Vandalizmdən qurtulmuş Laçının çiçəklənən həyatı

Bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq abadlıq-quruculuq işləri sürətlə və mətəşəkkil formada davam edir. Dövlət Proqramına uyğun olaraq Laçın şəhərində görülən işlər və əhalinin doğma torpaqlarına qayıdışı şanlı qələbəmizin təcəssümü kimi bizi qürurlandırır.

Bildiyiniz kimi, Prezident İlham Əliyev 31 iyul 2023-cü ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, 26 avqust Azərbaycanda 26 avqust – “Laçın Şəhəri Günü” təntənə ilə qeyd edildi.

 “Laçın Şəhəri Günü”ndə zərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva da iştirak etdilər. Prezidentimiz İlham Əliyev çıxışının əvvəlində laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik etmişdir. Cənab Prezident çıxşında vurğulamışdır ki, indi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.

Qarabağın, Şərqi Zəngəzurun dirçəlməsi bizə dost və qardaş olan ölkələri sevindirir. Türk dövlətlərinin həmrəyliyi mənfur qonşularımızı və onlara havadar olanları məyus edir. Azərbaycan xalqı döyüş meydanında qələbə əldə edərək düşmənin başına dəmir yumruq endirdi. Bu zərbədən ayıla bilməyən Ermənistan siyasət meydanında da rüsvayçı vəziyyətə düşmüşdür.

Çox xoşbəxt xalqıq ki, belə gözəl günləri yaşayırıq. Bir vaxtlar düşmən tapdağında inildəyən Laçında Cənab Prezidentimizin təbirincə desək, toy-bayramdır. Xalqımıza yaşatdığı bu qürur dolu sevincli günlər üçün Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Uca Allah Prezidentimizi və onun ailəsini qorusun!

Yaşasın Laçın! Yaşasın Azərbaycan!

Səriyyə Camalova,

Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi

Daha yeni Daha eski