4-cü ildönüm

Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar
Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş
(24 fevral 1996-cı il)
Prezident sarayı, 24 fevral 1996-cı il
Azərbaycan Respublikası Prezidenti
Heydər Əliyevin giriş sözü
Biz bu günlər Xocalı faciəsinin dördüncü ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində
qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda, bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə,
torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının
ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini
qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün
qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədən, Azərbaycana Ermənistan tərəfindən hərbi
təcavüzün başlanmasından artıq səkkiz il keçir. Səkkiz il ərzində bu təcavüz davam edib və xalqımız öz
torpaqlarını, vətənini müdafiə etmək üçün vuruşub, çalışıb, mübarizə aparıbdır və bu gün də torpaqlarının
keşiyindədir.
Azərbaycan xalqı bu müddətdə çox şəhidlər, qurbanlar veribdir. Xalqımızın qəhrəman, igid övladları
torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin
xüsusi yeri var. 0 da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə
sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana
qarşı edilən soyqırımdır—vəhşiliyin görünməmiş bir təzahürüdür. Bütün bunlara görə də biz Xocalı faciəsinin
ildönümünü hər il qeyd edirik. Bildiyiniz kimi, 1994-cü ilin fevralında Xocalı faciəsinin Xocalı günü kimi
qeyd olunması barəsində xüsusi qərar qəbul olunmuşdur.
Mən söhbətə başlamamışdan əvvəl rica edirəm Xocalı torpağını qoruyarkən, müdafiə edərkən şəhid olmuş
bizim Azərbaycan övladlarının xatirəsini, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq özlərini qurban vermiş
bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.
(Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə şəhidlərin ruhuna fatihə
verdi).
Azərbaycan Prezidenti Heydər Əliyev sözünə davam edərək dedi: Bu gün hər bir Xocalı sakini ilə görüşmək
bizim üçün çox əziz olardı. Lakin bilirsiniz ki, bu mümkün deyil. Xocalıdan didərgin düşmüş soydaşlarımız
Azərbaycanın bir çox yerlərində məskunlaşıblar. Mən isə Xocalının bir qrup nümayəndəsi ilə burada görüşərək
hesab edirəm ki, bütün xocalılarla görüşürəm.
Mən bu görüşdən məmnun olduğumu bildirmək istəyirəm. Siz dörd ildir ki, özünüzün, qohum-əqrəbanızın,
öz yerinizin sakinlərinin başına gəlmiş bəlalara, faciələrə, itkilərə görə dərd-kədər içindəsiniz. Eyni zamanda,
bu faciə bütün Azərbaycan xalqını kədərləndirir. Biz hamımız kədər hissi keçiririk - həm Xocalıda həlak olanlar
üçün, onların xatirələrinə görə, həm də bütün Azərbaycanın verdiyi şəhidlərə görə. Bugünkü görüşümüzdə o
günləri müəyyən qədər xatırlamaq, həyatdan gedənlərə rəhmət diləmək, yaşayanlara isə kömək etmək, onların
yaşayışının daha da yaxşılaşması üçün lazımi tədbirlər görmək bizim borcumuzdur. Güman edirəm ki, bu gün
bizim buradakı görüşümüzün də, söhbətimizin də məqsədi bundan ibarətdir. Mən sizi dinləmək istəyirəm, sizin
sözlərinizi eşitmək istəyirəm. Buyurun.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
28
Xocalı rayon İcra Hakimiyyətinin başçısı
Elman Məmmədovun çıxışı
Möhtərəm Prezident, bizim üçün böyük şərəfdir, böyük hörmətdir ki, Siz işinizin belə gərgin vaxtında,
Azərbaycanın belə çətin vəziyyətində vaxt tapıb bizim əhalinin bir qrup nümayəndəsi ilə görüşürsünüz. Buna
görə bütün camaatımız adından, əhalimiz adından Sizə böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun.
Möhtərəm Prezident, bu gün Sizin görüşünüzə gələn xocalılar şəhid ailələridir, Xocalıdan olan milli
qəhrəmanların ailələridir, valideynləridir, Xocalı ziyalılarıdır. Biz bu görüşə çox böyük məsuliyyət hissi ilə
gəlmişik, eyni zamanda, böyük ümid hissi ilə gəlmişik ki, dörd il bundan əvvəl baş verən Xocalı faciəsi
haqqında öz fikirlərimizi, Sizin icazənizlə, açıqlayaq, bu günə qədər deyilməyən müəyyən mətləblər daha aydın
deyilsin və hər kəsin sözü özünə çatdırılsın.
Hörmətli Prezident, Sizin icazənizlə mən vaxtınızı bir az çox almaq istəyirəm, o mənada ki, Xocalı
faciəsinə aparan vaxt haqqında, yol haqqında geniş təsəvvür yaratmaq istəyirəm.
Xocalı faciəsinə aparan yol 1988-ci ildən yox, ondan çox əvvəllər başlamışdı. Xocalı üçüncü dəfə faciə ilə
üzləşibdir. Xocalı bir dəfə 1905-ci ildə yandırılıbdır. Lakin onun sakinləri yenə qayıdıblar Xocalıya, Xocalı
1918-ci ildə də yandırılıbdır. Biz doğma yurdumuza yenə də qayıtmışıq. Nəhayət, o vaxt respublikaya rəhbərlik
edən bacarıqsız, səriştəsiz, məsuliyyətsiz, xalqın taleyinə cinayətkar münasibət bəsləyən Azərbaycan
rəhbərliyinin günahı üzündən Xocalı üçüncü dəfə, 1992-ci ildə də faciəyə düçar oldu.
1987-ci ilin əvvəllərindən Dağlıq Qarabağda ermənilərin gizli yığıncaqları keçirilirdi, təşkilatları
yaradılırdı, vəsait toplanırdı. Bu haqda biz, bir qrup Dağlıq Qarabağ ziyalısı, onlardan burada iştirak edənlər də
var, o vaxtkı respublika rəhbərliyinə müraciət edirdik, məktublarla, müxtəlif vasitələrlə dövlət təhlükəsizliyi
orqanlarının Stepanakertdə işləyən azərbaycanlı nümayəndələri, əməkdaşları vasitəsilə məlumat verirdik. Ancaq
bizim bu müraciətlərimizə heç bir cavab vermirdilər. Nəhayət, bizə bir dəfə cavabları belə oldu ki, "Azərbaycan
çoxmillətli respublikadır, beynəlmiləl respublikadır, böyük və çoxmillətli bir ölkədə yaşayırıq, siz bu milli
münasibətləri qızışdırırsınız, fitnəkarlıqla məşğul olursunuz" və s. Bizim bu çağırışlarımıza, həyəcan təbilimizə
cavab verməyən Azərbaycan rəhbərlərinin fəaliyyətsizliyi nəticəsində 1988-ci il fevralın 12-də Əsgəranda rayon
partiya komitəsinin iclas salonunda ermənilər Dağlıq Qarabağ məsələsini ilk dəfə açıq şəkildə qaldırdılar. Orada
respublika rəhbərliyindən o vaxtkı Azərbaycan KP MK-nın ikinci katibi Konovalov və MK-nın inzibati
şöbəsinin müdiri rəhmətlik Məmməd Əsədov iştirak edirdilər. Orada ermənilər öz tələblərini irəli sürdülər və
əllərində bayraqlar, şüarlar olan ermənilər bütün binanı mühasirəyə aldılar. O görüşdə altı nəfər azərbaycanlı
iştirak edirdi. Onların bir neçəsi indi burada, bu görüşdədir.
Hörmətli Prezident, həmin gündən biz Xocalının, Dağlıq Qarabağın müdafiəsinə qalxdıq. Biz kəndimizi
əlimizdəki imkanlarla müdafiə etməyə başladıq, bu barədə respublika rəhbərliyinə məlumat verdik. Amma
respublika rəhbərliyi öz biganəliyi ucbatından heç bir tədbir görmədi. Rəhbərliyin fəaliyyətsizliyini görən
ermənilər daha da azğınlaşdılar, qızışdılar və daha kəskin tələblər irəli sürməyə başladılar. Əvvəlcə öz
tələblərini iqtisadi problemlərlə bağlayan ermənilər artıq siyasi tələblər irəli sürürdülər.
Xocalı onların yolu üstündə böyük bir maneəyə çevrilmişdi. Ona görə ki, Xocalı özünün coğrafi mövqeyi
ilə Dağlıq Qarabağda həm magistral şose yolunun, həm də dəmiryolunun üstündə yerləşirdi. Həm dəmiryolu
Xocalının içindən keçirdi, həm də hava limanı Xocalıda idi. Buna görə də ermənilər hər cəhdlə Xocalını
köçürməyə, məhv etməyə çalışırdılar.
1988-ci ildə Dağlıq Qarabağda respublika rəhbərliyinin çox böyük sevinclə qarşıladığı Volski komitəsi
yaradıldı. Bu, xüsusi idarəetmə komitəsi idi. Biz başa düşə bilmirdik ki, əgər Azərbaycan hökuməti varsa, əgər
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Azərbaycan Nazirlər Soveti, Azərbaycan Ali Soveti varsa
və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi və ərazisidirsə, onda Dağlıq Qarabağı nəyə görə Moskvadan
gəlmiş orqan idarə etməlidir? Bax, Dağlıq Qarabağ azərbaycanlılarının, Dağlıq Qarabağın taleyinə biganəlik,
məsuliyyətsizlik məhz həmin dövrdən başlamışdır. Volski komitəsini gətirib orada oturtmaqla respublika
rəhbərliyi özünü bu məsələnin həllindən bir növ kənarlaşdırmışdı.
1988-ci il sentyabrın 18-də 10-12 min erməni Stepanakertdə nümayişlər keçirdikləri o meydandan birbaşa
Xocalının üzərinə hücum etdi. Onlar hamımıza yaxşı məlum olan bir variantla—Ermənistanda yaşayan
azərbaycanlıları kəndlərdən qovub çıxarmaq, kəndlərə kütləvi surətdə hücuma keçib azərbaycanlıları daş-qalaq
etmək, yandırıb qovmaq variantı ilə Xocalı sakinlərini oradan çıxarmaq istədilər. Xocalı sakinləri onlara çox
layiqli cavab verdilər. Ermənilərdən xeyli tələfat oldu. Onlar qaçmağa üz qoydular. Qaranlıq düşəndə hərbçilər
gəlib bizi ayırdılar, aranı kəsdilər. Görün, bunun nəticəsi bizim üçün necə oldu.
Hadisə sentyabrın 18-də baş vermişdi, sentyabrın 19-da axşam tərəfi Zori Balayan Ermənistandan olan bir
dəstə həkimlə gəlib bizim hava limanına düşdü və ermənilərin köməyinə getdi. Azərbaycan hökuməti isə bizim
köməyimizə üç gündən sonra gəldi. Sentyabrın 21-də Mİ-2 vertolyotu ilə. Həsən Həsənov, o vaxtkı daxili işlər 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
29
nazirinin müavini general Kamil Məmmədov, bir də Ağdamdan ağsaqqal Zeynal Hüseynov gəldilər. Onlar bizə
elə bir köməyə gəlməmişdilər. Burada ağsaqqallar oturublar, mən yalan danışa bilmərəm. Respublikanı təmsil
edən rəhbər işçi kimi bizim hörmətli Həsən Həsənov mən özümü yetirəndə dedi ki, bəs nə üçün durmusunuz
burada, avtobuslar gətirmişik, yır-yığış edib buradan köçün, siz erməniləri qırmısınız, onlar meyidləri
basdırandan sonra gəlib sizi qıracaqlar və s. Biz onda bildik ki, o vaxtkı Azərbaycan hökuməti, Azərbaycan
rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlıları taleyin hökmünə buraxıb. Bizə onda məlum oldu ki,
Stepanakertdə yaşayan 15 min azərbaycanlı üç gün ərzində oradan tamamilə qovulmuşdur. Lakin Azərbaycan
hökuməti buna heç bir reaksiya vermədi.
Heydər Əliyev: Nə qədər?
Elman Məmmədov: 15 min.
Heydər Əliyev: Bu hadisə nə vaxt baş verdi?
Elman Məmmədov: 1988-ci il sentyabrın 18-dən 22-dək. Ermənilərin bizə gücü çatmadığına, biz onları
layiqincə qarşılayıb qaytardığımıza görə onlar heyflərini Stepanakertdə olan azərbaycanlılardan aldılar.
Köməksiz azərbaycanlılardan.
Heydər Əliyev: Onları oradan çıxartdılar?
Elman Məmmədov: Bəli, qovub çıxartdılar.
Heydər Əliyev: Buna heç kəs mane olmadı, bunun qarşısını heç
kəs almadı?
Elman Məmmədov: Heç kim. Azərbaycan rəhbərliyindən bir nəfər bu köçün qarşısını almadı,
Azərbaycan rəhbərliyinin tabeliyi altında işləyən erməni rəhbərliyini bir nəfər də olsun çağırıb demədi ki, siz
milləti niyə qovursunuz, niyə qırırsınız, niyə yandırırsınız?
Heydər Əliyev: O vaxtlar mən eşitmişdim ki, onların evlərini də yandırmışdılar.
Elman Məmmədov: Bəli, yandırmışdılar. Azərbaycanlılar yaşayan evləri partlatmışdılar, yandırmışdılar,
orada nə qədər azərbaycanlı yaralanmışdı, nə qədər adam qaçıb Stepanakertin ətrafındakı meşələrdə
gizlənmişdi. Bir qadın ifadə vermişdi ki, uşağı ilə birlikdə altı gün meşədə ot yemişdir. Amma Azərbaycan
hökuməti buna heç bir reaksiya vermədi.
Hörmətli Prezident, demək istəyirəm ki, biz erməniləri layiqincə, cəsarətlə qaytardığımız üçün
mükafatımız nə oldu. Bir nəfər də olsun erməni həbs edilmədi. Əvəzində Xocalının səkkiz sakini həbsə alındı.
Biz, ağsaqqallar, ziyalılar respublika rəhbərliyinə - Əbdürrəhman Vəzirova və başqa rəhbərlərə müraciət etdik
ki, yaxşı, bizim günahımız nədir? Gəlmişdilər ki, bizim evlərimizi yandırıb, özümüzü öldürüb bizi yurdyuvamızdan qovsunlar. Biz bunları çağırmamışdıq və biz bunları geri qaytardıq. İndi kim ölüb, kim qalıb —
deyə bilmərəm. Bu onların öz günahıdır. Bəs biz nəyə görə həbs olunmalıyıq? O vaxtkı SSRİ Ali Soveti
Millətlər Sovetinin sədri Boris Oleynik başqaları ilə birlikdə oraya gəlmişdi. Onlar gəlib bizdə klubda yığıncaq
keçirdilər. Yoldaşlar bilirlər, mən orada çıxış edib Oleynikə sual verdim: Siz milliyyətcə ukraynalısınız, biz
Ukraynanın elə ərazilərini tanıyırıq ki, orada əhalinin 80 — 90 faizi ruslardan ibarətdir. Gəlin, o ərazini kəsib
Rusiyaya verək, siz buna razı olarsınızmı? Dedi ki, yox, mən razı olmaram. Dedim, bəs nəyə görə razı
olursunuz ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana verilsin? Biz onlardan soruşduq ki, sizin
evinizə hücum etsələr və ailənizi təhqir etsələr, siz nə iş görərsiniz? Dedi ki, əlimə nə gəlsə, mən götürüb ailəmi
müdafiə edərəm. Dedim, bax, biz də belə eləmişik. Bəs nəyə görə həbs olunmalıyıq? Hörmətli Prezident, həbs
olunan səkkiz nəfərin altı nəfəri iki aydan sonra çox böyük əziyyətlərlə azad edildi. İki nəfər — Xudayarov Abil
Adil oğlu və Məmmədov Kamil Cəlil oğlu bir il doqquz ay istintaqsız-məhkəməsiz həbsxanada saxlanıldı.
Heydər Əliyev: Onlar nəyə görə həbs olunmuşdular?
Elman Məmmədov: Demişdilər ki, evinizi niyə qorumusunuz, niyə ermənilərin qabağından
qaçmamsınız. Niyə onlara müqavimət göstərmirsiniz? Burada ya bir erməninin başı yarılıb, ya kimsə yaralanıb,
ya da kiminsə maşını əzilib, nə isə olub. Günahımız bundan ibarət idi.
Hörmətli Prezident, Azərbaycan rəhbərliyi bizə, bax, belə münasibət bəsləyirdi. Bu hadisə bizi o qədər
ümidsizləşdirmişdi ki, mən və bizim rəhbərlərdən iki nəfər — Murad Şükürov və Rafiq Mürsəlov 1988-ci il
oktyabrın 11-də Əbdürrəhman Vəzirovun qəbuluna gəldik. O bizi qəbul elədi. Bizim görüşümüz 2 saat 45
dəqiqə çəkdi.
Bu müddətdə biz ondan əsas etibarilə bir şeyi xahiş edirdik ki, Mərkəzi Komitənin birinci katibi yoldaş
Vəzirov, Ermənistandan qovulan azərbaycanlıları oradan ermənilər qovurlar, siz o azərbaycanlıların köçünükarvanını Bakıya yönəltməyin, yığmayın. O karvanı Dağlıq Qarabağa yönəltmək lazımdır. Onları oradan
ermənilər qovurlar, qoy onlar da gəlib buradakı erməni evlərinə yiyə dursunlar. O, bizə belə cavab verdi: "Siz
cinayətkarsınız, siz qan tökmüsünüz, erməniləri qırmısınız, siz təzədən istəyirsiniz ki, qan tökülsün. Mən
ermənilərə söz vermişəm ki, Dağlıq Qarabağda bir nəfər də olsun Ermənistandan gəlmiş azərbaycanlı
qalmayacaqdır". Deməli, respublikaya, Azərbaycana belə ağılda bir adam rəhbərlik edirdisə, Azərbaycan,
Azərbaycan xalqı Dağlıq Qarabağı necə saxlaya bilərdi? Xalqın nə günahı vardı? Sıravi adamların nə günahı 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
30
vardı? Günah xalqa rəhbərlik edən ağılsız adamlarda idi. Bax, o vaxtlar belələri hansı yollasa gəlib Azərbaycana
rəhbərlik edirdilər.
Bu hadisələrdən sonra ermənilərin Xocalıya olan kin-küdurəti daha da artdı. Xocalının ermənilər
tərəfindən məhv olunması üçün fürsət gözlənilirdi. Lakin biz heç kimə ümid etmədən özümüz Xocalını müdafiə
edirdik və özü də layiqincə müdafiə edirdik, heç kimə də baş əymirdik. Mən məlumat üçün Sizə deyirəm, - bu
görüşdə hüquq-mühafizə orqanlarının işçiləri, rəhbərləri də iştirak edirlər, — Dağlıq Qarabağ ərazisində
ermənilər haradasa bir azərbaycanlını girov götürürdüsə, haradasa bir azərbaycanlının maşını vurulurdusa və ya
bir ziyan olurdusa, Xocalı sakinləri onun əvəzini çıxırdılar. Girovu dəyişmək üçün də xocalılar girov tuturdu,
vurulan ziyanın əvəzini də xocalılar beşqat artıq çıxırdılar və göstərirdik ki, biz baş əymirik və ölməmişik,
yaşayırıq, sizinlə də hər cür söhbət etməyə, qarşılaşmağa hazırıq. Ancaq rəhbərliyimiz rəhbərlik olsa.
Bu proseslər toqquşmalarla, döyüşlərlə davam etdi. İrili-xırdalı çox döyüşlər oldu. Çox toqquşmalar baş
verdi. Mən vaxtınızı çox almamaq üçün istəyirəm ki, 91-ci ilin hadisələrini xatırladım. Hörmətli Prezident, 91-ci
ilin mart ayında Xocalı ilk dəfə üç tərəfdən, yəni Çəpikdağından, — Ramil müəllim buradadır, o yerləri bizim
kimi çox yaxşı tanıyır, — Bozdağ deyilən yerdən və Mehdikənd tərəfdən raket atəşinə tutuldu. O vaxtlar biz
bilmirdik raket nədir, mərmi nədir. 91-ci ilin mart ayında biz səsimizi qaldırıb respublika hökumətini köməyə
çağırdıq. Lakin orada təşkilat komitəsinə Polyaniçko başçılıq edirdi, bizim çağırışlarımıza heç bir reaksiya verən
olmurdu. Gəlib camaatı sakitləşdirirdilər ki, heç bir şey olmayacaq, qorxmayın və s.
Artıq 91-ci ildə müharibə şəraiti, müharibənin başlanması dövrü idi. 1991-ci il noyabrın 1-də səhər tezdən
Habil Abışovun idarə etdiyi "UAZ" markalı maşın Əsgəranda gülləboran edildi. Maşında iki nəfər həlak oldu,
bir nəfər yaralandı. Həmin gündən Xocalının Azərbaycanla əlaqəsi kəsildi. Ümidimiz bir vertolyotlara qalmışdı,
bir də telefona. Görün, o dövrdə Azərbaycana rəhbərlik edən, səhv etmirəmsə, artıq prezident olan Ayaz
Mütəllibov nə qədər vicdansız, nə qədər məsuliyyətsiz mövqe tuturdu, xalqın taleyinə nə qədər biganə yanaşırdı
ki, 199l-ci il noyabrın 1-dən Xocalı faciəsi baş verənə qədər Xocalının yolu bağlı qaldı, Xocalı mühasirədə oldu,
Xocalı haray qaldırdı, kömək istədi. Amma Xocalıya kömək edən olmadı.
O vaxtlar respublikaya Ayaz Mütəllibovla bərabər rəhbərlik edənlər vardı. Nazirlər Sovetinin sədri vardı,
Həsən Həsənov. Ali Sovetin sədri vardı, Elmira Qafarova, müdafiə naziri vardı, daxili işlər naziri vardı, mülki
müdafiə qərargahı vardı. Bu adı çəkilənlər və onların tabeliyində olan adamlar bizə heç bir kömək
göstərmirdilər. Bizim harayımıza gələn olmurdu. Fikir verin, hörmətli Prezident, təşkilat komitəsi deyilən o
qurum öz fəaliyyətini 9I-ci ilin təxminən avqust ayında dayandırdı. Sentyabr — oktyabr aylarında orada
Azərbaycan Respublikasını rəhmətlik Zülfü Hacıyev təmsil edirdi. O, Stepanakertdə otururdu, Xocalıya gəlibgedirdi.
Ancaq biz qəflətən belə bir xəbər eşitdik ki, artıq Stepanakertdə respublika rəhbərliyindən bir nəfər də
olsun adam yoxdur, qərargahı köçürüblər Ağdama. Bu məntiq nəyi göstərirdi? Deməli, Azərbaycan hökuməti öz
razılığı ilə Dağlıq Qarabağı ermənilərə verib, Dağlıq Qarabağ da əldən çıxıb getdi. Həmin qurum gəlib öz
qərargahını Ağdamda qurdu. Biz, Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlılar təlim görmüş, sayca
bizdən çox-çox üstün olan erməni quldur dəstələri ilə və 366-cı alayın bütün canlı qüvvəsi və texnikası ilə üzüzə qaldıq. Azərbaycanın o vaxtkı rəhbərliyi Dağlıq Qarabağda yaşayan azərbaycanlıların taleyinə belə biganə
münasibət bəslədi.
1991-ci il dekabrın 15-də 110 evli Cəmilli kəndi yandırıldı. Hörmətli Prezident, adını çəkəcəyim kəndlər
Xocalının ətrafında yerləşən azərbaycanlı kəndləridir. Mən bunları ona görə deyirəm ki, Azərbaycan hökuməti
bu barədə Azərbaycan xalqına bir kəlmə də olsa məlumat çatdırmadı, sanki belə bir kənd yoxmuş və belə bir
hadisə olmayıbmış.
Dekabrın 24-nə keçən gecə 60 evli Meşəli kəndi bir gecənin içində tamamilə yandırıldı. 60 ailədən 27
nəfər şəhid oldu. Onlar səhərə qədər ratsiya ilə yalvardılar ki, bizə kömək göndərin. Əhalinin qalan hissəsi qaçıb
meşələrə dolmuşdu. Biz Ağdama məlumat verdik ki, Meşəlinin qalan camaatını meşələrdən çıxarmaq üçün
kömək göndərin. Lakin Ağdamdan bizə göndərilən vertolyot boş gəldi və dedilər ki, bizdə qüvvə yoxdur.
Deməli, o vertolyotu Ağdam göndərməmişdi, Ağdamın günahı yoxdur. Həmin vertolyotu o vaxt Ağdamda
yerləşən respublika qərargahının işçiləri göndərmişdilər. Qüvvə olmadığı barədə məlumat alan kimi biz Xocalı
batalyonunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Tofiq Hüseynovun rəhbərliyi ilə Milli
Qəhrəman Əlif Hacıyevin dəstəsindən olan döyüşçülərlə birlikdə bir qrup yığıb vertolyotla Meşəli camaatının
köməyinə göndərdik. Vertolyot Qarayazıda yerə endi, Kosalar və Qarayazı camaatı böyük qüvvə ilə köməyə
gələrək meşələrdə gizlənən Meşəli kəndinin sağ qalan əhalisini oradan çıxartdı.
Azərbaycan mətbuatı, Azərbaycan hökuməti bu barədə heç nə demədi, heç kim cəzalandırılmadı.
Əvəzində kimlərsə vəzifə aldı, kimlərinsə hərbi rütbəsi artırıldı, kimlərsə təltif olundu. Ermənilərlə sanki
razılaşdırılmışdı ki, siz bu kəndi alın, biz kimisə vəzifəyə qoyacağıq və ya kiməsə rütbə verəcəyik.
91-ci il dekabrın 28-də 350 evli Kərkicahan qəsəbəsi yandırıldı. Kərkicahan Stepanakertlə Şuşanın
arasında mühüm strateji mövqedə yerləşir. Kərkicahanı yandırmadan, almadan, dağıtmadan Şuşaya tərəf getmək 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
31
mümkün deyildi. Ermənilər Kərkicahanı məhv etdilər, yandırdılar, əhali baş götürüb qaçdı — bir hissəsi Şuşaya,
bir hissəsi dağlara, Ayaz Mütəllibov, güc nazirlikləri başda olmaqla Azərbaycan hökuməti heç bir tədbir
görmədi, buna heç bir reaksiya vermədilər.
1992-ci il yanvarın 28-də Şuşa yaxınlığında Azərbaycanın mülki vertolyotu vuruldu və o vertolyotda 40
nəfər həlak oldu. Bununla da Xocalının Azərbaycanla hava yolu ilə də əlaqəsi tamamilə kəsildi. Biz ancaq
telefonla ratsiyanın ümidinə qaldıq. Camaatımız bilir, oradan səsim gəlməyəndə, gücüm çatmayanda Bakıya
gedirdim, Ayaz Mütəllibovla görüşürdüm. Həsən Həsənovla da, müdafiə naziri ilə də, daxili işlər naziri ilə də, o
vaxtkı rəhbərliyin başqa nümayəndələri ilə də görüşürdük, haray qaldırırdıq, yalvarırdıq, xahiş edirdik ki,
əhalini, camaatı qıracaqlar, artıq növbə bizə çatıb, ətrafda azərbaycanlılar yaşayan qəsəbə və kəndləri məhv
ediblər, kömək göstərin, Əsgərandan olan yolumuzu açın. Hörmətli Prezident, bir sözləri var idi, elə bil, hamısı
bir-biri ilə razılaşmışdı: Siz narahat olmayın, arxayın olun, bizim kifayət qədər qüvvəmiz var, Əsgəranı
dağıdacağıq, yolu açacağıq, sizə köməyə gələcəyik və s. Biz onlardan bu sözlərdən başqa heç nə eşitmirdik.
1992-ci il fevralın 9-da Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Əlif Hacıyev bir hərbi vertolyotla çörək,
hərbi sursat və yanacaq gətirib gəldi. Mən həmin vertolyotla yola düşdüm. Elə o gecə Bakıya gəldim. Fevralın
10-da səhər-səhər Müdafiə Nazirliyinə gəldim. O vaxt Müdafiə Nazirliyində belə bir oyun oynayırdılar:
nazirliyin binası qarşısında Rəhim Qazıyev, çox üzr istəyirəm, o təvərə papağı da başında gündə bir piket
düzəldirdi ki , mən müdafiə naziri olmalıyam.
Müdafiə naziri də postunu qoyub qaçıb gizlənir, tapşırırdı ki, deyin, müdafiə naziri burada yoxdur. Bütün
güc, qüvvə əlində olan müdafiə naziri, çox üzr istəyirəm, küçədən gələn bir adamın qabağından qaçırdı ki, bəs
mənə deyəcəklər, sən buradan dur, filankəs otursun.
Müdafiə Nazirliyinin qərargah rəisi Dadaş Rzayevin yanında oldum. Onda polkovnik idi, indi generalmayor rütbəsi alıb. Arif Salahov Dadaş Rzayevin yanında işləyirdi, indiki kimi yadımdadır, bəstəboy bir
adamdır. Dadaş Rzayevin kabinetində mən onlara bütün o mənzərəni, bütün vəziyyəti danışdım və xahiş elədim
ki, əməliyyat xəritəsini açın, mən o yerləri qarış-qarış tanıyıram, hər cığıra bələdəm, hər kol-kosu tanıyıram.
Hörmətli Prezident, mən üçrəngli qələmlə həmin əməliyyat xəritəsində Xocalıya gedən bütün yolları çəkib
göstərdim. Erməninin harada nə qədər qüvvəsi olduğunu oraya yazdım. O xəritə durur. Bunu ona görə bilirəm
ki, həmin xəritəyə deputat istintaq komissiyası da baxıb. Mən izahatımda göstərmişəm. Onu da gətirib baxıblar.
Ona prokurorluğun istintaq qrupu da baxıb. Görüblər ki, bu həqiqətən belədir. Dadaş Rzayev məni əmin elədi
ki, fevralın 12-14-də böyük əməliyyat hazırlayarıq, Əsgəranı darmadağın edirik, keçirik Xocalıya. Sən
arxayınca get və bizim sözümüzü camaata da çatdır, narahat olmayın.
Mən Dadaş Rzayevin yanından çıxandan sonra Həsən Həsənovun yanına gəldim. Ondan xahiş edib
dedim: Hörmətli Həsən müəllim, siz respublika Nazirlər Sovetinin sədrisiniz. Məni prezident Ayaz
Mütəllibovun yanına buraxmırlar, məni onunla telefonla birləşdirmirlər. Məni onun yanına aparın, gedib ona
sözümü deyim. Bu elə bir məqamdır ki, əhali təhlükə qarşısındadır, orada bütün camaatı qıra bilərlər. Oradan
camaatı çıxartmaq lazımdır. Mən başa düşə bilmirəm, respublikada prezidentdən sonra yəqin ki, baş nazirdir,
Ali Sovetin sədridir. Yəqin ki, onlar belə mövqe tutur, belə ardıcıllıqla gedirlər. O vaxt onun mövqeyi məndə
çox təəccüb doğurdu. Nəyə görə? Demə, respublikaya rəhbərlik edən bu adamlar bir-biri ilə küsülü imiş, bir-biri
ilə intriqa aparırlarmış. O, mənə dedi ki, "Ayaz məni heç saymır, yanına çağırmır, heç müşavirələrə də dəvət
etmir, mən onun yanına gedə bilmərəm, ona da heç bir söz deyə bilmərəm. Biz Etibarla, — o, Etibar
Məmmədovu nəzərdə tuturdu, — onun yanına getmişdik. Etibar Məmmədov ona dişinin dibindən çıxanı dedi,
söydü də, biabır elədi ki, sən beləsən, sən filan-bəsməkansan".
Dedim, Həsən müəllim, siz nə demisinizsə, demisiniz. İndi məni onunla görüşdürün. Xahiş edirəm,
telefonla zəng vurub deyin ki, Xocalının icra hakimiyyətinin başçısı sizinlə görüşmək istəyir, çox çətin,
təhlükəli vaxtdır. Həsən Həsənov dedi: Mən onunla görüşə bilmərəm. Belə olduqda ondan xahiş etdim ki, əgər
məni görüşdürmürsünüzsə, heç olmasa vertolyotlar təşkil edin, qocaları, qadınları, uşaqları, xəstələri, şikəstləri
çıxaraq, biz döyüşçülər orada qalaq, Xocalını tərk etməyək. Müharibənin qanunu var, dinc əhali oradan
çıxmalıdır, özü də biz mühasirə həlqəsindəyik.
O, telefonu götürüb daxili işlər naziri Tofiq Kərimova zəng vurdu və dedi ki, Tofiq, axı bu vertolyot
məsələsi sənə tapşırılıb, sən niyə əhalinin oradan çıxarılması üçün vertolyot təşkil eləmirsən? Telefonda Tofiq
Kərimov ona əvvəlcə dedi ki, yox, vertolyotlar uçur, camaatı çıxarır. Həsən Həsənov dedi ki, axı Xocalının icra
hakimiyyətinin başçısı mənim yanımda oturub, deyir ki, heç bir vertolyot yoxdur uçmur və əhali də oradadır,
onları çıxaran da yoxdur. Tofiq Kərimov Həsən Həsənova nə cavab verdisə, Həsən Həsənov ona, — mən bunu
qəzetdə ifadəmdə də bildirmişəm, - rusca belə bir söz dedi: "Ya udivlyayus tvoyemu olimpiyskomu terpeniyu"
(mən sənin soyuqqanlılığına məəttələm). Bilmirəm, bu nə "terpeniye" idi, nə söz idi bunların bir-biri ilə dialoqu,
nədən ibarət idi. Bax, belə deyişmələr, belə yazışmalar, bir-birinə ümid olmaq nəticəsində biz qaldıq öz
ümidimizə.
Mən Həsən Həsənovun yanından çıxandan sonra səhər tezdən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
32
Ağdama gəldim.
Heydər Əliyev: Bir dəqiqə bağışla, sən o vaxt belə bir ağır vəziyyətdə Mütəllibovun yanına düşə
bilmədin?
Elman Məmmədov: Hörmətli Prezident, heç cür düşə bilmədim.
Heydər Əliyev: Niyə? Deyirdilər ki, olmaz? Mən başa düşə bilmirəm, hər halda kiminsə belə bir
vəziyyətdə gəlib respublika rəhbərinin yanına düşə bilməməsini anlaya bilmirəm.
Elman Məmmədov: Əgər həmin respublika rəhbərinin vicdanı olsaydı, o, xəyanətkar, cinayətkar
olmasaydı, heç icra hakimiyyəti başçısının gəlməyi lazım deyildi. O bilsəydi ki, Dağlıq Qarabağdan bu ağır
vəziyyətdə kimsə gəlib, ona nəsə deyəcək, mənə elə gəlir ki, o, mütləq onu qəbul etməliydi.
Heydər Əliyev: Mütləq, mütləq.
Elman Məmmədov: Amma mən Bakıda üç gün çalışdım, onun qəbuluna düşə bilmədim. Onun
köməkçisi Gülşad Zərbəliyevə zəng vururdum, yalvarıb deyirdim ki, Gülşad müəllim, qurban olum, bir kömək
elə, mən ayrı şeyə gəlməmişəm, camaat qırılacaqdır. Qoy mən gəlim, bunu Ayaz Mütəllibova deyim. Bir azdan
Gülşad mənə cavab verdi ki, Elman müəllim, başı qarışıqdır, yanında adamlar var, nə bilim, filandır,
bəsməkandır. Bir sözlə, məni qəbul eləmədi. İndi mən fikirləşirəm, yəqin Xocalının verilməsi, satılması
hazırlanmış bir əməliyyat idi. Yəqin bunlar nə isə bilirlərmiş, ona görə də məni qəbul edib eşitməyə ehtiyac
duymurlarmış. Bəlkə də belə imiş.
Hörmətli Prezident, mən oradan ayın 12-də Ağdama gəldim, fevralın 12-nə keçən gecə 600—700 evli
Malıbəyli, Quşçular kəndləri yandırılıb viran qoyulmuşdu. Orada 30 nəfərədək adam şəhid olmuşdu. Mən
Ağdama gəlib çıxanda artıq Malıbəyli camaatı Ağdamda idi. Küçələrə tökülmüşdülər, ağlaşırdılar. Bu məclisdə
bizim hörmətli baş prokurorumuz Eldar Həsənov iştirak edir. Səbuhi Abdinov Gəncədə icra hakimiyyətinin
başçısı idi, Eldar müəllim Gəncə polis şöbəsinin rəisi idi. Eldar müəllimin müavini var idi — Ramiz
Cahangirov. Mən Gəncəyə gəldim. Fevralın 13-də səhər tezdən mən Gəncənin hərbi aeroportunda idim. Getdim
gördüm ki, Eldar Həsənov yoldaş Səbuhi Abdinovla, Ramiz Cahangirovla birlikdə həmin hərbi aeroportdadır.
Bu yoldaşların səyi nəticəsində, onların böyük köməyi ilə vertolyotlar ayrıldı. İnanın ki, bu yoldaşlar səhər saat
8-dən axşam saat 5-dək, mən axırıncı reyslə Xocalıya uçan vaxtadək aeroportdan getmədilər. Onlar öz
istədiklərinə nail oldular. Biz Xocalıya iki reys təşkil etdik və hər reysdə üç vertolyot uçurtduq. Bir dəfə bir Mİ8, iki Mİ-24, ikinci dəfə iki Mİ-24 və bir Mİ-26 vertolyotları yola saldıq. Bu vertolyot çox adam, 200-dən artıq
adam tuturdu. Əslinə qalsa, bu qədər adam tutmur, sadəcə olaraq adamlar iki mərtəbə, üç mərtəbə bir-birinin
üstündə oturmuşdular.
 Bu, 92-ci il fevralın 13-də olmuşdur. Həmin gün biz 300 nəfərdən çox adamımızı oradan çıxartdıq, xilas
etdik. Onların əksəriyyəti qocalar, yaşlılar, xəstələr, qadınlar idi. Həmin gündən sonra bizim Xocalıdan
yalvarışlarımız bütün respublikaya yayılırdı. Bütün respublikaya. Biz məlumat verir, yalvarırdıq ki, Xocalı
təhlükədədir. Xocalını xilas etmək lazımdır, camaatı çıxartmaq lazımdır. Biz döyüşçülər, hamımız orada qırılsaq
da, torpağımız uğrunda axır damla qanımıza qədər vuruşacağıq. Ancaq dinc əhali bizim vuruşmağımıza
maneçilik törədir, həm də onlar günahsız qırılacaqlar, əlsiz-ayaqsız adamlardır. Azərbaycan hökuməti bizim heç
bir çağırışımıza cavab vermirdi. Mən belə bir ifadəmə görə çox üzr istəyirəm. Bir dəfə mən çox əsəbiləşmişdim.
Ağdərədəkı qərargahda VÇ telefonu var idi, dedim ki, o telefonla məni Ayaz Mütəllibovla birləşdirin, onunla
danışmaq istəyirəm. Dedilər olmaz. Mən o prezidentin ünvanına söyüş söydüm. Sonra mənə dedilər ki, səni
tutacaqlar, sən prezidenti söymüsən. Dedim ki, mən onu prezident hesab etmirəm. Prezident xalqının taleyinə
biganə qalmaz. Nə cür olurdu ki, şəhər icra hakimiyyəti başçısının, şəhər polis şöbəsi rəisinin gücü ilə sovet
ordusuna məxsus vertolyotlar uçurdula bilirdi, bəs bunu respublika rəhbərliyi edə bilməzdimi? Mən belə başa
düşürəm ki, edə bilərdi, özü də çox asanlıqla edə bilərdi. Amma eləmədilər.
Hörmətli Prezident, mən bir epizodu danışmaq istəyirəm. Bunu ona görə demək istəyirəm ki, qoy hamı
bilsin, — o vaxtkı rəhbərlik bizim taleyimizə nə qədər biganə idi. Onları Dağlıq Qarabağın Azərbaycanda
qalması, işğal olunması, verilməsi maraqlandırmırdı. Onları oturduqları kürsünü möhkəm saxlamaq, vəzifədən
getməmək maraqlandırırdı, bunun üçün hər cür alçaqlığa əl atırdılar. Sizin yadınızda olar, mən Naxçıvana
gəlmişdim. 1991-ci il sentyabrın 30-u idi Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılmışdı. Mən
bilirdim ki, həmin gün belə bir sessiya çağırılıb. Düzü, mən Naxçıvana ayrı məqsədlə getmişdim. Ancaq orada
bildim ki, bu gün sessiya çağırılıb. Mən o sessiyaya gəldim. Siz çox böyük məmnuniyyətlə, sevinclə, necə
deyim, təsirlənərək bizi qəbul etdiniz və bütün deputatlara elan etdiniz ki, Dağlıq Qarabağdan Xocalı şəhərinin
başçısı gəlib, bizim məclisimizdə iştirak edir. Siz məni dəvət etdiniz və deputatlara müraciət etdiniz.
Gündəlikdəki məsələlərə baxılmazdan əvvəl mənə çıxış etmək üçün söz verdiniz. Mən orada Dağlıq Qarabağda
vəziyyət haqqında təxminən yarım saat çıxış etdim. O vaxt Siz Naxçıvanda işləyə-işləyə Dağlıq Qarabağ
haqqında bəyanat vermişdiniz, müraciətlər qəbul etmişdiniz. Biz bunların hamısını bilirik. Siz o vaxtdan bizim
ümid yerimizsiniz.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
33
Həmin məclisdən sonra Siz məni öz otağınıza apardınız. Bir saatdan çox söhbət etdiniz, mənə məsləhətlər
verdiniz, yollar göstərdiniz, vəziyyəti izah etdiniz. Mən dərk etdim ki, həqiqətən də vəziyyət Azərbaycana
rəhbərlik edən adamların dedikləri kimi deyildir. Böyük sevinclə Xocalıya qayıtdım, gəlib camaatıma danışım
ki, mənə gedib Heydər Əliyevlə görüşmək qismət oldu. Mən onun məsləhətlərini dinlədim, Naxçıvan Ali
Məclisinin sessiyasında çıxış elədim.
Amma gəlib Xocalıda nə gördüm? Azərbaycan Stepanakertə on sistern, yəni 600 ton benzin, iki vaqon un
hədiyyə göndərib. Bu qatar Bakıdan 400 kilometr yol gəlmiş, neçə-neçə rayondan keçmişdi. Gördüm ki, bizim
adamlar dəmiryolunu söküblər, qatarı dayandırıblar. O vaxt orada Azərbaycanı təmsil edən rəhmətlik Zülfü
Hacıyev gəlib böyük acıqla dedi ki, bəs sənin adamların dəmiryolunu söküb-dağıdıblar, göstəriş ver, qoy yolu
açsınlar, bu benzin, bu un aparılsın.
Mən o kişidən incimirəm, o mənada ki, o icraçı idi, yuxarıdan nə deyilirdisə, ağına-bozuna baxmadan onu
icra edirdi. Mən ondan soruşdum ki, bu benzini kim göndərib? Dedi ki, "prezident göndərib. Bunlar da bizim
vətəndaşlardır. Erməni olanda nə olar". Dedim, ay kişi, ay yoldaş, Dağlıq Qarabağda, o cümlədən Xocalıda
yaşayan azərbaycanlılar yanacaqsız, çörəksiz, unsuz ölürlər burada, siz isə erməniyə 600 ton benzini
göndərirsiniz ki, maşınlara töküb dağlardan bizi raketlə atəşə tutsunlar?! Burada böyük mübahisəmiz oldu.
Hərbçiləri çağırdılar, iki zirehli transportyor gəldi, daha kimlər tökülmədi... Hədə-qorxu gəlib dedilər ki,
hamınızı güllələyəcəyik. Mən gördüm ki, vəziyyət həddindən artıq pisləşir, biz Azərbaycanın o vaxtkı
rəhbərliyinin ünvanına da nalayiq sözlər dedik. Düzü, o vaxt mən dedim ki, Zülfü Salehoviç, əgər Azərbaycan
bu gün bizi ermənilərin qarşısında tək qoyub bir kənara çəkilibdirsə, mən elə prezident tanımıram, buranın
prezidenti biz özümüzük. Bu sözlər Ayaz Mütəllibova olduğu kimi çatdırılmışdı.
Həmin hadisədən sonra mən dəfələrlə Bakıya çağırıldım, izahat verdim. Soruşurdular ki, sən Naxçıvana
nəyə getmişdin, kimə işləyirsən, sən kimsən, nəçisən? Bir Allah şahiddir ki, o vaxt nə Siz məni tanıyırdınız, nə
də mənim sizinlə heç bir əlaqəm yox idi. Mən bu adamları inandıra bilmədim ki, Naxçıvana nəyə getmişdim.
Guya ki, mən böyük bir cinayət törətmişdim.
Görün, Azərbaycan rəhbərliyi sonra bizə nə etdi. Üç gündən sonra Gəncədən nəqliyyat polisindən bir
nəfər mayor gəldi. İçəri girib özünü təqdim etdi ki, mən nəqliyyat polisindən gəlmişəm. Dedik ki, xoş gəlmisən,
nəyə gəlmisən? Dedi bəs, siz burada benzini və unu dağıtmısınız. Biz cinayət işi açmalıyıq. Dedim, ay yoldaş,
ay azərbaycanlı qardaş, bəs bu camaat acdır, yanacağı yoxdur. Yaxşı, bu yanacaq, bu un erməniyə gedir, bir az
da bizimkilər götürüblər, sən bunu niyə belə deyirsən? Dedi ki, yox, mənə rəhbərlikdən göstəriş veriblər ki, biz
gərək burada cinayət işi qaldıraq.
Ayaz Mütəllibov, onun əlaltıları başda olmaqla Azərbaycan rəhbərliyinin azərbaycanlıların taleyinə
göstərdiyi münasibət bax belə idi. Mən bunu faktlarla dedim ki, hamıda geniş təsəvvür yaransın. Hörmətli
Prezident, nəhayət, Xocalı faciəsi yaxınlaşırdı, döyüşlər davam edirdi. Biz ermənilərdən bir neçə əsir
tutmuşduq. Bu əsirləri dindirdik. Onlar mənə danışdılar ki, Xocalını məhv etmək üçün böyük hücum planı
hazırlanıb, biz Sumqayıt hadisəsinin ildönümünü Xocalıda qeyd edəcəyik. Onlar bunu qorxmadan mənə dedilər.
Podpolkovnik Rza Hacıyev buradadır. O həmin vaxt Xocalıda idi. Əlif Hacıyevin qardaşı da orada bizimlə
birlikdə, bir Xocalı balası kimi döyüşürdü. Bu danışıqlara o şahiddir. Buna bizim bir çox yoldaşlarımız da
şahiddirlər.
Mən telefonla məlumat verdim ki, bizdə erməni əsiri var, belə bir söz deyir, siz tədbir görün, təcili tədbir
görün, bizi məhv edəcəklər. Dedim, əgər mənə inanmırsınızsa, vertolyot göndərin, qoy ermənini vertolyotla sizə
göndərim, siz bunu dindirin, özünüz şahid olun ki, belə bir söhbət həqiqətən var. Amma heç bir reaksiya verən
olmadı.
Sizə onu da deyim ki, telefon bizdə daim işləmirdi. Çünki işıq yox idi. Dizel mühərriki ilə rabitə şöbəsinə
işıq verirdik. Yanacağımız da olmadığına görə mən rabitə şöbəsinin müdirinə tapşırmışdım ki, səhərlər bir saat,
axşamlar bir saat, uzaqbaşı saatyarım mühərriki işə salın, əlaqə yaradaq, danışaq.
Fevralın 22-si idi. Telefon zəng vurdu. Götürdüm. Zəng vuran Tamerlan Qarayev idi. Dedi ki, "mən
gəlmişəm, Ağdamdayam, hər şey yaxşı olacaq, sabah çayımızı Xocalıda içəcəyik". Burada oturan camaatın
hamısı şahiddir. Çünki heç yerdə telefon işləmirdi, heç yerdə rabitə əlaqəsi yox idi. Hamı poçtun qabağına
yığışırdı. Kim hara ilə nə danışırdısa, hamı eşidirdi. Odur ki, orada heç bir məlumatı gizlətmək mümkün deyildi.
Tamerlan Qarayev də sıravi bir adam deyildi, AIi Sovet sədrinin müavini idi. Deməli, o, Azərbaycan
rəhbərliyini təmsil edirdi. Əgər o, məsuliyyətlə belə söz deyirdisə, bizdə inam yaranırdı ki, yəqin Tamerlan
müəllim bilir ki, belə bir şey olacaqdır. Mən də camaata elan edirdim ki, özünüz eşitdiniz. Tamerlan Qarayev
mənimlə telefonla danışdı, dedi ki, səhər çayımızı Xocalıda içəcəyik. Arxayın olun, heç bir şey olmayacaqdır.
Fevralın 25-də axşam saat 8 radələrində mən evə təzəcə girmişdim. Postları yoxlayıb evə gəlmişdim ki,
bir stəkan çay içim. Bu zaman telefon zəng vurdu. Ucqar postların birindən zəng edirdilər. Bildirdilər ki, şəhərə
hər tərəfdən hərbi texnika irəliləyir. Həmin vaxt mənim birinci telefon danışığım burada iştirak edən Rza
Hacıyevlə oldu. Mən telefonu götürüb aeroportun rəisi Əlif Hacıyevə zəng vurdum. Çünki onlar ucqarda idilər. 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
34
İstəyirdim ki, bütün qüvvələri ayağa qaldırslar. Mənə birinci cavab verən Rza oldu. Mən ona komanda yerdim
ki, bütün müdafiə qüvvələrini ayağa qaldırmaq lazımdır. Sonra bizim batalyonun komandiri Tofiq Hüseynovla
danışdım. Polis şöbəsinin rəisi yerində yox idi. Lakin onun müavini, indi bizim polis şöbəsinə rəhbərlik edən
Sadiq Mədətov orada idi. Onlara tapşırıq verdim və əlaqə yaradıb Ağdama, Şuşaya müraciət etdim, məlumat
verdim ki, hər tərəfdən hərbi texnika Xocalıya tərəf irəliləyir, siz özünüzdəki vasitələrlə onların güclü hərbi
texnikasına, hərbi vasitələrinə atəş açın, ermənilərin mövqelərini atəşə tutun.
Hörmətli Prezident, camaatımız şahiddir, nə vaxt ermənilərin bizə tərəf hücumu olurdusa, mən ratsiya ilə
Şuşadan və Ağdamdan kömək istəyirdim və 5—10 dəqiqə keçməmiş hər tərəfdən "qrad"larla, toplarla
Əsgərana, Stepanakertə atəş açırdılar və nəticədə ermənilərin hücumu baş tutmurdu, onlar səpələnir və geri
qayıdırdılar.
Həmin gün saat 8 radələrindən başlayaraq saat 11-in yarısınadək mən və Əlif Hacıyev ratsiyada qışqıraqışqıra qaldıq. Azərbaycan tərəfindən bir güllə də atılmadı. Üç saat davam edən mühasirə həlqəsi sıxıldı və saat
11-ə yaxın, 11 -də, necə deyim, kinolarda görübsünüz, hərbi texnikanın hamısından eyni zamanda atəş başlandı.
Yer-göy lərzəyə gəlirdi. Burada oturan camaatın hamısı onun şahididir. İndi o anları xatırladıqca onların tükləri
biz-biz olur. Evlər od tutub yanmağa başladı. Qadınların, uşaqların qışqırtısı, ah-naləsi ərşə çatırdı. Axırısı mən
məcbur olub ratsiya ilə Şuşaya dedim ki, atəşi düz bizim üstümüzə yönəldin, "qrad"larla bizi vurun. Bunlar artıq
şəhərə soxulurlar. Biz ölürüksə qoy onlar da ölsünlər. "Qrad" nədir, heç avtomat gülləsi də atmadılar.
Biz gecə saat 3-ə işləyənədək müdafiə olunduq. Lakin o qədər texnikanın qarşısında, o hücumun
qarşısında durmaq mümkün deyildi. Bu hücumda 366-cı alayın bütün canlı qüvvəsi və texnikası iştirak edirdi
qabaqda onlar gəlirdi. Sonralar onların öz jurnalistlərinin rusca bir məqaləsini oxumuşam. 0 yazırdı ki, irəlidə
həmin hücum dəstəsi gedirdi, bu dəstə ruslardan və onların texnikasından ibarət idi. Ermənilər ikinci sırada,
üçüncü sırada gəlirlərmiş.
O şaxta-boranda qadınlar, uşaqlar ayaqyalın, çılpaq halda Qarqar çayını keçib 15—16 kilometr məsafəni
meşə yolu ilə piyada Ağdama tərəf istiqamət aldılar. səhər işıqlaşanda biz artıq Ağdamın 1—2 kilometrliyində
idik. Köməyə gələn olmadı. Biz gecə meşədən ratsiya ilə məlumat verdik. Əlif Hacıyev dedi ki, Əsgərana tərəf
asfalt yol ilə bir az hücuma başlayın. Ermənilərin bu meşədə olan qüvvələri asfalta sarı gedəcək, bundan sonra
biz oradan sərbəst keçəcəyik. Bunu da etmədilər, Əsgəran — Naxçıvanik yolunun üstündə, Ağdamın cəmi 2—3
kilometrliyində ermənilərin çox güclü qüvvəsi ilə 15—16 kilometr meşə yolunu, keçilməz yolu qarı yara-yara
gəlmiş adamların döyüşü başlandı. Orada külli miqdarda tələfatımız oldu. Biz Xocalının özündə 70-80 adam
itirmişik. Lakin çox güclü qırğın, böyük tələfat həmin istiqamətdə oldu. Bütün bunlar gözlərimiz qarşısında çox
vəhşiliklə, çox amansızlıqla törədilirdi. Biz müdafiə olunmaq üçün kiçik dəstələrə bölündük ki, vuruşaq, dinc
əhali keçə bilsin. Elə dəstələrimiz oldu ki, vuruşa-vuruşa mühasirədə qaldı. Onların biri mən olduğum dəstə idi.
Biz iki gün meşədə qaldıq. Beş nəfərimiz yaralandı, beşimiz isə vuruşurduq. Bax, bu cür gəlib çıxdıq.
Hörmətli Prezident, biz bu müsibəti yaşayandan sonra ayın 27-də mən Ağdama gəldim, qərargahda heç
kim yox idi, qərargah üzvləri, respublika rəhbərliyindən olanlar qaçıb Ağdamdakı istehkamçı batalyonun
binasına doluşmuşdular ki, birdən xocalılar gəlib burada bizə bir şey edərlər.
Qərargah postu yiyəsiz idi. Orada hökumət telefonu vardı. Onu götürüb Prezident Aparatını istədim.
Mənə bir rus oğlan cavab verdi. Dedim, mənə prezidenti ver. Dedi, prezident yoxdur. Dedim, AIi Sovetin
sədrini ver, dedi, yoxdur. Dedim, məni Nazirlər Sovetinin sədri ilə birləşdirin. Dedi, yoxdur. Dedim, yaxşı, əgər
bu respublikanın rəhbərlərinin hamısı ölübsə, deyin biz də bilək ki, bunlar ölübdür, heç kim yoxdur.
Respublikada rəhbər yoxdur. Mənim əlim Şuşaya çatdı. Dəstəyi götürüb oradan Şuşaya zəng vurdum. Şuşa ilə
danışdım. Üzr istəyirəm, o murdar, min sifəti olan, iç üzünü məharətlə gizlədən Rəhim Qazıyev cavab verdi
mənə. Dedim ki, mən respublika rəhbərliyindən heç kimi tapa bilmədim. Mən rəsmi məlumat, telefonoqram
verirəm, qəbul elə və bütün kütləvi informasiya vasitələri ilə yay ki, belə bir müsibət baş verib, bu qədər tələfat
olub... Mən ilk məlumatı oradan vermişdim.
Xocalı faciəsi bu cür törədildi. Xocalı faciəsini kimlər törətdi, niyə törətdilər? Bu sualların cavabı artıq
hamımıza məlumdur. Xocalı faciəsi Ayaz Mütəllibov başda olmaqla o vaxt hakimiyyətdə olan qüvvələrin,
hakimiyyəti idarə etməyə fərasəti, savadı çatmayan qrupların hakimiyyətə gəlmək uğrunda davası nəticəsində o
qədər adam qurban getdi, o qədər camaatımız qırıldı, o qədər kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz məhv
oldu. Vəzifəyə gəlmək üçün də adam öz elini, obasını, millətini qırğına verərmi? Vəzifədə qalmaq üçün adam
torpaqlarını satarmı? Bunu insan olan kəs etməz, bunu şeytan balası edər. Qanı murdar olan adam edər, biz bunu
belə dərk edirik, belə başa düşürük.
Hörmətli Prezident, Xocalı faciəsi baş verəndən sonra deputat istintaq qrupu yaratdılar. O qrup xeyli
işləyəndən sonra Ali Sovetin iclasına bir "bədii əsər" gətirib çıxardı. Məlum olmurdu ki, bu, istintaq
materialıdır, yoxsa burada nə isə bir bədii əsər oxuyurlar, bunun əvvəli haradan başlanır, axırı harada qurtarır.
Onların hazırladıqları həmin materialda Xocalı faciəsində səkkiz nəfər günahlandırıldı. Ayaz Mütəllibovdan 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
35
başlayaraq o vaxt məsuliyyət daşıyan, vəzifə daşıyan adamlar — onlar səkkiz nəfərdi. Bu gün o səkkiz nəfərdən
təkcə Fəhmin Hacıyev həbsdədir.
Heydər Əliyev: O da başqa səbəbə görə.
Elman Məmmədov: Bəli, o da başqa səbəbə görə, Xocalı faciəsinə görə yox. O vaxtlar prokurorluğun
istintaq qrupu işlədi. Allah xatirinə deyək, o qrup çox gərgin işlədi. Çox məsuliyyətlə işlədi. Onlar çox
materiallar topladılar, çox materiallar əldə etdilər. Amma Ali Sovetin Xocalı məsələsinə həsr olunmuş
iclaslarının birində də o qrupdakı nə materiallardan, nə xəritələrdən, nə məlumatdan sanki istifadə edilmirdi. Əli
Ömərov çıxırdı və həmin o bildiyini bir də təzədən oxuyurdu, gedib otururdu. Bu, Xocalı faciəsinə yox,
xocalılara yox, Azərbaycan xalqına qarşı biganəlik idi, Azərbaycan xalqının taleyinə biganəlik idi.
Hörmətli Prezident, Siz hakimiyyətə gələnə qədər Xocalı faciəsinin ildönümünü qeyd etdirmək üçün və
yaxud Xocalı şəhidlərinin ailələrindən, xocalılardan hansınasa nə isə kömək etdirmək üçün biz bilmirdik ki,
kimə müraciət edək, kimin qapısını açaq, nə deyək. Siz hakimiyyətə gələndən sonra Sizin rəhbərliyiniz,
təşəbbüs və göstərişinizlə Xocalı faciəsinin əsl qiyməti verilməyə başlayıbdır. Xocalı faciəsi haqqında həqiqət
bütün dünya ölkələrinə, bütün dünya ictimaiyyətinə çatdırılmağa başlayıbdır. Ermənilər 1915-ci ildə özlərinin
törətdikləri fitnə-fəsadı erməni qırğını adı ilə hər il aprelin 24-də qeyd edirlər. Mənə belə gəlir ki, Azərbaycan
xalqı Azərbaycan prezidentinin, Azərbaycan hökumətinin rəhbərliyi altında Xocalı faciəsini elə təbliğ etməlidir
ki, bu faciə ermənilərin iç üzünü bütün dünyaya açıb göstərsin. Çünki Xocalı faciəsi birinci faciə deyildir ki,
ermənilər bizim başımıza gətiriblər. Ermənilər 1905—1906-cı illərdə də, 1918-ci və 1920-ci illərdə də, 1948-ci
və I952-ci illərdə də və nəhayət, 1988-ci ildən bu günə qədər də bizim başımıza bu müsibətləri gətiriblər, amma
susmağı üstün tutmuşuq. İndi Siz sağ olun ki, biz Sizə böyük minnətdarlığımızı bildiririk ki, Siz bu erməni
cəlladlarının törətdikləri cinayətlərin açılmasında, dünya xalqlarına çatdırılmasında əlinizdən gələni edirsiniz.
Hörmətli Prezident, Xocalı faciəsi zamanı xeyli adamımız girov düşmüşdü. Onlar faciədən sonra bir-iki
ay ərzində azad edildilər, ancaq bu günə qədər 150-dək Xocalı vətəndaşının, — onların arasında qocalar,
qadınlar, uşaqlar, döyüşçü oğullarımız var,— taleyi bizə məlum deyildir. 1992-ci ildən bu günə qədər
Xocalıdan olan bir nəfər də girovumuz, əsirimiz azad edilməyibdir və bilmirik ki, onlar harada saxlanılır,
sağdırlar, sağ deyildirlər. Biz ümid edirik ki, Siz bu məsələyə çox diqqətlə yanaşacaqsınız.
Hörmətli Prezident, bir məsələni də qeyd etmək istəyirəm ki, Xocalı faciəsindən iki ay keçəndən sonra biz
silahı yerə qoymadıq, çəkilib mübarizədən yayınmadıq. Xocalı batalyonuna Tofiq Hüseynovun adını verdik. O,
həmin batalyonun ilk komandiri olub. Biz o batalyonu bərpa etdik. Xocalı polisini bərpa etdik. Bu gün Xocalı
polisinin şəxsi heyəti cəbhə bölgəsindədir, öz xidməti borcunu çox ləyaqətlə, çox rəşadətlə yerinə yetirir. Biz
Xocalı faciəsindən sonra həm Xocalı batalyonunda, həm də Xocalı polisində 17 şəhid vermişik. Yəni onu
demək istəyirəm ki, biz torpağımızın azadlığı uğrunda hər an döyüşməyə hazırıq. Biz Sizin əmrinizi gözləyirik,
Sizin komandanızı gözləyirik, torpaqlarımız Sizin apardığınız böyük siyasətlə, sülh yolu və ağılla azad
olunmasa, Sizin bir çağırışınızla biz xocalılar bir əsgər kimi hamımız ön sırada gedərək torpaqlarımızın azadlığı
uğrunda vuruşacağıq.
Hazırda xocalılar respublikanın 53 rayonunda məskunlaşıblar. Sağ olsunlar həmin rayonların sakinləri də,
o rayonlara rəhbərlik edən icra hakimiyyəti başçıları da. Onlar əvvəldən camaatımızın qeydinə qalıblar, hörmət
ediblər, qayğı göstəriblər — Yevlaxın icra hakimiyyətinin başçısı Rafiq Nəsibov kimi, Gəncə şəhər icra
hakimiyyətinin başçısı Rasim Daşdəmirov kimi, Naflalan rayon icra hakimiyyətinin başçısı Füzuli Sadıqov
kimi. Onların siyahısını uzatmaq olar. Sizin təyin etdiyiniz elə ləyaqətli icra hakimiyyəti başçıları var ki, onlar
bizim camaatımıza hörmət edir, qayğı göstərirlər. Bizim problemlərimiz çox olub. Qaçqının problemi həddindən
artıq çox olur. Biz problemlərimizi həll etmək üçün Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsi
ilə daim əlaqə saxlayırıq, hörmətli Yusif Hümbətovun köməyi ilə bütün problemlərimizi həll edirik. Baş nazirin
müavini İzzət Rüstəmov da bu sahədə bizə böyük kömək göstərir. İzzət Rüstəmovun özü də şəhid atasıdır. Buna
görə də o, qaçqınların dərdini daha yaxşı bilir və bizə yaxından kömək edir. Hidayət Orucova da böyük
minnətdarlığımızı bildiririk. Mehdiyev Ramiz müəllim bu işlərə ümumi rəhbərlik edir. Biz onun qayğısını
həmişə hiss edirik.
Adını çəkmədiyim çox yoldaşlar var ki, onlar da problemlərimizin həllində bizə həmişə kömək göstərirlər.
Əlbəttə, bu da öz-özünə, elə-belə olmur. Bəs bu, əvvəllər niyə olmurdu? Biz başa düşürük ki, bu, hörmətli
Prezidentimiz, elimizin-obamızın böyük ağsaqqalı, dünyanın ən müdrik, tanınmış siyasətçilərindən biri olan
möhtərəm Heydər Əliyevin rəhbərliyinin, göstərişlərinin nəticəsidir. Uşaqdan böyüyədək hamımız Sizə
minnətdarıq və ümid edirik ki, Sizin apardığınız böyük siyasət nəticəsində biz tezliklə öz torpaqlarımıza
qayıdacağıq və Xocalı torpağında böyük Heydər Əliyevin abidəsini ucaldacağıq. Bir azadlıq rəhbəri kimi,
müdrik rəhbərimiz kimi, ömürlük el ağsaqqalımız kimi. Çox sağ olun.
Heydər Əliyev: Siz çox geniş, ətraflı məlumat verdiniz. Doğrusu, mən mətbuatdan, sənədlərdən bir çox
şeyləri bilirdim, ancaq bu proseslərin şahidi kimi sizin dediyiniz sözlərin və çatdırdığınız məlumatların, o
hadisələrin təfərrüatı haqqında dediyiniz sözlərin çoxu mənim üçün yenidir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
36
Doğrudan da, Xocalı faciəsi bizim qəlbimizdə yaradır, təkcə ona görə yox ki, həmin 26 fevral günü
erməni faşistləri, vəhşilər, vəhşilərdən də vəhşilər gəlib bizim körpələri, qocaları, cavanları, qadınları, kişiləri
vəhşicəsinə qırıblar, əziblər, yandırıblar. Bu hadisənin bizim üçün faciə kimi qəbul olunmasının o biri tərəfi
ondan ibarətdir ki, o, təsadüfi baş verən şey deyil. Sizin indi danışdıqlarınızdan mən belə nəticə çıxarıram. Elə
əldə olan materiallar da belə deməyə əsas verir ki, bu, bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Ermənistanın təcavüzünün tədricən, dalbadal aparılması, onların vəhşicəsinə hərəkətlər etməsi, ikinci tərəfdən
isə bunun qarşısının alınmaması və tədbirlər görülməməsi deməkdir.
O vaxt Azərbaycan öz torpağının hakimi idi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində idi və Azərbaycan
Dağlıq Qarabağdan savayı heç bir yerdə müharibə aparmırdı. Əgər Dağlıq Qarabağda o bir neçə kəndi qoruyub
saxlamaq mümkün olmadısa, yaxud bunun iqtidarında olmadılarsa, o vaxt Azərbaycana rəhbərlik edənlər,
yaxud da ki, o işlərlə məşğul olanlar onda bəs nə ilə məşğul olurdular? Bir də qeyd edirəm, bizim özümüz
tərəfindən buraxılan günahlar, xəyanətlər erməni quldurları tərəfindən edilən vəhşilikdən heç də az vəhşilik
deyil
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
37
Naftalan şəhərində müvəqqəti məskunlaşmış
Xocalı sakini Yaqub Əliyevin çıxışı
Hörmətli Prezident, bizim Xocalı rayon icra hakimiyyətinin başçısı Elman müəllim hamısını ətraflı
danışdı. Mən Naftalanda yaşayıram. Naftalan Kurort Birliyinin "Qarabağ" sanatoriyasında müvəqqəti
məskunlaşmış Xocalı sakini Əliyev Yaqub San oğluyam.
Hörmətli Prezident, hörmətli görüş iştirakçıları! Мən Naftalan səhərinin sanatoriyalarında məskunlaşmış
390 Xocalı ailəsindən və Xocalı soyqırımından salamat qalmış 1.400 nəfərdən biri kimi Xocalı faciəsindən
danışmaq istəyirəm.
Bildiyiniz kimi, bu il fevralın 26-da Xocalı faciəsinin 4-cü ildönümü qeyd olunur. 1988-ci ildən baslamıs
qondarma Dağlıq Qarabağ problemini ortaya atan mənfur ermənilər öz istədiklərinə nail olmaq ucun Dağlıq
Qarabaği Ermənistana birləşdirmək xülyaları ilə yaşayırdılar. Bunun nəticəsində tarixdə misli görünməmiş
faciə, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bas verib. Qısa bir vaxt ərzində erməni silahlı quldur
dəstələri şəhərin əhalisinə qəddarcasına işgəncə verməklə 485 nəfəri məhv etmiş, 421 nəfərə ağır xəsarət
yetirmişlər. Bu zaman 1.500 nəfər itkin düşmüş və girov götürülmüş, 155 uşaq valideynlərini itirmiş, 10 min
əhalisi olan şəhər tamamilə darmadağın edilib viranəyə çevrilmişdir. Мən bu amansız faciənin canlı şahidi kimi
deyə bilərəm ki, 37 nəfər qohum-əqrəbam, qardaşım həlak olmuş, itkin düşmüşdür. Xocalı faciəsi zamanı
mənfur erməni quldurlarına qarşı amansız mübarizə aparmış və son nəfəsinə qədər döyüşmüş qəhrəman
oğullarımız həlak olmuşdur.
Hörmətli Prezident, həmin vaxt bizim respublika rəhbərliyinin bacarıqsızlığı və xəyanətkarlığı nəticəsində
igid oğlanlarımızın adları qəhrəmanlar sırasında çəkilməmiş və əbədiləşdirilməmişdir. Həmin qəhrəman
oğullarımızdan birini mən misal göstərə bilərəm. Mənim həmyerlim Novruzov Əsgər Xanlar oğlu barədə demək
istəyirəm. О bizim rayonun hazırkı icra hakimiyyəti başçısı Elman Məmmədovla çiyin-çiyinə vuruşmuşdur,
fədakarlıq göstərmişdir. Elman müəllim də bunu təsdiq edə bilər.
XX əsrin ən böyük faciəsini — Xocalı soyqırımını törədən daxili düşmənlərimiz də məlumdur. Möhtərəm
Prezident, Sizdən xahişim budur ki, Xocalı soyqırımını törədən daxili düşmənlərimiz Azərbaycan xalqı
qarşısında ifşa olunaraq ciddi cəzalandırılsın. Biz xocalılar onda deyə bilərik ki, xain düşmənlərimizdən öz
qisasımızı aldıq.
Hörmətli Prezident, о vaxt respublikaya Siz rəhbərlik etsəydiniz, nə Xocalı soyqırımı baş verərdi, nə də
bizim doğma yurd-yuvamız əlimizdən gedərdi. Allah Sizi bizə çox görməsin. İnanırıq ki, Sizin rəhbərliyinizlə
biz öz torpaqlarımıza, yurd-yuvalarımıza qayıdacağıq. Biz dörd ildir Naftalan şəhərində yaşayırıq. Sizin
Naftalan şəhərinə icra hakimiyyəti başçısı təyin elədiyiniz Füzuli müəllim və onun idarəsinin bütün işçiləri biz
xocalılara yaxşı münasibət başlamış, xeyir-şərimizdə və çətin işlərimizdə bizə kömək etmişlər. Biz xocalılar
hamımız onlardan razıyıq.
Hörmətli Prezident, mən bizim xocalıların bir xahişini də Sizə yetirmək istəyirəm. Bu, bəlkə də sonrakı
işdir. Xocalı soyqırımına məruz qalanlara status verilməsini hamımız Sizdən xahiş eləyirik. Allah Sizi bizim
üstümüzdən əskik eləməsin. Allah Sizə uzun ömür versin, Sizi bir vaxt televizor ekranında görəndə, inanın,
bütün о əhali, bütün о camaat arzu eləyir ki, Heydər Əliyev bundan sonra da uzun ömür sürsün. Elə şəxslər var
ki, mən acıq demək istəyirəm, mən xalqın səbrini deyirəm, bu xalqın bizim prezidentə olan istəyini, arzusunu
deyirəm, — elə cavanlarımız var ki, deyirlər Allah-Taala bizim ömrümüzdən kəssin, Heydər babamıza, Heydər
qardaşımıza versin ki, о yaşasın, bəlkə Azərbaycan xalqını bir tərəfə çıxarsın.
Mən bir sözü də deyirəm, bununla da öz çıxışımı qurtarıram. Xocalı ki, darmadağın edildi, bizim
bəzilərimiz oldu, tutulan tutuldu, qalanı Ağdama güman gətirdi. Biz Ağdama gəldik, iyirmi nəfərə yaxın qadın
idi, bir neçə nəfər da qoca kisi. Bir nəfər gəldi mənə dedi ki, bəs ay Yaqub dayı, bizim о Qarabağ Komitəsində
işləyənlər yeyib-içirlər. Dedim, belə şey olmaz. Dedim, əgər bu körpələr qırılıbsa, bu qadınlar qarın içində,
meşədə, kolluqda qalıbsa, elə adamlar olub ki, qayalıqdan sürüşüb düşüb ölübsə, bu, necə ola bilər? Dedim,
onda belə eləyək, mən sizinlə gedirəm, gözümlə görüm ki, bu, həqiqətdir. Həqiqətən da mən getdim, qapını
açdım, gördüm ki, stolu qurublar, uzun stoldur və Tamerlan da basda oturubdur.
 Heydər Əliyev: Hansı Tamerlan?
 Yaqub Əliyev: Tamerlan Qarayev. Bəli, Tamerlan oturub stolun başında, ətrafında da Qarabaği
"müdafiə eləyənlər" var idi, onlar əyləşiblər. Burada bir neçə jurnalist də var idi. Amma mən gördüm ki, stolun
üstündə yemək şeyləri var. Bağışlasın burada oturanlar, orada növbənöv içkilər, yeməklər, filanlar var idi.
Deməli, bunlar yeyib-içməklə məşğul olmaq istəyirlər. Mən Tamerlana dedim ki, hansı münasibətlə siz bu
yemək-içməyi təşkil eləyirsiniz? Sizin millətiniz qırılır, sizin körpələriniz qırılır, siz yeyib-içirsiniz? Tamerlan
bir az о yan-bu yan elədi. Dedim ki, əgər mən yaşda Xocalı camaatı ölübsə, yeyin-için, kef eləyin, eybi yoxdur. 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
38
Amma sizin nəvələriniz yerində olan körpələr anasının qanına boyanıb, qarın içində qalibdir. Adamlar oldu ki,
iki gün, üç gün meşədə, dağın içində, dumanda-çiskində qaldılar. Ailə oldu ki, on iki gündən sonra meşədən
çıxdı, gəldi. Mən həmin adamlara sual verdim: indiyə qədər siz nə yeyirdiniz, harada qızınırdınız? Onlar mənə
dedilər ki, Allah-Taalanın köməyi ilə bir mağara, kaha deyirik, ona rast gəldik, odun yığdıq, orada ocaq
qalayırdıq, qızınırdıq və böyürtkən kolunun yarpağını, bir də, biz həmərsin deyirik, bitkidir, onun meyvələrini
yığıb yeyirdik. Həmin adamların hamısının ayaqlarını şaxta kəsmişdi.
Hörmətli Prezident, mən sizə cansağlığı, uzun ömür arzulayıram. Allah sizə dəyməsin, Allah Sizi bizim
üstümüzdən əskik eləməsin. Bir də ki, Sizin sülhsevər xəttinizi, bunu bütün dünya bilir, bütün bəşəriyyət bilir.
Sülh yolu ilə torpaqlarımızı qaytaraq, mən də Sizinlə bir yerdə bunu məsləhət bilirəm. Qoy bizim cavanlarımız
qırılmasın. Əgər sülh olmasa, müharibə elan olunsa, bax mən sözü elə-belə deyib keçmirəm, yeri gəlsə,
müharibə olsa, mən hazıram. Sağ olun.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
39
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin
həyat yoldaşı Qalina Hacıyevanın çıxışı
Mən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşıyam, Binə hava limanında inspektor
işləyirəm. Cənab Prezident, icazə verin burada olanlar adından, şəhidlərin ailələri adından Sizə təşəkkür edim ki,
Siz vaxt tapıb, bu günlər kədərimizi və ağrı-acımızı bölüşmək üçün bizimlə görüşə gəldiniz.
20 aydan artıqdır ki, Azərbaycan torpağında mərmi partlayışları eşidilmir və biz öz oğul və ərlərimizi son
mənzilə yola salmırıq. Bütün bunlar Sizin müdrik siyasətiniz sayəsində, ölkəyə rəhbərlik etmək bacarığınız
sayəsində mümkün olmuşdur. Biz hamımız Sizin əsl rəhbər olmaq bacarığınız qarşısında baş əyirik.
Xocalı faciəsinin baş verdiyi vaxtdan dörd il keçir. Bu faciəni unutmaq qeyri-mümkündür. Mən həmin
anları indiyədək ürək ağrısı ilə xatırlayıram. Nə qədər qadın, uşaq, qoca həlak oldu, lakin bu faciənin
günahkarları, baisləri indiyədək azadlıqda gəzirlər. Biz indiyədək bilmirik ki, buna görə təqsirkar kimdir. Неç
nə araşdırılıb aydınlaşdırılmayıbdır. Sakinlərimiz — qadınlar, uşaqlar bu günədək ermənilərin əlində əsirdilər.
Aradan dörd il ötüb, amma onlar hələ də oradadırlar. Onları qaytarmaq üçün nəsə bir tədbir, iş görmək lazımdır.
İndiyədək çoxları hətta öz ərlərinin, atalarının taleyi barədə bir şey bilmirlər. Bizim Əlifin böyük qardaşı itkin
düşmüşdür. Dörd ildir ki, ondan xəbərimiz yoxdur. O haradadır, sağdırmı, yoxsa artıq çoxdan torpaqda uyuyur?
Mən Sizdən çox xahiş edirəm. Xocalı faciəsinə diqqət yetirin, günahkarların tapılmasına,
cəzalandırılmasına kömək göstərin. Bu, belə qalmamalıdır. Təqsirkarları tapıb onlardan soruşmaq lazımdır ki,
nə üçün bu qədər günahsız insan torpaq altında yatır? Nə üçün qadınlar, analar, atalar, qardaşlar, bacılar göz
yaşları axıdırlar?
Sizə isə səmimi qəlbdən təşəkkür edirik ki, respublika üçün belə bir ağır dövrdə bizimlə görüşməyə vaxt
tapırsınız, bizə mənəvi, maddi cəhətdən kömək göstərirsiniz. Daxili İşlər Nazirliyinə, xüsusən hörmətli
nazirimiz Usubova və bu çətin zamanda adamlara, Qarabağ qaçqınlarına kömək edənlərin hamısına
minnətdarlığımızı bildiririk.
Umid edirik ki, Sizin köməyinizlə, Sizin müdrik siyasətiniz sayəsində biz Xocalı torpaqlarına qayıdacaq
və orada əkin-biçinlə məşğul olacağıq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
40
Xocalı sakini, şəhid atası Kamran Usubovun çıxışı
Əziz, hörmətli böyüyümüz, atamız Heydər müəllim!
Mən də şəhid atasıyam, üç oğul itirmişəm. Mənim dərdim çoxdur. Sizə ümidim var ki, biz — Xocalı
camaatı öz vətənimizə, yerimizə qayıdacağıq. Bizim Xocalı əhalisi qoçaq camaatdır, qorxmaz camaatdır,
ermənilərin qabağında dörd il gecə-gündüz vuruşublar. Mən özüm Xocalı mühasirəsində girov düşdüm.
Arvadımı, özümü girov götürdülər. Üç gün bizi saxladılar. Bizim cavanlarımızı, 50 yaşında, 45 yaşında
olanların hamısını seçdilər, apardılar. Arvad-uşağı, bizi buraxdılar. Biz meşədə üç gün qaldıq. Mənim iki
qardaşım, qardaşımın arvadı meşədə öldü. Biz bir şey tapmadıq ki, onun üstünə örtək, eləcə də qoyduq meşədə.
Üç qardaşım oğlu getdi. Sonra öz oğlum getdi. Bir qardaşım qızı yaralandı, gəldi Sumqayıta, rəhmətə getdi.
Hörmətli Prezident, Xocalının dərdini deməklə qurtarmaz. Ancaq bizim Xocalı camaatı ümidlə yaşayır.
Vəziyyət Sizin istirakınızla, sülh yolu ilə düzəldi, düzəldi. Düzəlmədisə, Xocalı camaatı Sizin arxanızda durub.
Hazırıq. Mən, 70 yaşında kişi, əlimdə avtomat qabaqda gedərəm. Mən öz oğlanlarımdan artıq deyiləm. Mən
canımı da qoyacağam, üç oğul qoymuşam. Bizim rəis bilir, mənim bir oğlum polisdə işləyirdi. Birinin iki usağı
var, biri 18 yaşındadır. Haraya gedirəm, oğlanlarımdan bir xəbər bilmirəm ki, ölüblər, yoxsa sağdırlar. Sizdən
çox xahiş eləyirəm, onlar girovdur, sağdır, ya ölüblər - bu haqda bizə bir məlumat verəsiniz. Sizdən çox-çox
xahiş eləyirəm. Allah Sizi bizim üstümüzdən əskik eləməsin. Həmişə bayrağınızı yüksək eləsin, yoldaş Heydər
Ə1iyev. Çox sağ olun. Xocalı camaatı həmişə Sizin arxanızda durur. Mənim deyəcəyim bu qədər.
 Heydər Əliyev: Sağ olun.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
41
Dövlət Teleradio Verilişləri şirkətinin əməkdaşı,
radionun "Xəbərlər" redaksiyası baş redaktorunun müavini
Ələmdar Quluzadənin çıxışı
Hörmətli Prezident, əziz yoldaşlar! Üzümü Sizə tuturam, cənab Prezident! Vaxt tapıb Xocalıları qəbul
elədiyiniz üçün, onları dinlədiyiniz üçün. Mən da Xocalıda anadan olan, Xankəndində yaşayan və bu hadisələr
zamanı Bakıda məskunlaşan bir Qarabağ sakini kimi Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Axşamdan bəri televiziyada, radioda Sizin müraciətiniz səslənib, bu gün biz respublika mətbuatında həmin
müraciətlə tanış olmuşuq. Bir cümləni oxuyuram: "Xalqımızın milli hüzn günündə Xocalı müsibətinin günahsız
qurbanlarının ruhu qarşısında ehtiramla bas əyirəm". Ehtiramla baş əymək üçün məhz böyük ürəyə sahib olmaq
lazımdır
Bu isə Sizdə var. Biz Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. 1992-ci il fevral ayinin 26-da
Xocalı bir gecədə qətlə yetiriləndə Xocalının şəhid olması barədə məlumat о zaman üç gün xalqdan gizlədildi.
Siz isə olanları, şəhid olanları faciənin ildönümündən üç gün əvvəl bax, beləcə yad eləyirsiniz.
Xocalı müsibəti haqqında burada danışdılar, özü də həyəcanla danışdılar. Mən elə bilirdim ki, həyəcansız
danışacağam, çünki çox vaxt mikrofon önündə oluram. Amma hiss eləyirəm ki, bu, çətin mövzudur, hamımızı
həyəcanlandıran mövzudur. Xocalı niyə əldən verildi? Niyə uduzdu? Səbəbləri çoxdur.
Siz о yerlərə çox gəlmisiniz, Xocalı məktəbliləri də Sizi həmişə qarşılayıblar, həmişə asfaltın kənarında
durublar. Yolunuz düşürdü о yerlərə. Bilirsiniz ki, orada relyef necədir. Hər tərəf dağlıq idi, ermənilər də
yüksəklikdə yerləşmişdilər. Xocalının ətrafında dörd qüvvə var idi: keçmiş SSRİ-nin hərbçiləri - 366-ci
motoatıcı alay, birinci düşmənimiz olan ermənilər, üçüncüsü iqtidar, yəni о zaman hakimiyyətdə olanlar və
dördüncüsü də müxalifət. (çox maraqlıdır ki, bu dörd qüvvənin heç birisi Xocalını müdafiə eləmək fikrində
deyildi. Ermənilər özlüyündə məlumdur — düşmən tərəfdir. Onlar Xocalıdan öz heyfini, qisasını almağa,
torpağımıza sahib durmağa can atırdılar və aydındır ki, həm uşaq üçün, həm qoca üçün — hami üçün amansız
olacaqdılar. Ermənilərdən aman gözləmək ağılsızlıq idi.
İkincisi, ordu, Sovet İttifaqının hərbi birləşmələri. Bunlar isə öz güclərini göstərmək üçün, yəni "Siz bizsiz
yasaya bilməzsiniz" iddiası ilə hərəkət edirdilər. Əlbəttə, onlar ermənilərlə sövdələşmişdilər və ona görə
onlardan kömək ummaq qeyri-mümkün idi.
Üçüncüsü, Azərbaycanın о zaman hakimiyyətdə olan rəhbərləri idi. Onlar da Xocalının qanına qəltan
olunmasını istəyirdilər. Оnа görə ki, desinlər: "Biz şimalsız yasaya bilmərik və təklənərik".
Dördüncüsü, müxalifət idi. Onlar da Xocalının məhv olmasına, qırılmasına, çatılmasına razı idilər. Çünki
bundan sonra hakimiyyət dəyişməsi baş verə bilərdi. Bax, Xocalının ətrafında dörd belə qüvvə var idi. Xocalını
xocalılardan savayı heç kəs qorumaq istəmirdi və ona görə də Xocalıda belə bir faciə baş verdi.
Bir də ki, cənab Prezident, siyasəti adətən şahmata bənzədirlər, şahmat oynamaq isə çox çətindir. Deyək
ki, qarsı tərəfin siyasət stolu, şahmat stolu arxasında oturanlar haradasa peşəkar şahmatçılara oxşayırdılar bir az.
Azərbaycanın siyasətə meylli olan adamları siyasət meydanına atılmaq istəyənləri isə həm siyasətdə naşı idilər,
həm də həvəskar şahmatçılara bənzəyirdilər. Ona görə də onlar mat oldular, biz isə bu qədər uduzduq.
İndi ona görə arxayınıq ki, bu gün Azərbaycanın həm siyasət sükanı arxasında, həm də, deyək ki, bu
şahmat taxtasının arxasında artıq əvvəlki о həvəskar şahmatçılar yox, həvəskar siyasətçilər yox, qrossmeyster
əyləşib. Ona görə həmin məğlubiyyətlərin əvəzinin çıxılacağına, qisasının alınacağına xalq ürəkdən inanır.
Bu, Prezident sarayına, deyəsən, mənim üçüncü gəlişimdir. Birinci dəfə 1988-ci ildə olmuşam. Onda hələ
biz Xankəndində yaşayırdıq. Ancaq təhlükəli vəziyyətdə yaşayırdıq, bizi yavaş-yavaş sıxışdırırdılar və artıq
təhlükəni görürdük. Gedənin arxasınca danışmaq kimi çıxmasın, onsuz da bunu hər yerdə, həmişə danışırıq. O
zaman beş-altı nəfər adam Əbdürrəhman Vəzirovun qəbuluna gəldik, qəbula düşdük və vəziyyəti dedik. Tələb
elədik, eşitmədi. Xahiş elədik, bizi aldatdı. Nəhayət, söhbətimiz alınmadı. Onun kabinetində gedən söz-söhbət
zamanı Mərkəzi Komitənin birinci katibi acıq elədi, kabinetindən çıxdı. İçəridə, daxildə bir kabinet var idi,
keçdi о tərəfə. Biz də — Xankəndindən gələnlər dinməz-söyləməz Əbdürrəhman Vəzirovun kabinetindən çıxdıq
və sonra bizi Ali Sovetdə qarşıladılar.
Ondan sonra 1988-ci ilin 18 sentyabrı gəldi, mən Stepanakertda — Xankəndində yaşayırdım. Digər
azərbaycanlıların evlərinin başına gətirilən müsibət mənim də evimin başına gətirildi.
1991-ci ilin axırlarında Xocavənddən gəlmişdilər. O zaman Ayaz Mütəllibov prezident idi və mən də
xocavəndlilərə qoşuldum, onun qəbuluna gəldim. Orada da mən Xocalının taleyi ilə maraqlandım. Vaqif
Hüseynov da о zaman burada idi və dedi ki, arxayın ola bilərsən, biz xocalılara top vermişik və onlar həmin
topla ermənilərin qabağını alacaqlar.
 Beləliklə da hiss eləyirdik ki, kiminlə görüşürüksə, — Elman müəllim bunu çox ətraflı danışdı, —
kiminlə görüşürüksə bizi aldadır, bizi birtəhər yola salmaq istəyir. Ayaz Mütəllibovla həmin görüşdə belə bir 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
42
söhbət oldu. O, Sizin ünvanınıza danışdı və gileyini bildirdi. Bu qəzet yazısını mən Sizə təqdim eləyəcəyəm,
bu yazı 17 aprel 1992-ci ildə "Aydınlıq" qəzetində çıxıbdır. Adı belədir məqalənin, — bilmirəm о vaxt Sizə
çatdırıblar, yoxsa, yox, — "Ayaz Mütəllibov yalnız Mkrtıçyana inanır". Həmin hissədən bir parçanı oxuyuram
Sizə. "O, Heydər Əliyevə işarə eləyirdi. O kişiyə ki, Dağlıq Qarabağa yola düşəndə bu gün Əsgərandakı birinci
mühafizə postundan başlamış qala divarlarına kimi hamı gül-çiçəklə qarşılayırdı. Stepanakert ayaq üstə farağat
dayanırdı (Xankəndi nəzərdə tutulur). Bunları gözlərimlə görmüşəm. 19 il Stepanakertdə yaşadığım müddətdə
sərkərdənin nə demək olduğunu yaxşı dərk eləmişəm". Sizin sərkərdəlik dövrlərinizə aiddir.
Heydər Əliyev: Bunu siz yazmısınız?
Ələmdar Quluzadə: Bəli, mən yazmışam. Əgər istəsəniz, mən məmnuniyyətlə Sizə təqdim edərdim.
Heydər Əliyev: Mən bəlkə də bunu görməmişəm. Sağ olun.
Ələmdar Quluzada: О vaxt eks-prezident, deyəsən, "Nezavisimaya qazeta"ya müsahibə vermişdi və
deyirdi ki, mən Mkrtiçyanla danışmışam, xocalıların sağ-salamat çıxması üçün oradan dəhliz veriblər. Belə
çıxırdı ki, deməli, artıq Xocalının qırılacağı barədə prezidentin məlumatı varmış və dəhliz də verilibdir. Bir daha
ona görə yada saldım ki, gördüyümüz kimi, bu, dörd il bundan əvvəlki yazıdır, qəzetdir. Yaxud da ki,
soruşurdular, deyək ki, Heydər Əliyev Azərbaycan üçün nə edibdir, azərbaycanlılar üçün nə eləyibdir?
Cənab Prezident, deyək ki, 1992-ci ildə Siz Naxçıvanda idiniz. Özünüz də bilirsiniz ki, haradasa Sizin
adınızın üstündə dayanmaq, əsmək, işıq salmaq bizə çətin mövzu idi.
Heydər Əliyev: Çox çətin idi. Çünki o illər mənim əleyhimə о qədər qüvvələr işləyirdilər ki, mənim
haqqımda sadəcə həqiqəti demək özü bir qədər qəhrəmanlıq idi. Böyük qəhrəmanlıq idi. Bunları bilirəm.
Ələmdar Quluzadə: 12 dekabr 1992-ci il, "İki sahil" qəzeti. Məndən müsahibə götürüblər, mən cavab
verirəm: "Heydər Əliyevə qədər
Qarabağda məktəblər az idi, onun rəhbərliyi illərində vilayətdə bir çox dəyişikliklər baş verdi. Düzünü
demək lazımdır, Əliyevə qədər Xankəndində bircə orta məktəb var idi, о da beynəlmiləl". Ramil müəllim
buradadır, Allah şahiddir, Nizami adına məktəbdir, Ramil müəllim həmin məktəbdə oxuyubdur. O vaxt hər
sinifdə cəmi 10—12 nəfər ancaq olurdu. Ancaq sonradan, 1988-ci ilə qədər bizdəki məktəbdə beş paralel sinif
olurdu, hərəsində 30 uşaq. Birinci sinfə Stepanakertdə (Xankəndində) 150 uşaq gedirdi. Hələ Kərkicahanı
çıxmaq şərti ilə, üç sinif Kərkicahandan gedirdi birinci sinfə, beş sinif 4 nömrəli məktəbdə var idi, 240 nəfər tək
birinci sinfə gedirdi.
Ermənilər bundan da çox xoflanırdılar. Yenə də oxuyuram: "Onun hakimiyyətə gəlişindən sonra
Azərbaycan dilində orta məktəblər açıldı, siniflərin sayı artırıldı. Xocalıda, Malıbəylidə, Kosalarda,
Kərkicahanda ana dilli orta məktəblər qapılarını uşaqların üzünə açdı. Xankəndində azərbaycanlıların sayı qatqat artdı". Əlbəttə, bunların hamısı gözümüzün qarşısından getməyibdir. Sizin institut açmağınız da, oradakı
texnikumların açılması da, bunların hamısı Sizin fəaliyyətinizdir.
Yeri gəlmişkən bir də onu deyim ki, mən bunları haçansa yazmışamsa, elə bilirəm ki, cənab Prezident,
xocalıların Sizə olan məhəbbətini yazmışam. Çünki bəlkə də hamının əli qələm tutmur, bəlkə də kənarda
olublar, uzaqda olublar. Ancaq biz həmişə Sizi demişik. Bu mənada 1 may 1992-ci il, "Vətən səsi" qəzeti, "Yaş
məhdudiyyəti, yaxud öz yaşı". 65 yaş təyin eləmişdilər və biz bilirdik bu, kimin üçün idi. Ancaq yazmaq lazım
idi. Beləcə bir şey yazdım: "Sənətdə dahi, cəmiyyətdə şəxsiyyət həmişə yetişmir. Siyasətçi, diplomat parta
arxasında da yetişə bilər. Güclü şəxsiyyət isə təbiətin və zamanın özündən bəhrələnir. Çoxumuz etiraf eləyirik
ki, xalqımızı bu böhrandan, Vətəni bu təhlükədən qorumaq üçün Heydər Əliyev kimi güclü şəxsiyyət lazımdır
və bu yas həddi ilə də məhz Heydər Əliyev üçün çəpər çəkildiyi hamıya məlumdur. Bu səhvi nə qədər tez
düzəltsək, о qədər qazanarıq" və sair və ilaxır. İndi mən məqalənin hamısını oxumuram. Əgər imkanınız olsa,
oxuyarsınız.
Heydər Əliyev: Çox sağ olun.
Ələmdar Quluzadə: Söhbətimi çox uzatmaq istəmirəm. Bir xatirə yadıma düşdü, cənab Prezident. 1982-
ci il yanvar ayının 14-ü idi, Şuşada Vaqifin məqbərəsinin açılışı idi. Həmin gün güclü qar yağırdı. Siz həmin
açılışda iştirak elədiniz. Sonra Poeziya evinin açılışı oldu. Siz Poeziya evinə gəldiniz.
Heydər Əliyev: Şuşada?
Ələmdar Quluzadə: Bəli, Şuşada. Rayon məscidinin yanında Poeziya evini həmin gün Siz açdınız, daha
doğrusu, gəldiniz, iştirak elədiniz. Həmin mərasimi "Günün ekranı"nda göstərdilər, mən bir ser dedim. Çünki
az-maz serlə də əlaqəm var. Altı kitabım çıxıbdır. Şerlərim var.
Heydər Əliyev: Oraya çoxlu sairlər gəlmişdi, bəli, siz də dediniz.
Ələmdar Quluzadə: Mən orada bir ser dedim. Axırıncı bənd belə idi:
Bir ovuc torpaq olsam,
Sinəmin arasında
bənövşə bitirərdim.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
43
Eşqimcə gücüm olsa,
Anam Azərbaycanı
çiynimə götürərdim.
Təəssüf ki, bizim eşqimiz qədər gücümüz yoxdur. Amma bu saat dərdimiz, qəmimiz elə bil eşqimizi
üstələyibdir.
Xocalı haqqında çox dedilər, burada biz həm cinayəti gördük, həm xəyanəti. Cinayəti eləmişdilər
ermənilər, xəyanəti elədilər özümüzünkülər. "Genosid" deyə-deyə dünyaya hay-küy salan ermənilər bu gün
Azərbaycanın əzəli torpaqlarında yaşayırlar.
Bütün dövrlərdə məkrli müharibəyə başlayan işğalçılar dünya ictimaiyyətinin diqqətindən ustalıqla,
kələklə, hiylə və bicliklə qidalananlardır. Özü də həmişə qandan qorxa-qorxa əllərini qana batırırlar. Ancaq bir
şeyə inanırıq ki, о torpaqlar özümüzə qaytarılacaq, о torpaqları özümüz qaytaracağıq. Sizin sülhpərvər
siyasətinizi biz ürəkdən bəyənirik və bayaqkı sözümün təkrarı olmasın, indi Azərbaycanın siyasi sükanını idarə
eləyənlər artıq qabaqkı siyasətçilərdən çox-çox fərqlidirlər.
Bir də, cənab Prezident, açıq demək lazımdır ki, Sizdən çox umurlar. Çünki Sizi nə Kamran Bağırova, nə
Əbdürrəhman Vəzirova, nə Ayaz Mütəllibova, nə də ki, Yaqub Məmmədova bənzətmək mümkün deyil, yəni
bunlardan biz heç nə gözləmirdik.
Heydər Əliyev: Niyə bənzətmək? Mən onlardan qabaq 14 il burada işləmişəm. Mənim özümü özümə
bənzətmək lazımdır.
Ələmdar Quluzada: Onu deyirəm ki, onlardan ummadığımızı biz Sizdən umuruq. Bu mənada deyirəm
ki, onlar bunu bacarmazdı. Ancaq biz Sizə inanırıq.
Heydər Əliyev: Bacarmadılar.
Ələmdar Quluzadə: Bacarmadılar. İnanırıq ki, Siz bacaracaqsınız və bu qəlbisınıq xocalıların da, bütün
Qarabağın da gözü-könlü bir gün güləcəkdir. Sonra, bir də Poeziya evinə dönmək istəyirəm. Orada Əli
Mahmud çıxış elədi. Mən dedim ki, Vaqifin məqbərəsi açılıbdır, Şuşada Vaqif poeziya bayramı da
keçirilməlidir. Siz bunu məmnuniyyətlə qəbul elədiniz və dediniz ki, birinci mənim adımı yazın. Mən Şuşada
Vaqif poeziya bayramında iştirak edəcəyəm və Siz dediyiniz kimi də elədiniz.
Ulu ideya isə 1973-cü ildə yaranmışdı. 1973-cü ildə "Şuşa" qəzetində mənim bir balaca şerim çıxmışdı,
orada belə deyilirdi:
Bayram istəyirəm, şer bayramı,
Cıdıra söz çıxsın, Cıdır düzündə.
Həmin bayram doqquz ildən sonra pərvəriş tapdı və bu gün isə 1996-cı ildir, fevral ayının 24-ü biz Şuşada
poeziya bayramına yığışmaq istəyirik. Xocalının о tarixi ilə üz-üzə dayanmaq istəyirik. Xocalıda rəhbərimizin
kölgəsində dayanmaq istəyirik və xocalıları orada salamlamaq istəyirik. İstəyirdik ki, görüşümüz orada olsun.
Yenə də Sizə təşəkkürümü bildirirəm öz adımdan da, danışmayanların adından da. Vaxtınızı aldığım üçün üzrlü
hesab edin. Sağ olun.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
44
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin
yekun nitqi
Bugünkü görüşümüz və uzun sürən söhbətimiz çox əhəmiyyətlidir, çox mənalıdır. Eyni zamanda böyük
hissiyyatlar doğurur, birinci növbədə kədər hissi doğurur.
Xalqımız çoxəsrlik tarixində qəhrəmanlıq nümunələri, cəsurluq nümunələri göstəribdir, öz azadlığı
uğrunda, səadəti, xoşbəxtliyi uğrunda mübarizə aparıbdır. Ancaq zaman-zaman, tarixin cürbəcür mərhələlərində
məğlubiyyətlərə də uğrayıbdır, bəlalara da düşübdür, faciəli dövrlər də keçiribdir.
XX əsri götürsək, əsrin əvvəlindən sonuna qədər erməni millətçiləri, erməni quldurları, cinayətkarları
tərəfindən Azərbaycan xalqına qarşı edilən cinayətlər misilsizdir. Hücumlar olub, təcavüzlər olub, qırğınlar
olubdur - əsrin əvvəlində də, 1918-20-ci illərdə də. Sonra, 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü,
azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılması və bizim itkilərimiz, soydaşlarımızın həlak edilməsi,
Qarabağ ətrafında müharibənin başlandığı zamandan indiyə qədər bizim verdiyimiz qurbanlar, şəhidlər hamısı
ermənilərin, Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin davam etdiyini sübut edir, göstərir. Bunların
nəticəsində, bir tərəfdən də keçmiş illərdə buraxılan böyük səhvlər, cinayətlər, xəyanətlər nəticəsində ərazimizin
təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və ümumən bir milyondan artıq
soydaşımız, vətəndaşımız yerindən, yurdundan olub, qaçqın vəziyyətində yaşayır.
Bütün bu ağır, çətin proseslərin içərisində Xocalı faciəsi xüsusi yer tutur. Xocalı soyqırımı Ermənistan,
ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımıdır. Bu, bizim tariximizdə belə də
həkk olmalıdır. Bu soyqırımın nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdən kənar bir hadisə
olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq, Bu faciəni
heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik,
xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və
eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib. nə qədər
qəhrəmanlıq nümunələri göstəribdir. Burada qeyd edildi,— nə qədər körpələr, qadınlar, qocalar, köməksiz
adamlar, günahsız adamlar həmin o gün, o gecə vəhşicəsinə öldürülüblər. Amma eyni zamanda o gün, o gecə
bizim nə qədər cəsur, qəhrəman övladlarımız o böyük qüvvəyə — dişinə qədər silahlanmış erməni silahlı
dəstələrinə və keçmiş Sovet İttifaqının çox böyük silaha və təcrübəyə malik olan böyük bir alayına, onun
hücumlarına sinə gərə bilmişlər, vuruşmuşlar, döyüşmüşlər. Döyüşə-döyüşə həlak olmuşlar, qəhrəmanlıq
nümunələri göstərmişlər və Milli Qəhrəman adı almağa layiq görülmüşlər.
Ona görə də bu hadisənin iki tərəfi də bu gün bizim üçün əhəmiyyətlidir və iki tərəfi də təbliğ olunandır,
iki tərəfi də geniş kütlələrə çatdırılmalıdır. Biz bundan sonra bunu etməliyik, bu bizim vəzifəmizdir.
Bugünkü müzakirədən, bugünkü görüşdən, söhbətdən mənim çıxardığım bir nəticə də ondan ibarətdir ki,
erməni işğalçılarının, vəhşilərinin törətdiyi Xocalı soyqırımını, 366-cı alayın, Sovetlər Ordusu alayının
Azərbaycan xalqına qarşı etdiyi soyqırımını biz gərək dünya ictimaiyyətinə daha da kəskin, daha da geniş
çatdıraq.
Mən tövsiyə edərdim ki, xocalıların adından, bəlkə də Azərbaycan ziyalılarının adından, ayrı-ayrı
təşkilatların adından dünya ictimaiyyətinə Xocalı soyqırımının 4-cü ildönümü ilə əlaqədar müraciətlər
göndərilsin. Birləşmiş Millətlər Təşkilatına göndərilsin, dünyada insan hüquqlarını qoruma komitəsi var, oraya
göndərilsin, başqa beynəlxalq təşkilatlara göndərilsin. Bu, lazımdır.
Bilirsiniz, tək onunla kifayətlənmək olmaz ki, Xocalı soyqırımı haqqında bir kitab da yazıldı, bir film də
çəkildi. O vaxtlar, təzə-təzə, hələ o yaralar soyumamış bu barədə məlumat çatdırıldı. Yox, daim etmək lazımdır.
Daim! Hər il, hər gün! Beş il də bundan sonra, on il də bundan sonra! Bunu unutmaq olmaz! Bunu unutmaq
olmaz! Bu, gərək dünya ictimaiyyətinə çatdırılsın və bildirilsin, hər yerdə bilinsin ki, erməni işğalçıları nə qədər
qəddar, nə qədər vəhşidirlər və Azərbaycan xalqına qarşı dünya, bəşər qanunlarına zidd olaraq nə qədər böyük
vəhşilik, cinayətlər ediblər.
Biz bunu mütləq etməliyik. Mən indi bu barədə ümumi fikrimi deyirəm, ancaq güman edirəm ki, bizim
müvafiq işçilərimizlə birlikdə oturarsınız, bu barədə düşünərsiniz və burada yeni güclü bir hərəkət etmək
lazımdır, kampaniya aparmaq lazımdır. Ancaq bu, tək kampaniya şəkli almamalıdır, mütəmadi olmalıdır,
davamlı olmalıdır, ardıcıl olmalıdır. Biz dünyaya gərək sübut edək ki, Azərbaycan xalqına qarşı, dinc, günahsız,
heç bir köməyi olmayan xocalılara qarşı nə qədər vəhşiliklər olubdur. Bunu etmək mütləq lazımdır.
Burada xocalılardan indiyə qədər itkin düşmüş və tapılmamış adamlar haqqında danışıldı. Mən bir də
göstəriş verirəm bizim aparatın işçilərinə, milli təhlükəsizlik naziri Namiq Abbasova ki, bu işlərlə məşğul olsun
və bütün müvafiq təşkilatlarla məsləhətləşsin. Yəqin ki, bu barədə, Ramiz Mehdiyev, siz yığışmalısınız, bir
müzakirə keçirməlisiniz və müəyyən etməlisiniz ki, hansı kanallarla, hansı yollarla nə etmək lazımdır ki, o itkin
düşmüş, yaxud əsirlikdə qalan, aqibəti indiyə qədər məlum olmayan xocalıları arayıb tapaq. Ola bilər ki, onların 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
45
bəziləri indi sağ deyillər, bunu da yəqin, bir həqiqət kimi qəbul etmək lazımdır, ancaq yəqin ki, sağ olanlar da
var. İndiyə qədər yaşayanlar da var, — onlar tapılmalıdır. Hansılar ki, sağ deyil, hansılar ki, öldürüblər, yaxud
hansılar ki, həlak olublar, — onların da haqqında hər halda bir şey dəqiq müəyyən olunmalıdır. Bu işlə də ciddi
məşğul olmaq lazımdır.
Xocalılara bundan sonra daha çox qayğı göstərilməlidir. Burada çıxış edənlərin hamısı bizim dövlət
orqanlarından çox razı olduqlarını bildirdi. Mən bundan məmnunam. Ancaq eyni zamanda güman edirəm ki, bu
çıxışlarda deyilən sözlərdə müəyyən qədər həqiqət var. Ümumiyyətlə, Azərbaycan xalqına xas olan bir
keyfiyyət var — biz çox şükürlü millətik, bizə bir balaca da kömək edəndə onu böyük bir kömək kimi qəbul
edirik. Bu, ümumiyyətlə, bizim Azərbaycan xalqının milli xüsusiyyətidir. Xüsusən indi sizin kimi adamlar —
evindən-eşiyindən, yerindən-yurdundan olmuş, varını-yoxunu, qohum-əqrəbasını itirmiş adamlar xırda bir
qayğıya da minnətdardırlar. Ancaq mən hesab edirəm ki, daha çox qayğı göstərilməlidir. Şübhəsiz ki, bütün
qaçqınlara bütün şəhid ailələrinə, müharibədə şikəst olmuş bütün adamlara, müharibə əlillərinə, hamıya qayğı
göstərilməlidir. Ancaq xocalıların başına gələn bəla heç kəsin başına gəlməyibdir. Bu xüsusiyyət də nəzərə
alınmalıdır.
İndi burada çıxış edənlər də dedilər, çıxış etməyənlərin də arasında eləsi var ki, — bilirəm, mənə bu gün
məlumat veriblər, — ailəsindən beş-altı adam itiribdir, gözünün qabağında itiribdir. Bilirsiniz, itki itkidir, hər
birimiz zaman keçdikcə itkiyə müəyyən qədər öyrənirik. Amma bir var, sən görürsən ki, gözünün qabağında ən
istəkli adamın atan, qardaşın, ya oğlun, ya bacın həlak oldu və sən ona bir yardım edə bilmədin, vəfat etdi. Bu,
adamın qəlbində daha çox iz buraxır, adamın qəlbini daim sıxır.
Ona görə bu psixoloji cəhətləri də nəzərə almaq lazımdır və xocalıların başına bu bəlaların həddindən
artıq vəhşicəsinə hərəkətlər nəticəsində gəldiyini, bunların vəhşilik şəraitində törədildiyini nəzərə alaraq bu gün
xocalılara bütün sahələrdə: həm maddi yardım, həm tibbi yardım, həm də sadəcə insani münasibət
göstərilməlidir. Mən bunu bizim bütün dövlət hakimiyyət orqanlarına, ictimai təşkilatlara tapşırıram, tövsiyə
edirəm və güman edirəm ki, bundan sonra da bu, olacaqdır.
Bunlarla yanaşı, bizim bugünkü görüşümüzdən mən belə bir nəticəyə gəlirəm ki, əgər Xocalı faciəsi bir
tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt
respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı nəticəsində və hətta deyə bilərəm, xəyanətləri
nəticəsində olubdur. Ona görə də biz bu soyqırımı pisləmək, ermənilərin bu vəhşiliyini dünyada göstərmək,
yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda özümüzün özümüzə etdiyimiz cinayəti,
xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır.
Bu gün burada danışanların hamısı, xüsusən Xocalının icra hakimiyyəti başçısı çox ətraflı məlumat verdi.
Bunlar bu cinayətləri, bizim öz tərəfimizdən, yəni Azərbaycanın ayrı-ayrı dövlət nümayəndələri tərəfindən,
xüsusən də dövlət başçısı tərəfindən olan cinayətləri və xəyanətkarlığı bir daha sözsüz sübut edir. Ancaq bu
dörd il müddətində mən hesab edirəm ki, bir günah da, bir böyük qüsur da var. O da ondan ibarətdir ki, bu
xəyanətin, bu cinayətin üstünü örtüb-basdırmağa çalışıblar. Mən belə bir qənaətə gəlirəm ki, buna bir çox
tərəflərin marağı olubdur.
Burada deyildi və mən bu fikirlərlə razıyam ki, məsələn, bu Xocalı faciəsi təkcə o vaxt hakimiyyətdə
olanların cinayəti və xəyanətkarlığı nəticəsində deyil, eyni zamanda o vaxt hakimiyyət uğrunda mübarizə aparan
qüvvələrin öz xalqına etdiyi xəyanətin və cinayətin nəticəsində olubdur. Ona görə də bu məsələnin, bu
cinayətin, bu xəyanətkarlığın tamamilə açılmasında, aşkar olmasında nə o tərəfin, nə bu tərəfin marağı
olmayıbdır. Bunu artıq tam qətiyyətlə demək olar.
Mənim xatirəmdədir, o vaxt Naxçıvanda yaşayırdım. Xocalının icra hakimiyyəti başçısı Məmmədov
mənim yadıma saldı ki, o, doğrudan da Naxçıvana gəlmişdi. Sentyabrın axırında siz ora gəlmişdiniz də?
Elman Məmmədov: Sentyabrın 30-da.
Heydər Əliyev: Sentyabrın 30-da, hə, mən bir aydan da az idi ki, xalqın tələbi ilə Naxçıvanda Ali
Məclisin sədri vəzifəsini öz üzərimə götürmüşdüm. Çox ağır, qarışıq bir vəziyyət idi. Bilirsiniz ki, o vaxt Sovet
hakimiyyəti dağılmışdı, demək olar ki, dağılmaq üzrə idi. Burada hələ dağılmamışdı, amma Naxçıvanda
dağılmışdı, xalq Kommunist Partiyasının Vilayət Komitəsini dağıtmışdı, bağlamışdı və mən sentyabrın
əvvəllərində — ayın 1-i, ya 2-si idi, Naxçıvana gələndə, artıq Naxçıvan qaynayırdı və xalq meydanlarda
hakimiyyətə qarşı öz nifrətini bildirirdi, Naxçıvan ağır vəziyyətdə olduğuna görə qanun-qayda yaradılmasını
tələb edirdi. O tələblərin nəticəsində də mən sentyabrın birinci günlərində Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri vəzifəsini öz üzərimə götürməli oldum. O vaxt biz çox gərgin işləyirdik və özümüzün də
Naxçıvanda çoxlu problemlərimiz var idi. Ancaq eyni zamanda, o zaman Qarabağın vəziyyəti da məni narahat
edirdi. Xatirənizdədir, o vaxt, 1991-ci ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikası Ali Sovetinin ilk
sessiyası başlandı. Mən də Naxçıvandan Ali Sovetə deputat seçilmişdim. Həmin sessiyada mən çıxış etdim və
dedim ki, Qarabağ əlimizdən gedibdir. Gəlin yığışaq, danışaq, oturaq məsləhətləşək, - nə etmək lazımdır ki,
Qarabağı əlimizdə saxlayaq və əldən getmiş Qarabağı qaytaraq. 0 vaxt mənim əleyhimə cürbəcür böhtançı 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
46
çıxışlar başlandı, — bunlar xatirənizdədir? — mənim sözümü kəsdilər, yerdən cürbəcür ədəbsiz hərəkətlər
etdilər, hətta belə nitqlər də oldu ki, "Siz burada yalan danışırsınız, Azərbaycan rəhbərliyinin əleyhinə iş
aparırsınız, siz düz demirsiniz. Azərbaycan rəhbərini yıxmaq istəyirsiniz, Qarabağ heç vaxt indiki kimi bizim
olmayıbdır".
Bu sözlər xatirinizdədir? Bu, 1991-ci ilin əvvəli idi. Sonra mən çıxdım getdim. 1991-ci ilin həmin
sentyabrında Naxçıvanda olarkən mən yenə də Qarabağ haqqında düşünürdüm. Qarabağ məni narahat edirdi. O
vaxt Qarabağdan ara-sıra adamlar gəlirdilər mənim yanıma, bəzən görürdüm, naməlum adamlar mənə Şuşadan,
yaxud da ayrı-ayrı rayonlardan, Laçından telefonla zəng edirdilər, imdad istəyirdilər, kömək istəyirdilər və o
vaxt nə mümkün idi - mən öz tərəfimdən edirdim.
O vaxt Məmmədov da gəlmişdi ora. Bəli, mən bunu böyük bir hadisə kimi qəbul etdim və Ali Məclisin
sessiyasında elan etdim ki, Qarabağda bu dəqiqə mühasirədə olan Xocalının başçısı gəlibdir bizim Naxçıvana.
Sessiyada onu təqdim etdim, ona söz verdim, çıxış etdi. Biz xocalılarla öz həmrəyliyimizi bildirdik, öz
fikirlərimizi bildirdik. Bundan sonra təkbətək ayrıca söhbət etdik və mən məsləhətlərimi də verdim.
Yəni demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü məsələsi xalqı
həmişə narahat edibdir, xalqı incidibdir. Xalq çalışıb ki, hərə çalışıb ki, bu işə öz payını versin, öz xidmətini
göstərsin. Ancaq təəssüflər olsun ki, o səlahiyyətli adamlar nəinki öz vəzifələrini yerinə yetirməyiblər, hətta
xəyanət ediblər.
O vaxt Xocalı faciəsinin araşdırılması üzrə komissiya yaradılmışdı. Mən də Naxçıvanda çox maraq
göstərirdim ki, bu komissiya nə nəticə çıxaracaqdır. Sonra bu komissiyanın işinin nəticəsini televiziyada
verdilər. Mən buna qulaq asdım, xüsusən Əli Ömərovun-o, komissiyanın katibi idi, — məruzəsinə qulaq asdım.
Doğrudur, o məruzə məni tam qane etmədi, ancaq eyni zamanda bu gün həqiqət naminə demək lazımdır ki,
məruzədə çox ədalətli, çox kəskin, prinsipial fikirlər də vardı. Təəssüflər olsun ki, onun müzakirəsi buna gətirib
çıxardı ki, burada həm günahkar var, həm də yoxdur. Siz bilirsiniz ki, bunun da nəticəsində Mütəllibov may
ayının 14-də yenidən prezident vəzifəsinə qayıtdı. Onun gəlməsi Xocalı ilə əlaqədarmış. Belə çıxır ki, o,
günahkar deyil, komissiya belə müəyyən edibdir. Komissiyanın sədri Ramiz Fətəliyev idi. O vaxt sessiyada
ondan soruşdular — xatirimdədir, televiziya ilə göstərirdilər, — bir neçə dəfə soruşdular. Təəssüflər olsun ki,
dedi yox, Mütəllibovun burada heç bir günahı yoxdur, ona görə də sessiya qərar çıxartdı ki, Mütəllibov
prezident vəzifəsinə qayıtmalıdır.
Mən bununla onu demək istəyirəm ki, o zaman görülən işi layiqincə qiymətləndirərək, eyni zamanda bu
gün etiraf etmək lazımdır ki, o komissiya o vaxt nə qədər istəsəydi də, məsələni obyektiv araşdıra bilməzdi.
Çünki günahkar adamların əksəriyyəti o vaxt vəzifə sahibi idi. Onlar yüksək vəzifələrdə idilər. Ona görə də o
komissiyanın çıxardığı nəticələr tam həqiqət deyildi. Sonra respublikada hakimiyyət dəyişildi, yəni rəhbər
vəzifədə olan prezident dəyişildi, yeni prezident seçildi. Gözləmək olardı ki, yeni prezident seçiləndən sonra
onlar bu işi qaldıracaqlar, çünki onlar məhz bu Xocalı hadisəsindən istifadə edərək hakimiyyətə gələ bildilər.
Ancaq bu məsələnin üstü ondan sonra da örtüldü və istintaq da elə getdi ki, guya ki, burada heç bir günahkar
yoxdur.
Eldar Həsənov o cinayət işindən istintaqın izi ilə bəzi məlumatlar verdi. Ancaq hesab edirəm ki, indi vaxt
keçib, bu istintaqa, bu araşdırmaya təsir edən adamlar indi arada yoxdurlar. Onlar heç bir təsir edə bilməzlər. Bu
məsələlər yenidən araşdırılmalıdır, — Mən belə hesab edirəm, — tamamilə yenidən araşdırılmalıdır və yenidən
istintaq aparılmalıdır.
Mən bir də qayıdıram dediyim fikrə — Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı gələcək
nəsillərimizin xatirindən yüz il bundan sonra da çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bilsin ki, bizim
millətimizə qarşı belə vəhşilik edilibdir. Əgər bu belədirsə və güman edirəm ki, siz bununla razısınız, demək, bu
vəhşilər də məhkum olunmalıdır. Burada Eldar Həsənov dedi ki, bu vəhşilikləri edən erməni silahlı qüvvələrinin
bəziləri məlumdur. Əgər onlar bu gün də cəzasını almayıblarsa, gələcəkdə öz cəzalarını alacaqlar. Beynəlxalq
məhkəmə onların cəzasını verəcəkdir. Həmin 366-cı alay gələcəkdə cəzasını alacaqdır və beynəlxalq məhkəmə
onların da cəzasını verəcəkdir. Dünya həmişə belə qalmayacaqdır. Belə olan halda, demək, bizim içimizdən
cinayət edənlər, xəyanət edənlər də araşdırılmalıdır və meydana çıxarılmalıdır.
Bilirsiniz, bir adam gedib iki nəfəri öldürəndə, onu həbs edirlər, məhkəmə gedir, ona ya güllələnmə
cəzası, ya da ən azı, on il azadlıqdan məhrumetmə cəzası verilir. Çünki iki adam öldürübdür, yaxud bir adam
öldürübdür. Amma burada görürsünüz nə qədər adam öldürülübdür , özü də vəhşicəsinə öldürülübdür, günahsız
adamlar öldürülübdür.
Mən bu məsələyə də aydınlıq gətirməliyəm. Bir var ki, müharibədir, erməni silahlı qüvvələri Azərbaycana
qarşı işğalçılıq müharibəsi aparıblar, döyüşlər gedibdir, o tərəf də vuruşub, bu tərəf də vuruşub, tərəfdən də
həlak olan var, bu tərəfdən də həlak olan var. Bu, müharibənin təbii nəticəsidir. Amma bir də var ki, gələsən,
böyük bir yaşayış məntəqəsini mühasirəyə alasan, uzun müddət mühasirədə saxlayasan, onu xaricdən tam təcrid 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
47
edəsən və nəhayət, beş-altı dəfə artıq qüvvə ilə, silahla hücum edib dinc əhalini qırasan. Bunlar tamamilə birbirindən fərqli hallardır.
Həmin Xocalını uzun müddət, burada Məmmədov dedi, mühasirədə saxlayan erməni silahlı qüvvələri
olublar. Bəs onu mühasirədən azad etməyənlər kimlərdir? Niyə onlar dözüblər ki, bizim böyük bir yaşayış
məntəqəsində xeyli adam uzun müddət mühasirədə qalıbdır? Niyə? Nə üçün? Hansı tədbirləri görməyiblər və
niyə görməyiblər?
İcra hakimiyyəti başçısı deyir ki, üç gün gəlib, burada çalışıb, prezident, eyni zamanda, Silahlı Qüvvələrin
Ali baş komandanı onu qəbul etməyib — bunun işi var, başqa işi var. Bundan da vacib iş ola bilərmi? Mən
hesab edirəm ki, o günlər Azərbaycanın hər bir rəhbəri üçün bundan vacib, bundan zəruri iş ola bilməzdi. Adicə
maraq lazım idi ki, əgər icra hakimiyyəti başçısı gəlibsə, gəlsin, desin görək nə var? Əgər onu qəbul etmək
istəmirsə, onunla görüşmürsə, icra hakimiyyəti başçısı üç gün bu barədə ona-buna müraciət edir, buna nail ola
bilmirsə, geriyə qayıdırsa, demək, bu, sadəcə olaraq vəziyyəti bilir və vəziyyəti bilərək ölçü götürməmək üçün
onu qəbul etmir. Məntiqi nəticə bundan ibarətdir. Ona görə də hesab edirəm ki, bu məsələlər araşdırılmalıdır və
bütün bu məsələlərə qayıtmalıyıq.
Bilirsiniz ki, Xocalı soyqırımı 1992-ci il fevralın 26-da olubdur. 1993-cü il fevral ayının 26-da bu
soyqırımın birinci ildönümü idi, o yaranın hələ tamamilə qanlı vaxtı idi. Nə üçün bəs Xocalı soyqırımı günü
elan olunmadı? Niyə? Bunun böyük tarixi əhəmiyyəti var, böyük siyasi əhəmiyyəti, böyük mənəvi əhəmiyyəti
var. 1994-cü ildə 26 fevral ərəfəsində mən təklif verdim bizim Milli Məclisə. Milli Məclis qərar qəbul etdi və
Xocalı soyqırımı, Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm
günüdür, hüzn günüdür, faciə günüdür. Bunu biz qanunla qəbul etdik. Bunu bir ildən sonra etməyənlər də yəqin
ki, həmin bu cinayətin iştirakçıları olublar ki, bunu etməyiblər. Buna sadəcə etinasızlıq kimi, yaxud diqqətsizlik
kimi yanaşmaq olmaz. Əgər diqqətsizlik də varsa, bu qədər diqqətsizlik olarmı? Öz millətinin aqibətinə,
millətinin taleyinə bu qədər də laqeydlik, biganəlik ola bilərmi?
O adamlar indi orda-burda danışırlar, qəzetdə cürbəcür şeylər yazırlar, cürbəcür böhtanlarla məşğuldurlar.
Bəzisi qaçıb Moskvada gizlənib, bəzisi, nə bilim, dağlarda gizlənib, bəzisi burada müxalifətdədir. Bu gün
onların heç birisinin mənəvi haqqı yoxdur danışmağa. Onların başdan-ayağa hamısı Azərbaycan xalqının
qarşısında etdikləri cinayətə görə cavabdehdirlər, cavab verməlidirlər. Bu gün də cavab verməsələr, sabah
verəcəklər.
1990-cı ildə Azərbaycan xalqının başına yanvar faciəsini gətirdilər. Yanvar faciəsində tökülən qanların
üstündə vəzifələrə gəldilər. Sonrakı illərdə yanvar faciəsinin üstünü örtüb-basdırmaqla məşğul oldular. Bəli,
yanvar faciəsinin üstünün də açılması haqqında təşəbbüsü Milli Məclisə 1994-cü il yanvarın əvvəlində mən —
Azərbaycan prezidenti verdim. Bilirsiniz ki, 1994-cü ildə bu məsələ Milli Məclisin iclasında bir aydan çox
müzakirə olundu. Amma 1990-cı ilin yanvarından 1994-cü ilin yanvarına qədər bu məsələnin üstü örtülübbasdırılmışdır, günahkarların adı yazılmamışdır, bir qərar qəbul edilməmişdir. Biz qərar qəbul etdik. Həmin
dəst-xətdir — yanvar faciəsindən istifadə edərək vəzifələr tutdular, tökülmüş qanların üstünü örtdülərbasdırdılar. Ancaq tarix bunu açdı. Xocalı hadisəsindən, faciəsindən də istifadə edib hakimiyyətə gəldilər,
faciənin üstünü örtüb-basdırmaq istədilər. İndi bu gün yenə də tarix bunu açır, açacaqdır tarix! Tarix açacaqdır,
geci-tezi var. Gec olanda insanlarımız daha çox intizar içində olur, əziyyət içində olur. Amma bunu vaxtında
edəndə hər bir insan da, xalq da mənəvi rahatlıq alır. Mənim fikrim belədir.
Bütün bunlarla yanaşı, mən bu gün bu görüşə gələrkən əsas fikrim, məqsədim, yəni ürəyimdə, qəlbimdə
olan sözlər xocalıların dərdinə şərik olmaq idi. o dərd bizim millətimizin dərdidir, o kədər bizim millətimizin
kədəridir, bu faciə bizim xalqımızın faciəsidir, bu matəm bizim xalqımızın matəmidir.
Mən bir daha xocalıların qəhrəmanlıq, rəşadət nümunələri qarşısında baş əyirəm, bütün xocalılara öz
hörmət və ehtiramımı bildirirəm və bir daha bəyan edirəm ki, şəhidlərin qəhrəmanlığı heç vaxt
unudulmayacaqdır, onların xalq, dövlət qarşısındakı xidmətləri bizim qəlbimizdə həmişə, daim yaşayacaqdır.
Mən bu gün bura çox ziddiyyətli fikirlərlə gəlmişəm, amma hamısının üstündə duran fikir bu qəm, kədər
fikridir. Ona görə də, bəlkə məlumatım yoxdur, mən belə başa düşdüm ki, Xocalıda vuruşub qəhrəmanlıq
göstərənlərdən bəziləri Milli Qəhrəman adı alıblar. Neçə nəfər Milli Qəhrəman adı alıb?
Elman Məmmədov: Üç nəfər.
Heydər Əliyev: Üç nəfər, başqa orden və medialarla təltif edilənlər olubdurmu?
Elman Məmmədov: Bir nəfər təltif olunubdur — həmin batalyonun həkimi Nağıyev Məmməd bu
hadisədən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib, qalanları olmayıb. Amma təqdim olunmuş
sənədlər var.
Heydər Əliyev: Mən hesab edirəm ki, biz orada fərqlənən adamları qiymətləndirməliyik və onları təltif
etməliyik. Ona görə də mən sizə, icra hakimiyyəti başçısına, bizim aparata, Ramiz Mehdiyevə tapşırıram,
oturun baxın, siz hamınız da buradasınız. Şübhəsiz ki, hamını təltif etmək mümkün deyil. Özünüz kimi hesab
edirsiniz ki, bizim dövlət mükafatları ilə, ordenləri ilə təltif etmək lazımdır — təklif verin. Mən bunu etmək 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
48
qərarını qəbul etmişəm, gözləyirəm ki, nə vaxt sizin təklifləriniz gələcəkdir. Siz hamınız məsləhətləşərsiniz. Bu,
elə şeydir ki, gərək oturub məsləhətləşəsiniz. Məsələn, bizim komandirlər bu döyüşdə, başqa yerdə fərqlənənlər
barədə təqdimat verirlər. Deyək ki, bu, döyüşdə fərqlənibdir, ona görə təltif edirik. İndi bu hadisənin üstündən
dörd il keçibdir. Ancaq siz hamınız bu hadisənin iştirakçısınız, özünüz bilirsiniz kimlər təltif oluna bilər. Mən
hesab edirəm ki, bir qrup adam təltif olunmalıdır. Mən sizdən bu barədə təkliflər gözləyirəm. Siz nəsə demək
istəyirsiniz? Buyurun.
Səttar Ağayev (Xocalı sakini, iki şəhid atası): Mənim iki oğlum şəhid olub, o meyidlərin heç birini də
tapıb gətirə bilməmişəm. Məndən müsahibə götürüblər, geniş danışmışam, ancaq çox az yazıblar. Milli Orduda
olan oğlum dörd dəfə mühasirədə yaralanıb, Ağdam hərbi xəstəxanasına gətirilib, oğlumun heç yerdə, heç bir
qəzetdə adı çəkilməyibdir. Xahiş edirəm, jurnalistlər mənimlə ətraflı söhbət etsin, onlara nə cür lazımdırsa,
dərdimi deyim.
Heydər Əliyev: Yaxşı, mən hesab edirəm ki, birincisi, bugünkü görüşümüz televiziya ilə veriləcək,
ikincisi də bu görüşü, bu çıxışların hamısını başdan-ayağa qəzetdə dərc edin və təkcə ayın 25—26-sı deyil,
bundan sonra da ümumiyyətlə Xocalı soyqırımı, Xocalı faciəsi ilə əlaqədar mətbuatda, televiziyada ardıcıl
verilişlər verin. Qoy insanlar gəlsinlər, öz təəssüratlarını danışsınlar. Məsələn, bu kişi deyir ki, iki oğlu həlak
olubdur. Qoy gəlsin danışsın, bunun dərdini eşitsinlər, bunun özü də müəyyən mənəvi təskinlik alacaqdır. İndi
belələri çoxdur, hamı ola bilər. Ona görə də mən ümumi göstəriş verirəm və bu olacaqdır, mətbuatda da ardıcıl
getməlidir, bizim televiziya və radioda da verilməlidir. Bir də deyirəm, ağsaqqallar, vəzifəli adamlar, hamınız
birlikdə oturun məsləhətləşin bu işi. Son gündə o prosesdə olan adamları, fərqlənən adamları, layiqli adamları
təqdim edin, mən prezident kimi orden və medallarla təltif etməyə hazıram. Əgər o vaxt çox böyük qəhrəmanlıq
göstəriblər, lakin onların xidməti unudulubsa, Milli Qəhrəman adı verməyə də hazıram, bunları etməyə hazıram,
yəni, "hazıram" deyəndə, bu mənim borcumdur. Çünki o qəhrəmanlar özləri buna layiqdirlər. Mən bunu da
təklif edirəm.
Siz nə istəyirsiniz? Buyurun.
Lətif Məmmədov (Əlif Hacıyevin atası): Yoldaş Prezident, mənim iki oğlum həlak olubdur. Biri Milli
Qəhrəman Əlif Hacıyev mənim oğlumdur, bir oğlumu da öz gözümün qabağında ermənilər Xocalıda nə günə
qoyub, mən bunun şahidiyəm. Özüm də orada əsir düşmüşəm, 64 gün qalmışam, Şuşanın ən uca kəndi Böyük
Tağlarda. Elman müəllimin özü bilir, 1992-ci il aprel ayının 24-də məni əsirlikdən dəyişiblər, gəlmişəm. Mənim
Milli Qəhrəman olan oğlumun məzarı buradadır. Şəhidlər xiyabanındadır, amma o biri oğlumu elə orada öz
gözümün qabağında nə günə saldılar... Harada qaldı, nə oldu heç bir məlumat yoxdur. Mənim vəziyyətim budur.
Heydər Əliyev: Adınız nədir?
Lətif Məmmədov: Məmmədov Lətif Süleyman oğlu.
Heydər Əliyev: Lətif müəllim, mən sizin dərdinizə tam şərikəm. Qəhrəman oğullar yetişdirdiyinizə görə
Sizə təşəkkür edirəm. Sizin oğlanlarınızın qəhrəmanlığı bizim xalqımızın şan-şöhrətidir. Dərdiniz böyükdür,
amma eyni zamanda siz fəxr edə bilərsiniz ki, belə övladlar yetişdirmisiniz. Sizin böyük mənəvi haqqınız var.
İndi sizin dediyiniz sözlə əlaqədar nə etmək, nə tədbir görmək lazımdırsa görək.
Bir daha bu hüzn günü ilə əlaqədar, Xocalı faciəsi ilə əlaqədar mən bütün həlak olanlara Allahdan rəhmət
diləyirəm. Bütün xocalılara Allahdan səbr diləyirəm. Şikəst olanlara, əlil olanlara Allahdan daha çox cansağlığı
diləyirəm. Əmin ola bilərsiniz ki, bundan sonra da xocalılara qayğının artması üçün öz tərəfimdən əlimdən
gələni edəcəyəm.
Burada çıxışlarda mənə aid, hesab edirəm ki, ürəkdən gələn sözlər deyildi. Onlara görə təşəkkür edirəm.
Eyni zamanda sizin bu sözlərinizi dinləyərək dərk edirəm ki, hər bir belə söz mənim üzərimə böyük məsuliyyət
qoyur. Şübhəsiz ki, mən Azərbaycan Respublikasının Prezidenti vəzifəsini öz üzərimə götürərək məsuliyyətimi
hiss edirəm, daim hiss edirəm. O gün, o dəqiqə yoxdur ki, mən xalqımın qarşısında, millətimin qarşısında,
Vətən qarşısında öz məsuliyyətim haqqında düşünməyim. Amma hər dəfə belə görüşlər zamanı, xüsusən sizin
kimi adamların böyük ümidlərlə mənə müraciət etdiyi halda mən öz məsuliyyətimi daha da kəskin hiss edirəm
və dərk edirəm.
Əmin ola bilərsiniz ki, bütün varlığımı, təcrübəmi, biliyimi, həyatımı Azərbaycan xalqının belə ağır
vəziyyətdən çıxmasına həsr edirəm, bundan sonra da həsr edəcəyəm, Azərbaycan xalqının xoşbəxt gələcəyə
çıxmasına həsr edəcəyəm. Ümidvaram ki, biz qarşımızda qoyduğumuz məqsədlərə nail olacağıq. Mən nəinki bu
ümidlərlə yaşayıram, bu ümidlərin çin olması üçün, bu ümidlərin həyata keçməsi üçün gecə-gündüz fəaliyyət
göstərirəm.
Sağ olun, bu görüş nə qədər kədərli olsa da, eyni zamanda o qədər də mənalıdır, o qədər də böyük iftixar
hissi doğurur. Bu görüşə görə sizə təşəkkür edirəm. Sağ olun.
24 fevral 1996-cı il
Daha yeni Daha eski