2016-ci ilin yanvar ayında Xocalı şəhər, Meşəli, Cəmilli, Kosalar kənd, Kərkicahan qəsəbə
İnzibati Ərazi İcra Nümayəndəliklərinin illik hesabat iclasları keçirilmişdir. Hesabatlarda Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov və rayonun məsul şəxsləri iştirak etdilər. Ərazi İcra Namayəndələrinin 2015-ci il ərzində görülən işlər haqqında geniş və əhatəli məruzələrlə çıxışları oldu.
Hesabat məruzəsi haqqında çıxış edənlər nümayəndəliklərin gördüyü işlər haqqında təklif və iradlarını bildirdilər. Hesabatlar ümumilikdə qənaətbəxş hesab edildi.
Hesabatların sonunda Xocalı İH-nin Başçısı Şahmar Usubov vətəndaşları fərdi şəkildə qəbul etdi. Problemləri olan sakinləri dinlədi və məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verdi.
***
19.01.2016-cı il tarixində Gəncə şəhər Yeni qəsəbə-2-də Kosalar kənd İƏDÜ Nümayəndəliyinin illik hesabat iclası keçirildi. Hesabatı giriş sözü ilə açan Cənab Başçı Şahmar Usubov hesabat iştirakçılarını salamladı, ona göstərilən etimada görə Kosalar kənd sakinlərinə minnətdarlığını bildirdi və hesabat məruzəsini oxumaq üçün sözü Kosalar kənd İƏDÜ Nümayəndəsi Şahid Rzayevə verdi. İcra Nümayəndəsi Şahid Rzayev geniş və əhatəli məruzə ilə hesabat məruzəsini oxudu.
Xocalı rayon Kosalar kənd nümayəndəliyinin 105 nəfər Yeni Azərbaycan Partiyasının üzvü olması ümumilli liderimizin memarı olduğu Müstəqil Dövlətimizin və Dövlətçiliyimizə sədaqətin bariz nümunəsidir.
Xocalı rayon İ H B – nın Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi əhali arasında daimi cinayətkarlığa qarşı, narkomaniyaya qarşı mübarizə aparır, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmağında, dövlətçiliyə sadiq olmaqda təbliğat işləri görür.
Gəncə şəhər Kəpəz rayon ərazisində yeni salınmış qəsəbədə xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağarın təşkili, qəsəbəyə rabitə və internet xəttinin çəkilməsi, qəsəbə ərazisində Şəhidlər xatirəsinə abidə kompleksinin ucaldılması, qəsəbəyə giriş-çıxış yolunun açılması, qəbristanlığın salınması üçün torpaq sahəsinin ayrılması Xocalı rayon İ H B – nın Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ildə qarşısında duran vəzifələrdir.
Hesabat məruzəsinə irad və təkliflər bildirmək üçün çıxışlar oldu. Şahid Rzayevin rəhbərliyi ilə nümayəndəliyin 2015-ci ildə gördüyü işlər qənaətbəxş hesab edildi.
Tədbir xoş əhval-ruhiyyə ilə başa çatdı.
***
Meşəli kənd nümayəndəliyi 7 ildir Goranboy rayon Meşəli qəsəbəsində fəaliyyət göstərir. 2016-cı il 01 yanvar tarixə kimi Meşəli kənd nümayəndəliyində 156 ailə 601 nəfər sakin var. Bunlardan kişilər 305 nəfər, qadınlar isə 296 nəfərdir. Meşəli kəndində 12 şəhid ailəsi və bir valideyinini itirən 10 ailə var. Pensiya və müavinət alanlar 130 nəfər, bundan kişilər 50 nəfər, qadınlar 80 nəfərdir.
Əhalinin sahibkarlıqla məşğul olan hissəsi 25 ailədə 133 nəfərdir.
Əhalinin istifadəsində olan iri buynuzlu mal-qara 370 baş, xırda buynuzlu davarlar 1760 baş, quşlar 1440 baş, arı ailəsi 413 ailə qeydiyyata alınmışdır. 14 hektarda buğda əkilmiş, 265 sentner məhsul olmuşdur, 12 hektar arpa əkilmiş və 216 sentner məhsul biçilmişdir. Kartof 12 hektar əkilmiş, 960 sentner məhsul olmuşdur. Tərəvəz 8 hektar əkilmiş, 520 sentner məhsul götürülmüşdür. Nümayəndəlikdə il ərzində doğulan uşaq 9 nəfər, kənardan gələn 7 nəfər, ölüm 1 nəfər, hərbi xidmətdə olan 11 nəfər, həbsdə olan 1 nəfərdir. 6 nəfər ailə həyatı qurub, boşanan olmamışdır. 2 ailə ayrı təsərrüfat kimi qeydiyyata alınmışdır. Hesabat məruzəsi ətrafında çıxışlar oldu. Meşəli kənd İnzibati Ərazi İcra Nümayəndəliyin 2015-ci ildə gördüyü işlər qənaətbəxş hesab edildi.
"XOCALININ SƏSİ"