İNSANLARA NUR, HƏYAT BƏXŞ EDƏN HƏKİM.

            Zərifə xanım Əliyeva böyük hə­kim, böyük alim olmuşdur. O, Azərbaycan oftalmologiya
elminə dəyərli töhfələr vermişdir. İnsanla­ra nur bəxş edən Zərifə xanım ye­nilməz lider, dünya siyasətinin nə­həng siyasətçisi Heydər Əliyevin sevimli həyat yoldaşı olmuşdur. Göz xəstəliyinə tutulanlara öz şəfa­lı əlləri ilə sevinc bəxş edən Zərifə xanım gənclərə də qayğı ilə yana­şıb, onların gələcəyə hazırlanma­sında da əvəzsiz xidmətlər göstər­mişdir.
           Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasında görkəmli elm və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyayagöz açmışdır.
Zərifə xanım alicənab, səmimi, insanpərvər xüsusiyyətlərinə görə bir çox həmkarlarından seçilmişdir.
          1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profi­laktika fakültəsini bitirmişdir. 1949-cu ildə ümumittifaq mərkəzi Həkimləri Təkmilləşdirmə kursunu bitirir və Elmi-Tədqiqat İnstitutun­da elmi işçi kimi çalışmağa başla­yır. 1950-ci ildə aspiranturaya qə­bul olunur, aspiranturanı bitirdik­dən sonra həmin institutda elmi iş­çi kimi çalışır. O zaman Azərbay­canda traxoma adlı göz xəstəliyi geniş yayılmışdı. Ancaq bu xəstəli­yə qarşı heç bir mübarizə tədirləri görülmürdü.
          Zərifə xanım bu sahədə tədqi­qatlarını davam etdirərək 1960-cı ildə "Traxomanm digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi" mövzusunda dissertasiyası mü­dafiə edir. Bundan sonra Həkimlə­ri Təkmilləşdirmə İnstitutunun Of­talmologiya kafedrasının professo­ru seçilir.
          Zərifə xanım bütün varlığı ilə vətəninə, torpağına, elinə-obasma bağlı ziyalı qadın idi. O, övladları­nı layiqli insan və vətəndaş kimi böyütmək üçün ömrünü şam kimi əritmişdi.
         Zərifə xanımın əziz xatirəsi xal­qımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

                                            Məmməd NAĞIYEV, MX-nın baş həkimi.
Daha yeni Daha eski