Azərbaycanla Moldova arasında əsasən iqtisadiyyat və enerji sahələrində birlə layihələr üzrə iş gedir

 
        31 may 2023-cü il tarixdə, Avropa siyasi birliyinin Zirvə toplantısı keçirildi. Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin Kişinyovda Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub. “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Moldovada təşkil edilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırdı. Söhbət zamanı ölkələrimizin bir-birinin əraz i bütövlüyünün tanıdığı və siyasi baxışlarının uyğunluğu  qeyd  edildi. Suverenliyin  dəstəklənməsi siyasi  həmfikir olmaqla  bərabər  ticarət-iqtisadi  ələqələrin inkişaf  etdirilməsi  genişləndirilməsi barədə fikir  mübadiləsi  aparıldı. İqtisadi  əlaqələrin  genişləndirilməsi  üçün  müəyyən  sahələrdə  qarşılıqlı  iqtisadi  əlaqələrin  qurulması  vurğulandı.  Şərabçılıq sənayesinin inkişafı  sahəsində  hər  iki ölkənin  dərin  təcrübəyə  malik  olduğu  önə  çəkildi. Maya  Sandu Moldovada  keçirilən  bu  görüş  çərçivəsində  dövlətimizin  başçısının Avropa  İqtisadi Şurasının  Prezidenti Şarl  Mişelin  dəstəyi  ilə Ermənistanın  baş  nazirinin,  Almaniya  və Fransa birliyinin  iştirakı  ilə  keçiriləcək  beştərəfli  görüşü  müsbət  hal  kimi  qiymətləndirdi. Dövlətimizin  başçısı  Moldova  Prezidentini  Azərbaycana  səfərə  dəvət  etdi.  Dəvət  razılıqla  qəbul  olundu.

 Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  bu  toplantıda  iştirak  etdiyi  zaman Dövlətimizin başçısı  ilə  görüşən  Moldovanın  Baş  naziri  Dorin Recan  bu  görüşdən məmunluğunu  ifadə  etdi. O, Azərbaycan  Respublikasının  müstəqillik  günü    bu  müstəqilliyin  elan  olunmasının  105  illik  tarixə  malik  olduğunu  vurğuladı. Azərbaycan  dövlətçilik  tarixində  öz  dəsti- xətti   ilə seçilən  Ulu  Öndər Heydər  Əliyevin  100 illik  yubileyi münasibəti  ilə  İlham  Əliyevi  təbrik  etdən  Dorin  Reçan  onun  nümunəvi   şəxsiyyət  olduğunu  qeyd  edərək  normal, sülhsevər  dövlət  başçıları  üçün  öyrəniləcək  mənbəə adlandırdı.

Hər iki ölkə bir-birini yaxşı başa düşür. Azərbaycan və Moldova prezidentləri arasında mehriban, dostluq münasibətləri var. Birgə layihələr uğurla davam etdirilir. Azərbaycan təkcə regionun deyil, Moldova da daxil olmaqla, Avropanın bir çox ölkəsinin enerji təhlükəsizliyi üçün strateji rol oynayır. Beynəlxalq səviyyədə ölkələrimiz bir-birinə dəstək olur. İnanırıq ki, iqtisadi Azərbaycanla Moldova arasında iqtisadi əlaqələr daha da genişlənəcək, dostluğumuz möhkəmlənəcək.

 Aydın HƏSƏNOV,

 Xocalı rayon sakini

 

Daha yeni Daha eski