Fevralın 27-si səhər tezdən bilinməyən istiqamətdə
yola davam etdik. İki saat yol getdikdən sonra, saat 10-11 arası bir kənd
gördük. Silahlılar öndə gedirdilər. Mən də silah var idi. Bizi ermənilər görəndə
dedilər ki, qorxmayın, gəlin, azərbaycanlı kəndidir. Biz Dəhraza yaxınlaşanda məlum
oldu ki, bu kənddə ermənilər yaşayır. Atışma başladı. Atışmada bir neçə nəfər şəhid
verdik. Arxaya baxdıq ki, vurulan çox olacaq. Silahları tullayıb ermənilərə təslim
olduq. Əsirləri kəndə gətirib ictimai binaya yığdılar. Bir neçə saat keçəndən
sonra ermənilər dedi ki, bizim bir ailənin tək oğlunu öldürmüsünüz. Ona görə
aranızdan 13 nəfəri aparıb öldürəcəyik. Axşam tərəfi erməni quldurları 13 nəfər
əsiri seçdilər. Mənim əynimdə hərbi geyim yox idi. Yanımda duranlardan da
seçdilər. Ancaq mənə heç nə demədilər.
-
Seçilib
aparılan əsirlərdən kimləri tanıyırdınız?
-
Hamısını
tanıyırdım. Qaçay müəllimin oğlu Rövşəni, Şahini, Yusifəli kişini və digərlərini
apardılar. Təxminən 20 dəqiqədən sonra avtomat səsləri gəldi. Ermənilərin biri
dedi ki, onların hamısını öldürdük. Hal-hazırda Xocalı Rayon İHB-nın müavini
Lamiyə Qarayeva da əsirlərin arasında idi və o, atasının arxasınca qışqıraraq
ağlayırdı. Balaca Lamiyə səhərə qədər ata deyib çığırırdı. Özü səhərə qədər
yatmadı, onun səsindən heç kəs gözlərini yuma bilmədi. O, çox qavqarışlı uşaq
idi. Başa düşürdü ki, atasını aparıbdılar. Kiçik yaşlı Lamiyənin atasının
arxasınca ağlamağı hamıya öz dərdini unutdurmuşdu. Həmin ərəfədə erəminlər bizə
amansız işgəncələr verdilər. Avtomatla, dəmir alətlərlə səirləri döyürdülər.
Odun doğradırdılar, müxtəlif işlər gördürürdülər. Bu gün xəstəliklərimin üzə
çıxmasının səbəbi çətin əziyyətlərdən, qorxulardandır. Hər cür soyuq silahlarla
işgəncələr verirdilər. Ucu şişlənmiş armaturları əsirlərin qarnına, qılçına
soxurdular. Brmaqlarımızı bir yerə qoyub üstündən basıb əzirdilər. Üç gündən
sonra ermənilər üstümüzdə olan pulumuzu, sənədlərimizi əlimizdən aldılar. Mart
ayının 2-də ermənilər əsirlərə dedilər ki, kimin uşağı varsa bir tərəfə, subay
olan isə bir tərəfə keçsinlər. Mənimlə əsirlikdə olan qonuş Əlövsətin üç uşağı
yanında idi. Birini özü, o birini isə yoldaşı götürdü. Oğlu Anarı isə mən
yanıma götürdüm. Cərgədə dayandıq. Bu məqamda üstüörtülü “Kamaz” maşını gəldi.
Subay kişiləri, ağsaqqaları “Kamaz”a yığdılar. Onların haraya apardılar bizim xəbərimiz
olmadı. Sonra bizə dedilər ki, sizə aparıb Ağdamın Abdal-Gülablı kəndindən yola
salacağıq. Erməni quldurları bizi gətirib Ağdamda bir neçə erməni erməni əsirləri
dəyişdilər. Təxminən 100-120 nəfər olardıq.
-
Xocalı
soyqırımı sizə hansı acıları yaşadıb?
-
Xocalı
soyqırıım heç bir zaman yaddaşımızdan silinməyəcək. Ailə üzvlərim çətinliklə
faciədən sağ çıxa bildilər. Yoldaşımın yaxın qohumları şəhid oldular. Üç aylıq
övladım Vüsal çöllərdə bərk soyuqladığından 11 ay müalicə olundusa da, onu
yaşada bilmədik. Ermənilər hər acını yaşatdılar bizə...