texniki və əyani və-saitlər, bütün fənlər üzrə kabinetlər var idi. 1 sentyabr 1978-ci il tarixdə məktəb yeni binaya köçdü. Həmin il-dən etibarən məktəb orta məktəbə çevrildi. Bununla da pedaqoji kollektivin məsuliyyəti ikiqat artdı. Qarşıda onları fədakar əmək gözləyirdi. Tex-niki təchizatdan səmərəli istifadə edilməli və şagirlər üçün münbit təh-sil mühiti yaradılmalı idi. İndi orta məktəbi öz doğma kəndində bitirənl-ərin gələcək taleyi kollektivi ciddi düşündürürdü. Orta məktəbi bitirən-lərdən hansı ali məktəbə, neçə nəfə-rin qəbul olunması hər bir fənn müəl-limini ciddi maraqlandırırdı. 70-ci il-lərdə müəllim kadrları tərkibində xeyli sayda yeniləşmə prosesi başla-dı. Quliyev Bəyməmməd, Quliyev Elxan ali təhsilli dil-ədəbiyyat müəl-limi kimi məktəbdə fəaliyyətə başla-dılar. Bir-birinin ardınca 3 nəfər ri-yaziyyatçı - Quliyev Məhərrəm, Ağa-yev Vaqif, Ağayeva İlqar Xankən-dində fəaliyyət göstərən APİ-ni biti-rib öz doğma məktəblərinə təyinat aldılar. Yeni bilik, yeni həvəslə mək-təbdə işə başlayan bu müəllimlər gənc nəslin biliklərin əsaslarını daha dərindən mənimsəməsinə güclü təsir etdilər. Qısa zaman kəsiyində lazimi şərait yaradılaraq, maddi-texniki ba-za zənginləşdirildi. Dərslərdə texniki vasitələrdən geniş istifadə olunmağa başlandı. Dərslər kabinet üsulu ilə aparıldı. Nəticə olaraq kollektivin peşəkar əməyi bəhrəsini verirdi. Məktəbi bitirən məzunların xeyli hissəsi təhsillərini ali və orta ixtisas məktəblərində davam etdirirdilər.
80-ci illərdə ali məktəbləri bi-tirmiş məzunların xeyli hissəsi ra-yon, vilayətin və hətta respublikamı-zın məktəblərində müəllim kimi və müxtəlif peşələr üzrə mütəxəssis ki-mi fəaliyət göstərirdilər.
1980-ci ildən etibarən orta məktəbin ilk buraxılışı oldu. Əvvəl-lər 8 illik Kosalar kənd orta məktə-bini bitirən şagirdlər Xankəndində fəaliyyət göstərən, yeganə azərbay-canlı məktəbi olan 4 saylı orta mək-təbdə təhsillərini davam etdirirdilər.
Bu günədək məktəbi bitirən məzunların böyük bir hissəsi isteh-salatın müxtəlif sahələrində işləyir-lər. Bir hissəsi isə ali məktəbləri mü-vəffəqiyyətlə bitirərək, müxtəlif ixtisaslar üzrə ölkəmizin ayrı-ayrı qu-rumlarında çalışırlar.
Məlum Qarabağ işğalı ilə bağlı olaraq, 1992-ci ildən Kosalar kənd sa-kinlərinin əksəriyyəti Hacıkənd qəsəbə-sində məskunlaşdı. Məktəb də öz fəaliy-yətini burada bərpa etdi. Burada müx-təlif çətinliklər meydana çıxdı. Hər cür şəraiti olan, bir sözlə, bütün təc-hizata malik bir məktəbdən, Hacıkənd qəsəbəsində lazımi təchizata malik ol-mayan yerli məktəbin binasında dərs keçmək elə də asan olmadı.
Kosalar kənd orta məktəbi zən-gin kitabxanaya malik olan bir mək-təb idi. Bu kitabxanada müxtəllif il-lərdə Vəliyev Bayram, Quliyev Bəy-məmməd, Nəcəfova Dilbər, Mirzə-yeva Sevda böyük səy və əməklə ki-tabxana işini təşkil edirdilər. İstər bə-dii kitab, istərsə də dərslik sahəsində heç bir çətinlik yaranmırdı. Ancaq yeni şəraitdə nə dərslik nə də bədii kitablar yox idi. Bu dövr elə bir dövr idi ki, Respublika böhranlı vəziyyət yaşayır, yeni əlifbaya keçilir, latın qrafikası ilə az-az dərsliklər nəşr olunurdu. Ayrı-ayrı müəssisələrdən, təhsil ocaqlarından dərsliklər alına-raq, ehtiyacın qismən də ödənilmə-sinə çalışılırdı. Kitabxana otağının olmadığına görə, Kitabxanaçı Mir-zəyeva Sevda böyük çətinliklər he-sabına olsa da bu işin öhdəsindən gə-lirdi. Ancaq bütün çətinliklərə sinə gərən kollektiv məktəbi yenidən təş-kil etməyə başladı. Qısa müddət ərzin-də məktəbin normal fəaliyyətini bər-pa etdi. Kosalar məktəbində fəaliyyət göstərən müəllim kadrlarının böyük əksəriyyəti Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşdığı üçün kadr məsələsində çətinliklər az oldu. Müasir tələblərə cavab vermək məq-sədilə hər bir müəllim öz üzərində ciddi işləyərək, uğurlu nailiyyətlər yoluna qədəm qoydu və yüksək nəti-cələr əldə etdilər.
İstər Kosalardakı fəaliyyət döv-ründə, istərsə də Hacıkənddəki fəaliyyət dövründə məktəbə kənd nümayəndəliyinin və rayon rəhbər-ləyinin xüsusi diqqət və qayğısı hər zaman hiss olunmuşdur.
Onu da vurğulayaq ki, məcburi köçkün olduğumuz dövrdə də məktə-bimizin müvəffəqiyyətləri az olma-yıb: 1992-ci ildən hazırkı dövrə kimi hər il məktəbi bitirmiş məzunların 80%-i ölkənin ali və orta ixtisas mək-təblərində təhsil almışlar. Məzunları-mız hazırda da müxtəlif elm ocaqla-rında təhsillərini davam etdirirlər. Söz yox ki, bu müvəffəqiyyətlərin səbəbi uzun illər məktəbin, onun pe-daqoji kollektivinin intensiv və gər-gin əməyinin nəticəsidir.
Xocalı rayon Kosalar kənd tam orta məktəbi hal-hazırda Gəncə şəhə-ri ərazisində salınmış 600 ailəlik qə-səbədə fəaliyyət göstərir...
Rauf MİRZƏYEV,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini