Məcburi köçkün ailəsinin məskunlaşdığı ev yandı

           





           Gəncə şəhərinin Hacıkənd qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə Yanğından Mühafizə İdarəsinin, Kəpəz rayon Yanğından Mühafizə Hissəsinin 76 saylı yanğından mühafizə bölməsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 02:15 radələrində baş verib. Xocalı rayonundan məcburi köçkün olan Şükür Quliyevə məxsus 160 kv. metr sahəyə malik 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq yarasız hala düşüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Daha yeni Daha eski