Xocalı rayon məktəblilərinin rəsm və əl işlərindən ibarət sərgi keçirildi

Noyabrın 6-da Xocalı rayon İcra Hakimiyyətinin Zəfər Günü ilə bağlı silsilə Tədbirlər Planına əsasən, Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı rayon məktəblilərinin Ulu Öndər Heydər Əliyev, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, 2020-ci ilin Vətən müharibəsi, qazi və şəhidlərə həsr edilmiş rəsm və əl işlərindən ibarət sərgi keçirildi. 

Sərgidə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon ziyalıları iştirak etdilər. 

Tədbirdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər Vətən müharibəsinin tariximizdəki rolundan söz açdı. Bildirdi ki, Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyi nəticəsində qazanılmış Qələbə nəinki Azərbaycan tarixində, eləcə də bütün dünyada görünməmiş hadisə idi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək bu möhtəşəm zəfərə imza atdı.  











Daha yeni Daha eski