Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

       Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı görülən işlər çərçivəsində aprel ayının 22.04.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsində “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirdə qeyri-infeksion xəstəliklərin tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlı olduğu qeyd olunub. Tütündən, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi əsas risk amilləri nəticəsində yaranan qeyri-infeksion xəstəliklər əksər ölkələrdə olduğu kimi Azərbaycanda da vaxtsız ölümlərin əsas səbəbi olduğu diqqətə çatdırılıb. Gənclərə sağlamlıqlarına daha məsuliyyətlə yanaşmağı tövsiyə edən natiqlər onları zərərli vərdişlərdən uzaq olmağa səsləyib.

Qeyd edək ki, tədbirlər çərçivəsində ictimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə maarifləndirici stendlər yerləşdirilmişdir.






 

Daha yeni Daha eski