.
19
may 2014 – cü il tarixində Xocalı rayon Kosalar kənd tam orta məktəbində
Ümumilli
Lider Heydər Əliyevin anadan olmasının 91 – ci ildönümü ilə əlaqədar
Viktorina təşkil olundu.VI – XI – ci siniflərin
şagirdlərindən ibarət olan komandalar Kür, Araz, Xəzər adlarında qalib olmaq
uğrunda çalışdılar. Suallar 14 fənn üzrə hazırlanmışdı. Xəzər komandası yarışda 1- ci, Kür
komanda 2 – ci, Araz komandası isə 3 – cü oldu. Şagirdlərin ümumi hazırlığı qənaətbəxş
hesab edildi. Viktorinada rayonun məsul təhsil işçiləri də qonaq qismində
iştirak etdilər. Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Nəcəf Həsənov viktorina iştirakçılarına öz suallarını ünvanladı və tövsiyyələr verdi. Viktorinanın
sonunda xatirə şəkilləri çəkdirildi.
Tags
AZE

