Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı

                 Demokratik qüvvələr hakimiyyətə gəldikdən sonra, onların təcrübəsizliyi nəticəsində xarici qüvvələr və daxildə olan separatçılar ölkəni bir neçə yerə parçalamaq istəyirdilər.

Naxçıvan real işğal təhlükəsi ilə üz-üzə qalmışdı.

Heydər Əliyev şəxsi nüfuzu və dövlətçilik təcrübəsinə əsasən Naxçıvanı qoruyub saxlaya bildi. 1992-ci il mayın 28-də Sədərək –Dilucu “Ümid körpüsün” açmağa nail oldu. Naxçıvan aclıq və işğal təhlükəsindən azad oldu.

Demokratik qüvvələrdən fərqli olaraq xalqın qabaqcıl ziyalıları başa düşürdülər ki, erməni vəhşiliyindən, separitizmdən Azərbaycanı və xalqı yalnız bir nəfər qoruya bilər, o beynəlxalq ermənipərəst qüvvələrin arzusunu gözündə qoya bilən yeganə bir nəfər var, o da Heydər Əliyevdi. Heydər Əliyevdən başqa ikinci bir şəxs bunu bacara bilməzdi.

1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin - müstəqilliyə gedən yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya aktının özəyini təşkil etdi. Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ayaq səsləri idi.

1993-cü ildə təcrübəsiz və qeyri peşəkarların hakimiyyəti təmsil etməsi, Gəncədə vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Qanuni mərkəzi hakimiyyətə qarşı çıxan 709-cu hərbi hissənin komandiri S.Hüseynov zor gücünə mərkəzi hakimiyyəti ələ keçirmək istəyirdi. Gəncədə qardaş qanı axıdılmışdı.

1993-cü ildə iyunun əvvəlində Gəncədəki, qiyamın ardınca cənub bölgəsində “Talış-Muğan Respublikası” elan edən Ə.Hümbətov tabeliyindəki silahlı qüvvələri cəbhədən çıxartması ölkənin şimalında separatçı ünsürlərin “Ləzgistan dövləti”, Zəngəzurda “Qırmızı Kürdüstan” yaratmaqla ölkəni parçalamaq istəyirdilər.

Əbülfəz Elçibəy artıq vətənin əldən getdiyini görürdü, bu planlar baş tutsa Azərbaycan xanlıqlar dövrünə qayıdırdı.Azərbaycanı bu bəladan qurtaran bir dahi var idi, oda xalqın ümid yeri olan Heydər Əliyev idi.

1993-cü ilin iyunun 9-da xüsusi təyyarə ilə Bakıya gətirilən Heydər Əliyev 13-14 iyunda Gəncə şəhərində oldu xalqla görüşdü. Ulu Öndəri haqlı olaraq öz xilaskarları kimi qarşıladılar, “Heydər baba qurtar xalqı bu bəladan” şüarları göyə yüksəldi. Uzaqgörən diplamat Heydər Əliyev, S.Hüseynovu Baş nazir təyin edib öz nəzarəti altına aldı.

1993-cü ilin avqust ayında Ə.Hümbətov 7 cənub rayonunda “Talış Muğan Respublikası ” elan etdi. Bu təxribatın qarşısı vaxtında alındı. “TMR”  ləğv edilsə də ölkə daxilindəki çəkişmələrdən istifadə edən ermənilər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanı işğal etdilər.

1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və xalq 98% Heydər Əliyevə etimad göstərdi.

1993-cü il oktyabrın 3-də Heydər Əliyev prezident seçildi.

Azərbaycanı uğurlu inkişaf yoluna aparan ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın azad olunması idi. 

Ulu Öndərin layiqli davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, bu gün torpaqlarımız azaddır.

Sabir Qasımov,

Xocalı rayon sakini


Daha yeni Daha eski