Azərbaycan xalqı özünün mərdliyi, mərhəməti, qonaqpərvərliyi ilə həmişə yüksəklərdə olmuşdur. Əsrlərlə bu xüsusiyyətlər bəzən kimlər tərəfindənsə xalqımıza qarşı nankorluqla cavablandırılmışdır. Sovetlər dövründə Azərbaycanın dilbər guşələrində məskunlaşan ermənilər onlara yaradılan münbit şəraitdə çox rahat yaşayırıdlar. Lakin onların milli xəstəliyi olan ərazi, torpaq iddiası xaricdə yaşayn erməni lobbilərinin və Ermənistanın kütbeyin rəhbərlərinin dəstəyi ilə 1988-ci ildə yenidən meydana gəldi.
Bu o vaxt baş verdi ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir. Bundan sui - istifadə edən erməni akademik Aqanbekyan və başqa dırnaqarası millət fədailirəi erməni xalqını güya ağ günə çıxaracaq. Bunun üçün keçmiş DQMV-nin Ermənistana birləşməsi məsələsini qaldıraraq kütləni meydanlara yığaraq hayastan miatsum deyərək qışqırdılar. Hadisələrin gedişi Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına gətirib çıxartdı. Onlar başa düşmədilər ki, özlri ermənistanı blokada şəraitinə saldılar. Onsuzda Moskvadan dotasiya alıb yaşayan bir ölkənin iqtisadiyyatı sıfır səviyyəsinə endi. Azərbaycan xalqı öz torpaqlarının işğal altında qalması ilə heç cür razılaşa bilməzdi.
İyirmi il bundan əvvəl 15 oktyabr 2003-cü ildə xalqın yetgilliyi ilə yüksək səs və dəstək qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev prezident kimi and içən vaxt müqəddəs Qurani Kərimə və Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq Azərbaycan xalqının və dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində var gücünü əsirgəməyəcəyini demişdir. Müstəqillik rəmzi deyil, ölkənin iqtisadi və siyasi cəhətdən güclü olmasından asılıdır. Möhtəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq Ermənistan dövləti Azərbaycan torpaqlarını azad etmək fikri ilə razılaşmadı. Otuz ilə yaxın bir müddətdə işğal altında inləyən torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə Silahlı Qüvvələrimiz tərəfindən əks hücum əməliyyatı keçirilməsi nəticəsində işğaldan azad edildi.
10 noyabr 2020-ci il tarixindən sonra Xankıəndi və ətraf ərazilər barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevə sual verənlərə nəyin nə zaman baş verəcəyini mən bilirəm demişdir. Həqiqətən belə də oldu. 15 oktyabr 2023-cü ildə qalib Prezident İlham Əliyev Xankəndinin mərkəzində üç rəngli, ay-ulduzlu Azərbaycan bayrağını ucaldaraq xalqa müraciət etdi. Azərbaycan xalqını və dövlətini təhdid edənlər öz cəzalarına çatıb və çatacaq. Bakıya yeriyəcək erməni tankları həqiqətən gəldi, lakin qənimətlər parkına gətirildi. Bakıda çay içəcəklərini söyləyən dırnaqarası prezidentlər – təlxəklər istintaq təcridxanasınada çay içərək ədalət məhkəməsi qarşısında cavab verməli oldular.
Mən öz fikrimi ifadə edərək deyərdim ki, “miatsum”- “birləşək” qışqıran erməni separatçıları Azərbaycan torpaqlarından çıxaraq arzularına çatıb ermənistana gedərək birləşdilər.
19 sentyabr 2023-cü il tarixində iyirmi dörd saat tamamlanmamış antiterror əməliyyatı nəticəsində Xankəndi və ətraf ərazilər separatçılardan təmizlənərək öz sahibini – Xanı qarşıladı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Cənnətdəki məqamları uca olsun. Bundan sonra Azərbaycan xalqının ümdə vəzifəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dinc quruculuq, elmi inkişaf, güclü iqtisadiyyat, vətənpərəvrlik, şir ürəkli-dəmir biləkli oğulları olan silahlı qüvvələri inkişaf etdirmək olacaqdır.
Yaşasın ulu tarixə malik Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev! Qarabağ Azərbaycandır!
Aydın HƏSƏNOV,
Xocali rayon ziyalısı
