Heydər Əliyev ideyaları ilə yetişən nəsil

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakultəsinə daxil olub, lakin İkinci dünya müharibəsinin başlanması ona təhsilini başa çatmağa imkan verməyib. Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib. 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin qiyabi şöbəsini bitirib. 

Azərbaycan təhsilinin milli tariximizdə yüksəlişi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ölkəmizə rəhbərliyinin birinci dövründə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə təhsil ocaqlarının maddi-tezniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Heydər Əliyevin ali məkrəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alaraq yüksək dəyərləndirib. Ümummilli lider Heydər Əliyev hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ümummilli liderin uzaqgörənliklə söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir. Ulu Öndərin fəaliyyətində təhsil siyasəti, təhsil quruculuğu daim önəmli mövqe tutmuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur Yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bütün bunlara görə xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, ona Allahdan rəhmət diləyir.

 Aynur Bünyatova,

Xocalı rayon sakini

Daha yeni Daha eski