Azərbaycan qonşu dövlətlərlə də dinc - yanaşı yaşamaq üçün bölgədə sülhün bərqərar olması üçün əlindən gələni əsirgəmir

Son illər dünyada baş verən hadisələr istər siyasi, istərsə də iqtisadi sahədə dövlətlərarası münasibətlərə də təsirsiz ötüşməyib. Məhz bu səbəbdən də ölkələr arasındakı münasibətlər bəzən mənfiyə doğru, bəzən də müsbətə doğru inkişaf edir. Belə olan təqdirdə ölkəni idarə edən rəhbərlərin sükanı stabil saxlaması olduqca çətin olur. Bu cür çətin məqamlarda ölkə başçılarından siyasi uzaqgörənlik, yüksək intellektual səviyyə və müdriklik tələb olunur.​ Qurur hissi ilə qeyd etmək olar ki, doğru idarəçilik baxımından Azərbaycan bəxti gətirən ölkələrdən biridir. Bütün bunları hər addımda bariz şəkildə hiss etmək mümkündür. Təkcə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gördüyü işləri qeyd etsək, qeyd olunanların sübutu üçün kifayət edər . Həmin dövrdə orduya rəhbərlik edən Ali Baş Komandan, eyni zamanda diplomatiya sahəsində də təkbaşına mübarizə apararaq böyük uğurlara imza atdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Müharibədən sonrakı dövrdə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev özünün məqsədyönlü və uğurlu siyasi gedişləri ilə bir çox uğurlara imza atdı. Bunlardan 2023 - cü ilin 19 sentyabrında həyata keçirilən Antiterror əməliyyatını xüsusilə qeyd etmək yerinə düşərdi. Məhz həmin əməliyyat nəticəsində Azərbaycan özünün bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Əlbəttə, bu nailiyyətlər birbaşa Azərbaycan Prezidentinin gərgin əməyinin nəticəsində əldə edilmişdir. Demək olar ki, Ölkə Başçısı bu yolda yorulmadan çalışır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Təsadüfi deyildir ki, bu ilki Zəfər Paradı noyabr ayının 8 - də Xankəndində keçirilmişdir və paradı qəbul edən Azərbaycan Prezidenti elə həmin gün də Türk Dövlətləri İqtisadi Əməkdaşlıq Təşkilatının 16 - cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistana səfər etmişdir. Ölkə Başçısı cənab İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə bu ölkənin prezidenti Şavkat Mirziyoyevlə görüş keçirmişdir. Görüş həmişə olduğu kimi yüksək dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 

Azərbaycan Respublikasının Prezidenti Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxış etmişdir. Ölkə Başçısı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbədən bəhs etmiş, müharibə dövründə Türk dövlətlərinin verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. Eyni zamanda Azərbaycan Prezidenti postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə verdikləri dəstəyə görə də qardaş ölkələrə təşəkkür etmişdir. O, da vurğulanmışdır ki, Azərbaycan qonşu dövlətlərlə də dinc - yanaşı yaşamaq üçün bölgədə sülhün bərqərar olması üçün əlindən gələni əsirgəmir. Sülhün bərqərar olması regiondakı bütün dövlətlərin iqtisadi inkişafına öz müsbət təsirini mütləq şəkildə göstərəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri ölkəmiz üçün daha bir əhəmiyyətli hadisədir.

Ələddin Əhmədov, 

Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Daha yeni Daha eski