ERMƏNİLƏRİN TARİXİ AZƏRBAYCAN TORPAQLARI HESABINA "BÖYÜK ERMƏNİSTAN XÜLYASI"

             Tarixi Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" dövləti yaratmaq niyyəti ilə yaşayan
erməni millətçiləri son 2 əsrdə Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və depertasiya siyasəti həyata keçirmişdilər.
            Erməni millətçiləri tərəfindən ümumilikdə 1905 - 1906, 1918- 1920 - ci illərdə 2 milyona yaxın Azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 10 minlərlə insan öz övlərindən və dədə baba torpaqlarından zorla qovulmuşlar.
            1948 - 1950 - ci illərdə, Sovet hakimiyyəti dövründə Ermənistan SSR - dən 100 minlərlə insan, Azərbaycanlı depertasiya olunmuşdur.
            1988 - 1990 - illərdə erməni millətçiləri tərəfindən növbəti dəfə 250 min Azərbaycanlı Ermənistan respublikasından, öz dədə - baba torpaqlarından qovulmuşlar.
            Bu gün Ermənistanda 1 nəfər də olsun ( əsr düşənlər istisna olmaqla) Azərbaycanlı qalmamışdır.
            1992 - ci il fevralın 25 - dən 26 -na keçən gecə erməni faşistləri Xocalını yerlə yeksan etdilər. 1988 - 1993 - cü illərədə ermənilərin təcavüzü nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində olan Mardakert, Martuni, Hadrut, Əsgəran, Şuşa, Xankəndi şəhəri, daha sonra Ağdam, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları tamamilə işğal olundu, ermənilərin nəzarəti altına keçdi. Bununla da, 1 milyondan çox Azərbaycanlı tarixi dədə - baba torpaqlarını itirdilər.


           
Daha yeni Daha eski