11 oktyabr 2021-ci il tarixdə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı Serbiyanın paytaxtı Belqradda işinə başladı. Həmin toplantıda İlham Əliyev cənabları videoformatda çıxış etdi.Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq tədbirin rəsmi hissəsinə sədrlik etdi. Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısına ev sahibliyi etdiyinə görə İlham Əliyev cənabları Serbiyanin prezidenti cənab Aleksandr Vuviçə minnətdarlığını bildirdi. Dövlət Başçısı bildirdi ki, 1961-ci ildən indiyənədək Qoşulmama Hərəkatı qlobal sülh ,həmrəylik, ədalət naminə fəaliyyət göstərmiş, eləcə də BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif 120 ölkəni özündə birləşdirərək, daha ədalətlə yanaşma tərzinə malik olmuşdur. Bu təsisatın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırdı. İlham Əliyev cənabları çıxışında vurğuladı ki, Qoşulmama Hərəkatı Banduq prinsipləri ilə hərəkət edir və əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, dünyada müharibələr və münaqişələr görməzdik.
Daha sonra Ölkə Başçımız ölkələrin ərazi
bütövlüyünün pozulmasının yolverilməz olduğunu söyləyərək Azərbaycanın bütün ölkələrin ərazilərinə hörmətlə
yanaşdığını vurğuladı. Azərbaycan 2011-
ci ildən Qoşulmama Hərəkatının ailəsinə daxil oldu və 2016-cı ildə Qoşulmama Hərəkatının
liderlərinin yekdil səsi ilə Azərbaycan
2019-2021-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
İlham Əliyev cənabları bildirdi ki, 2020-ci
ildən indiyədək COVİD -19 pandemiyasının
dövründə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə məsuliyyətlə yanaşmış,
pandemiyanın çətinliklərinin qarşısının alınması üşün bir sira təşəbbüslər irəli
sürmüşdür.
İlham Əliyev cənabları söylədi : " Bİz
2020-ci ilin may ayında Qoşulmama Hərəkatının
dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli
sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq
Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə
edən məlumat bazası yaradılmışdır. "Dövlət başçısını bu təklifi daha sonra
150-dən şox öklənin dəstəyi ilə nəticələnmişdir.
Azərbaycanın könüllü olaraq pandemiya ilə
mübarizədə 10 milyon ABŞ dollları həcmində Ümumdünya Səhiyyə Təşkilatına yardim
etdiyi, bu məbləğin yarısının Qoşulmama
Hərəkatının üzvlərinə edildiyini söyləyən
İlham Əliyev cənabları Azərbaycanın
30-dan şox ölkəyə humanitar və maliyyə yardımi etməsini vurğulaması ölkəmizin
qüdrətindən xəbər verir. İlham Əliyev cənabları
təəssüf hissi ilə qeyd etdi ki, beynəlxalq hüqüq normaları və beynəlxalq təşkilatların
qərarlarında ikili standartlar nümayiş
olunur ki, bu da münaqişələrə mənfi təsir göstərir. Azərbaycan da 30 il bu cür
halla qarşılaşırdı. Ermənistan bu ikili standartlardan istifadə edərək Azərbaycanın
20 faiz torpaqlarını işğal altında saxlaya bildi. Azərbaycanlılara qarşı etnik
təmizləmə siyasəti yürüdən ermənilərin Xocalı faciəsini törədərək yüzlərlə
mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdiklərini
toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident çıxışında 1 milyon
insanın hüquqlarının ermənilər tərəfindən pozulduğunu bildirdi. BMT- nin 4 qətnaməsini
rədd edən Ermənistana isə heç bir sanksiya tətbiq olunmadı, təcavüzkar dövlətlə
işğala məruz qalan dövlət arasında fərq qoyulmadığını bildirdi. Dövlət Başçımız
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki binalarına, tarixi
və dini abidələrə vəhşiliklə yanaşdığını, dağıntılara məruz qoyduğunu bildirdi.
İlham Əliyev cənabları bildirdi ki, Ermənistan
daha çox ərazi işğal etmək üçün 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı
yenidən genişmiqyaslı hücuma keçdi. Azərbaycan tərəfi əks-hücum nəticəsində
işğal olunmuş torpaqlarını azad etməyə başladı. Azərbaycanın Şanlı Ordusu
BMT-nin icra olunmayan 4 qətnaməsini 44 gün ərzində uğurla icra etdi.
Azərbaycan
Respublikasının Prezidenti nitqində söylədi: " Qoşulmama Hərəkatına üzv
dövlətlər tərəfindən Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi
vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat
açəqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən
qaynaqlanan Hərəkatın prinsipial
sadiqliyini nümayiş etdirdilər."
Sonda
Prezidentimiz qeyd etdi ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin
2023-cü ilin sonuna qədər uzadılmasına qərar verilmişdir. Verilən bu qərar
Azərbaycanın Prezidenti İlham Əliyev cənablarının uğurlu sədrliyinin bariz nümunəsidir.
Şəhriyar MƏMMƏDOV,
Xocalı rayon Yaloba kənd tam orta məktəbinin Çağırışaqədərki hazırlıq müəllimi