06.07.2022-cı il tarixdə 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin təşkilatçılığı, Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan əhali arasında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 1.1.16. bəndinin icrası ilə əlaqədar, yəni "Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin rəisi Ramil Rüstəmov hesabat xarakterli məruzə ilə çıxış edərək xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü, Meşəli qəsəbələrində əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması istiqamətində görülən işlər barədə məlumat verdi. Bildirdi ki, idarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru xətlərində cari təmir və bərpa işləri aparılmışdır. İl ərzində qəsəbədaxili küçələrdə müxtəlif diametrli su boru xətləri dəyişdirilmişdir.
O cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.
