"Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda maarifləndirici görüş keçirilib

03.02.2023-cü il tarixdə Xocalı rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayon İcra Hakimiyyətinin Akt zalında Cənab Prezidentin 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2.3-cü bəndinin, yəni Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi istiqamətində rayonun idarə və müəssisə əməkdaşlarının iştirakı ilə maarifləndirici görüş keçirilib. Görüşdə dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin beynəlxalq təcrübəsi, qiymətləndirmənin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsində rotasiyanın rolu barədə məlumat verilib.

Görüşdə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə (kompetensiya) modelinin tətbiq edilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair müzakirələr aparılıb və tədbir iştirakçıları təkliflərini diqqətə çatdırıblar.





Daha yeni Daha eski