Məhəmməd Məmmədov
Məhəmməd Ədil oğlu Məmmədov 1960-cı ildə Xankəndi rayonunun (indiki Xocalı) Kosalar kəndində anadan olub. Xankəndi şəhər 4 saylı orta məktəbini bitirdikdən sonra Xankəndi pedaqoji institutuna qəbul olub, fızika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurub. İnstitutda oxuduğu ilbrdə riyaziyyat fənnindən keçirilən olimpiadalann dəfələrlə qalibi olub. Ali məktəbi bitirdikdən sonra Kosalar sovetliyinin Başkənd kəndində müəllim işləməyə başlamışdır. Məhəmməd müəllimin təhsil sahəsində göstərdiyi nümunəvi xidmətlərlə bərabər Dağlıq Qarabağda ermənilər tərəfindən başlayan müharibədə ön cərgədə dayanmış, ‘Tanar” postunun yaradılmasında fəallıq göstərib və bir çox müdafiə tədbirlərinin ideyasını vermişdir.
Özünümüdafıə dəstəsində manqa komandiri kimi həmişə döyüşlərin ön cərgəsində dayanmışdır. Məhəmməd müəllim evinin qapısından götürlüyü torpağı və suyu əziz bir nemət kimi saxlayır. Vətən pərvər bir ziyalı kimi həmişə əlsizlərə əl tutmuş, haqlıların haqqına qovuşması üçün gərgin mübarizə aparmışdır. Vətən, yurd həsrəti Məhəmməd müəllimin ürəyində sağalmaz bir yaraya çevrilib. O, səbirsizliklə Qarabağa - doğma ata-baba yurduna qovuşacağı günü gözləyir. Doğma yurdundan uzaq düşdükdən sonra bir neçə yurd yeri dəyişib. Hazırda Hacıkənd qəsəbəsində yaşayır. Vaxtı ilə Başkənd kəndində, ancaq ibtidai siniflər fəaliyyət göstərirdi. Onun gərgin əməyi nəticəsində həmin təhsil müəssisəsini orta məktəb səviyyəsinə qaldıra bilmişdir. Uzun illərdir ki, Başkənd tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Məhəmməd Ədil oğlu Məmmədov 1960-cı ildə Xankəndi rayonunun (indiki Xocalı) Kosalar kəndində anadan olub. Xankəndi şəhər 4 saylı orta məktəbini bitirdikdən sonra Xankəndi pedaqoji institutuna qəbul olub, fızika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurub. İnstitutda oxuduğu ilbrdə riyaziyyat fənnindən keçirilən olimpiadalann dəfələrlə qalibi olub. Ali məktəbi bitirdikdən sonra Kosalar sovetliyinin Başkənd kəndində müəllim işləməyə başlamışdır. Məhəmməd müəllimin təhsil sahəsində göstərdiyi nümunəvi xidmətlərlə bərabər Dağlıq Qarabağda ermənilər tərəfindən başlayan müharibədə ön cərgədə dayanmış, ‘Tanar” postunun yaradılmasında fəallıq göstərib və bir çox müdafiə tədbirlərinin ideyasını vermişdir.Özünümüdafıə dəstəsində manqa komandiri kimi həmişə döyüşlərin ön cərgəsində dayanmışdır. Məhəmməd müəllim evinin qapısından götürlüyü torpağı və suyu əziz bir nemət kimi saxlayır. Vətən pərvər bir ziyalı kimi həmişə əlsizlərə əl tutmuş, haqlıların haqqına qovuşması üçün gərgin mübarizə aparmışdır. Vətən, yurd həsrəti Məhəmməd müəllimin ürəyində sağalmaz bir yaraya çevrilib. O, səbirsizliklə Qarabağa - doğma ata-baba yurduna qovuşacağı günü gözləyir. Doğma yurdundan uzaq düşdükdən sonra bir neçə yurd yeri dəyişib. Hazırda Hacıkənd qəsəbəsində yaşayır. Vaxtı ilə Başkənd kəndində, ancaq ibtidai siniflər fəaliyyət göstərirdi. Onun gərgin əməyi nəticəsində həmin təhsil müəssisəsini orta məktəb səviyyəsinə qaldıra bilmişdir. Uzun illərdir ki, Başkənd tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Bu məktəbi bitirən məzunlnn səsi respublikamızın bir çox sahələrindən gəlir.
Məhəmməd müəllimi tanıyanlar onu yaradıcı bir ziyalı kimi də dəyərləndirirlər. Onun Qarabağ həsrətli şeirləri oxucular tərəfındən maraqla oxunur.
Məhəmməd müəllimin dediklərindən:
Məhəmməd müəllimin dediklərindən:
- Qarabağ ata-babalanmızdan bizə
yadigar qalan müqəddəs bir diyardır. Kəndimiz, onun təbii gözəllikləri heç bir
zaman yadımdan çıxmır. Kosalar kəndi son nəfəsinə qədər ermənilərlə
vuruşdu, sonda arxasızlığın, sahibsizliyin qurbanı oldu. Dəfələrlə bizim kəndin
döyüşçülərinin düşmənlərə verdikləri itkilərə görə Ermənistanda matəm günləri
elan olunmuşdur.
O,
keçmişə qayıdaraq elmi əsərlərdə rast gəlinməyən bir düstur kəşf etdiyini bildirdi. Sonradan o kəşfı müyyən dairələr yox ediblər. O, elmər namizədi - alimlik
dərəcəsi almalı imiş.
Məhəmməd
müəllimə uğurlar arzulayaraq onun bir şeirini oxuculara təqdim edirik.
Məskəni ürəkdə, müjganı gözdə
Onu vəsf etməyə qüdrət yoxdur sözdə
Kiminə doğmadır, kiminə özgə
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Vüsalı nəşədir, hicranı kədər
Onsuz günlərimiz sayılmış hədər,
Qiymətli hər kəsə öz eşqi qədər
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Axıdar çox zaman qəlblərə dərdi,
Nadana aldanar, əydirər mərdi
Həyatın özütək gəldi - gedərdi.
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
İstəyir alim ol, istər üləma,
Sirli möcüzədir, gəlmiş cahana
Satılsa əşyadır onu alana
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Uca zirvəsidir, durar başında
Sevgini yaradan dağın, daşın da
Baş əyir Məhəmməd sənin qarşında
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Riyaziyyatla poeziya vəhdət təşkil etdikdə maraqlı poeziya nümunələri yaranır. Bu nümunələr Məhəmməd Müəəllimin şeirlərində də sezilir və doğma yurddan qaynaqlandığı aydın olur.
Onu vəsf etməyə qüdrət yoxdur sözdə
Kiminə doğmadır, kiminə özgə
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Vüsalı nəşədir, hicranı kədər
Onsuz günlərimiz sayılmış hədər,
Qiymətli hər kəsə öz eşqi qədər
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Axıdar çox zaman qəlblərə dərdi,
Nadana aldanar, əydirər mərdi
Həyatın özütək gəldi - gedərdi.
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
İstəyir alim ol, istər üləma,
Sirli möcüzədir, gəlmiş cahana
Satılsa əşyadır onu alana
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Uca zirvəsidir, durar başında
Sevgini yaradan dağın, daşın da
Baş əyir Məhəmməd sənin qarşında
Sevgidir, aləmdir, qəmdir məhəbbət,
Şehli bənövşətək nəmdir məhəbbət.
Riyaziyyatla poeziya vəhdət təşkil etdikdə maraqlı poeziya nümunələri yaranır. Bu nümunələr Məhəmməd Müəəllimin şeirlərində də sezilir və doğma yurddan qaynaqlandığı aydın olur.
Tags
AZE
