Xocalı rayon İcra Hakimiyyəti Aparatı üzrə hüquqi aktların qəbulunda və fəaliyyət istiqamətləri ilə bağlı ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədilə İcra Hakimiyyəti yanında Şuranın tərkibi formalaşıb. Qeyri-hökumət təşkilatlarının bilavasitə iştirakı ilə tam şəffaf şəraitdə rellaşan seçkilərdə Xocalı rayon İcra Hakimiyyəti yanında 15 vətəndaş cəmiyyəti institutundan ibarət İctimai Şura yaradılıb.
Təbii ki, görülən işlərin daha səmərəli olması üçün hər işçiyə məsuliyyətlə bərabər, stimulverici bir güc də olmalıdır. Bu baxımdan İctimai Şuralar üçün Azərbaycanda ilk vahid onlayn platforma olan ictimaishura.az saytının xüsusi önəmi vardır. Adı çəkilən sayt İctimai Şuralara fəaliyyətini göz önünə gətirmək, tədbirlərini geniş sosial şəbəkə istifadəçilərinə çatdırmaq üçün çox asan və əvəzssiz elektron informasiya vasitəsidir.
Qeyd edək ki, bu layihənin hədəfi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlılığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla, fəaliyyət göstərdikləri dövlət qurumlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olmaqdır. Yarandığı ilk günlərdən aktiv fəaliyyəti ilə seçilən Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura üçün ictimaishura.az saytında subsayt yaradılmışdır. Bu vasitə ilə bizim istənilən tədbirimizi özümüz sayta yerləşdirmək, hətta sonradan lazımi dəyişikliklər etmək imkanınımz vardır. Tədbirlərimizin mərkəzləşdirilmiş saytda yerləşdirilməsi bizim fəallığımızın daha da artmasına səbəb olur.
Saytın rəhbəri jurnalist-ekspert Cəsarət Hüseynzadəyə vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə və rəhbərlik etdiyim İctimai Şuraya göstərdiyi informasiya dəstəyinə görə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Sonda İctimai Şuralara müraciət etmək istəyirəm ki, bu saytın ətrafında birləşərək faydalı işlərimizdə bir-birimizdən nümunə götürməklə daha da səmərəli çalışa bilərik.
Qalib Quliyev,
Xocalı rayon İcra Hakimiyyəti yanında İctmai Şuranın sədri