Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir

Doğma Azərbaycanım müstəqillik əldə etdikdən sonra 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi-referendum yolu ilə özünün Konstitusiyasını qəbul etdi. Bu müstəqillik dövründə ilk Konstitusiya idi.

Dövlətimizin birinci Konstitusiyası 1921-ci il mayın 19-da birinci Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Bu Konstitusiyanın SSRİ Konstitusiyasına uyğunlaşmışyeni redaksiyası 1925-ci ilin martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilən son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malikdir. Müstəqilliyimiz bərpa olunduqdan sonra Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədirliyi ilə Konstitusiya komissiyası başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Ölkəmizin yeni Konstitusiyası 5 bölmədən, 12 fəsil ilə 158 maddaədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə və 2016-cı ildə referondum yolu ilə edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan olundu. Konstitusiyalı qurluşun əsaslarını  möhkəmləndirmək Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı-respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən edir.

1.İnsan, onun hüquq və azadlıqları ali dəyərləridir.

2.Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır.

3.Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib.

4.Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır, müdafiə olunur.

5.Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir.

6.Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərdən biri kimi tanınan və ona təminat verilir.

7.İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz.

8.Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.

Konstitusiyamız ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır.

Ölkəmizin ərazisi vahid, toxunulmaz və bölünməzdir. İnsan hüquqlarının qorunması dövlətin Ali məqsədidir. Dövlətimiz bazar münasibətləri əsasında iqdisadiyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hər kəsin toxunulmaz hüquq və azadlıqları var. Hər kəs sərbəst hərəkət edir, özünə yaşayış yeri seçə bilər və ölkədən kənara gedə bilər. Heç kəs qanunları poza bilməz. Pozan, öz cəzasını çəkər. Dövlət bizi qoruduğu kimi, biz də onun qanunlarına tabe olmalı, qorumalıyıq. Belə olsa, hamı firəvan yaşayar, heç bir zorakılığa, rüşvətxorluğa yol verilməz.

28 ildir ki, Konstitusiyamızın qanunlarına əməl edərək xoşbəxt yaşayırıq. Qürur verən birdə budur ki, 44 günlük Vətən müharibəsində qələbə qazandıq. İşğal altındakı torpaqlarımız azad olub bütövləşdi. Zəfər gününü Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev Xankəndində parad keçirməklə qeyd etdi. Heç xəyalımıza gəlməyən istəklərimiz həyata keçdi. Əlbəttə, hər  görülən işlərimiz qanun əsasında oldu. Möhtərəm Prezidentimizlə, Konstitusiyamızla, qəhrəman xalqımızla fəxr edirik. Bu xalqımızın birliyinin uğurudur. Uğurun, bütövlüyün, azadlığın, müstəqilliyin, birliyin, hünərin, cəsuluğun əbədi olsun, Azərbaycan xalqı!

Daim var ol, Canım Azərbaycanım!

Natalya Yusifova,

Xocalı rayon Meşəli kənd tam orta məktəbin müəllimi

Daha yeni Daha eski