31 MART - AZƏRBAYCAN XALQININ SOYQIRIMI GÜNÜDÜR.

               
               Ermənilər əsrlər boyu xalqımıza, bütün  Türk dünayasına  nifrət bəsləmiş, ona maddi və mənəvi ziyan vurmaqdan heç bir zaman çəkinməmişdilər. Xalqımızı millli, kütləvi qırğına məruz qoyan daşnaq tör –töküntüləri 1918 – ci il mart ayının 31 – də xalqımıza qarşı soyqırım törətmişlər. Onların bir ideası var idi. “Lənətə gəlmiş türklərin hamısını qırın, birini də sağ buraxmayın”, deyə qışqıra – qışqıra Bakıda kütləvi qırğına başladılar. Evlərə, zirzəmilərə sığınmış müsəlmanları tapıb çıxarır, güllələyir, qılınc və ya nizə ilə öldürürdülər. Kişiləri ayaqlarından başıaşağı asır və qılıncla sağ – sağ şaqqalayırdılar. Bəzilərini taxta çarpayıya sarıyıyır, digərlərini xalça və palazlara büküb yandırırdılar. Ucuzlaşmış erməni cəlladları ürəklərini soyutmaq üçün əllərinə keçən hər bir kəsi diri – diri döşəməyə, qapıya, masaya mıxlayır, sonra isə güllələyirdilər.
               Qadınları daha ağır işgəncə ilə öldürürdülər. Süməmər uşaqları süngüyə keçirir, lap körpələri isə nişangah kimi gülləyə tuturdular.
               Ermənilər müqəddəs kitabımız olan Quranı hər yerdən toplayıb tonqal düzəldir, mollaların əl – ayaqlarını bağlayaraq diri –diri tonqallara atırdılar.
               Bakıdan başqa Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan,  Hacıqabul və bir çox yerlərində də bu cür qırğın və talanlar olmuşdur.
               1918 – ci il  qırğını zamanı minlərlə azərbaycanlı öldürüldü, təhqir və şikəst edildi. Təkcə Bakıda 12 mindən çox müsəlman qətlə yetirildi.
               1919 – cu ildə Milli Şuranın qərarı ilə 31 Mart milli matəm günü elan edilmişdir. Lakin sonralar bu günün qeyd olunmasını qadağan etmişdirlər.   
               1998 – ci il martın 26 – da isə ölkəminiz Prezidenti Heydər Əliyev Azərbaycana qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə fərman verdi. Bu fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı günü elan edildi.
               Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyirik. 
Daha yeni Daha eski