Xocalı rayonunun Tağaverd kəndi

 

tağaverd kəndi Xocalı rayonunda, dağətəyi ərazidə yerləşir. Kənddə məktəb, klub, kitabxana, rabitə şöbəsi, bir çox tarixi qalalar və s. vardı. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq və üzüm­çülüklə məşğul olurdu. Yerli məlumata əsasən, Tağaverd yaşayış məntəqəsini Şuşa qəzasının keçmiş Şüşülü, Dırnavos, Tuğ və Domu kəndlərindən köçüb gəlmiş ailələr yaratmışdır. Kəndin keçmiş adı Aşağı Tağaverd olub. Həmin rayondakı indiki Zərdankənd kəndi isə Yuxarı Tağaverd adlanırdı. “Tağ” – memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud, iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyasına deyilir. “Tağ” yarım­dairə, çatma, nalvarı və s. formalarda olur. Bəzi tədqiqatçıların fikrincə, Tağaverd toponimi “qala məhəlləsi” məna­sını daşıyır. Bu oykonimi “güllük” mənası ilə izah edənlər də vardır.

Daha yeni Daha eski