Azərbaycanın
görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin doğum günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da
Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Bu gün Azərbaycan
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi,
2023-cü ili Cənab Prezidentimizin Sərəncamı ilə “Heydər Əliyev İli” elan
olunmuşdur. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır. Ulu
Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək
idi. Onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının
arzusunu çin etdik. Ölkə başçımız Ulu Öndərimizin əziz xatirəsini uca tutaraq
onun doğum gününü Bakıda deyil, Şuşa şəhərində təbrik etdi.
Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin etdirir.
Müzəffər Ali Baş Komandan çıxışında vurğuladı ki, Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü. Ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı.
Bu gün Ulu
Öndər Heydər Əliyevin ruhu şaddır.
Eşq olsun
Cənab Prezidentimizə! Yaşasın müstəqil Azərbaycan!
Aydın Əliyev,
Xocalı rayon ziyalısı